Türk xalqına açıq məktub
Türkiyə Cümhuriyyəti bütün
Avropanın əvəzinə
terrora qarşı müharibə apardığı
halda, xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin
qınaq hədəfi
olsa da, yenə də haqq yolundan dönmür.Tarixi
faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev
2014-cü il aprelin
24-də Praqada dövlət
və hökumət başçılarının iştirakı
ilə“Şərq tərəfdaşlığı”
proqramının 5 illiyinə
həsr olunan sammitdə türk qardaşlığının əbədiyaşarlığından
çıxış edərək
demişdir:“Ermənistan
prezidenti burada fürsətdən istifadə
edərək Türkiyəyə
yenidən hücum edir. Bunu etmək
asandır, çünki
bu masa arxasında
Türkiyə nümayəndələri
yoxdur. Ancaq mən buradayam
və Türkiyə Ermənistan sərhədinin
niyə bağlı olduğunu deyə bilərəm”. Eşq olsun
sağlam Türk xalqına. Eşq olsun qəhrəman məhmədciklərə! Sağ
ol, qəhrəman Türk xalqının qəhrəman oğlu Rəcəb Tayyib Ərdoğan! Sən də hər bir kamil insan
kimi öz əqidəsinin odda yanmaz, suda batmaz
oğlusan!
Azərbaycan göytürklərindən
Fikrət Qoca Göyüş oğlu.
Mən Türkəm
Türkəm bu yer üzündə
Neçə yol köç etmişəm.
Şərqdən Qərbə getmişəm.
Səhrada, daş içində
Cücərmişəm, bitmişəm.
Batmaz, yanmaz, alınmaz
Adayam, mən
bir ada.
Hər bir türkün dünyada
Nəfəsi Türkiyədir,
Durduğu yeri Vətən,
Qibləsi Türkiyədir.
Qəzəblənib qalxanda
Mən Attila olmuşam.
Mən Çingiz
xan olmuşam.
Evlər
yıxan olmadım,
Bütlər yıxan olmuşam.
Arzumu hara əksəm
O torpaqda dən tutur.
Bir əlim qalxan olur,
Türkün işi bütövdür,
Türkün bütöv sözü
var.
Boynunun dalında da
Türkün görən gözü
var.
Didərgin övladların
Lələsi Türkiyədir,
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.
Göyüş oğlu Fikrətəm,
Zaman kimi qocayam.
Nə böyüyəm, nə kiçik,
Elə öz boyumcayam.
Dünyanın hər yerində
Azəri türkiyəm mən.
Millətimin düşmənə
Göz dağı,
görküyəm mən.
Başım üstəki səma
Türkün asimanıdı.
Yer üzünün oğluyam,
Qanım türkün qanıdı.
Türklük piramidadır,
Qülləsi Türkiyədir,
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2020.-
8 avqust.- S.4.