Azadlıq ən
gözəl şəfadı, Tanrım!
Şəhidlərimizin
ruhuna ithafən
Tarix
yazır xalqım bu gün,
yorulmasın
yazan qolu.
Ər
yetişdirən torpağın
qələbədən
keçər yolu.
Bəlkə
yüz-yüz şəhid olar,
amma
min-min ər doğular.
Qarabağı
qurtarmağa
gedər
qəhrəman oğullar.
Top da
atsan oyatmaz ki,
fil
qulağında yatanı...
Mübariz,
Polad oğlanlar
şərəfləndirər
Vətəni.
Tarix
yazır xalqım bu gün,
tarix haqqa
səcdə qılır.
Bu tarix
min-min şəhidin
al
qanı ilə yazılır.
***
Bir
atımlıq barıtmış ədalət
anlayışı,
Kim
atdı, hara düşdü, görən-bilən olmadı.
Elə
dünya yaşdadır haqsızlığın da
yaşı,
Heyif...
haqlı tərəfdən dünya yaşa dolmadı.
Hanı o
atalar, o babalar ki
gəlib
atlarını yəhərləsinlər.
Arvada-uşağa
tapşırıb evi,
qapı
kandarından belə desinlər -
Gedirik
torpağı azad etməyə!
Azadlıq
bir ürkək quş idi, uçdu,
uçub
qanadlandı çox uzaqlara.
Azadlıq
bir ağır daş idi, düşdü,
Saldı
düşmənlərin bağrına yara.
Azadlıq
ən qanlı davadı, Tanrım,
Azadlıq
ən gözəl şəfadı, Tanrım!
Atlar yəhərləndi,
mahmızlandı, bax,
öndə
döyüş yolu, Qarabağ yolu.
Aldı
göy üzünü duman ağappaq,
oğullar
qızlara dedi: "Sağ olun,
gedirik
torpağı azad etməyə!".
Azadlıq
qandısa, bəs Torpaq nədir?
Baxıram
sinəsi qanlı Vətənə,
düşmənin
caynağı xirtdəyimdədi,
Qurtula
bilməsəm ar olsun mənə,
Ar olsun mənə!
Babalar
yaraşdı atın tərkinə,
atalar
yaraşdı atın tərkinə,
Atlar
öz tərkinə aldı oğulu.
Oğul
Polad oğul, Mübariz oğul,
Sanarsan,
elə at üstdə doğulub.
Atlar
qanadlandı Şuşaya tərəf,
Düşmənin
bağrıdı sonuncu hədəf.
Evdə nə
vardısa xurcuna basıb,
Tələsik
atların tərkindən asıb,
getdilər
torpağı azad etməyə...
Səfərbərlikdimi?
Sevincək halda
bir
yüyrək çapartək səs düşdü elə.
Şəhid
anaları... gözləri yolda...
Şəhid
balaları... gözləyir hələ...
***
Nə qədər
yazım, bilmirəm,
yazıram,
yenə düz gəlmir.
Fikrimdə
nə var, yan-yana
düzürəm,
yenə düz gəlmir.
Piyada
deyiləm bəlkə,
atım
var, yüyənim yoxdur.
Belə
baxıram dünyaya,
bir halal
yeyənim yoxdur.
Davam edir
mübarizəm,
haqq mənlə,
hədəf mənlədi.
Nə bu
ilkin gediş deyil,
bu nə
sonuncu həmlədi.
Tor
quranım, desən, çoxdur,
tələdir
hər yan, tələdir.
Belədir
mənim taleyim,
mənim
taleyim belədir.
***
İyuldu,
od tökür göy üzü yerə,
Karantin
milləti bezdirib təmiz.
Yeni qafiyələr
gəlib şeirə,
Sosial məsafə...
maska... sms...
Adamlar
bilmir ki, kimə inansın,
TƏBİB
bir söz deyir, ÜST bir söz deyir.
Evinin
içində çaş qalıb insan,
Bir Allah
bilir ki, hansı düz deyir.
Deyirlər,
payızda yaman gələcək,
İkinci...
üçüncü... dördüncü dalğa...
Bizi bu
yarıtmaz söz öldürəcək,
Virus da
batmazdı yoxsa bu xalqa.
Kürün
suyuna da qurublar tələ,
Göylərə
çatırmı yerlərin ahı?
Bizə
boğulmağı öyrətmə belə,
Bizə
yaşamağı öyrət, İlahi.
Analar oğullar doğur...
Yurd
qüruru, el harayı - oğullar,
Vətən
payı, qürbət payı - oğullar,
Ata,
qardaş, əmi, dayı - oğullar,
Analar
oğullar doğur...
Onu
ev-eşikli bəy edir bir gün,
Yığıb
kənd-kəsəyi toy edir bir gün,
Saçı
süpürgəyə tay edir bir gün,
Analar
oğullar doğur...
Fərqlilər
var yenə, fərdlər var yenə,
Oğullar
bir yana, qızlar bir yana.
Qızlar
qadın olur, qadınlar ana,
Analar
oğul doğur...
Vardır
qəlb ovçusu, könül oğrusu...
Olsun, nə
deyirəm, belə də olsun...
Torpaq cəfakeşi,
səngər dolusu,
Analar
oğullar doğur...
Gözdə
işıq, dizdə təpər oğullar,
Dosta dost,
düşmənə çəpər oğullar,
Gülləyə,
mərmiyə sipər oğullar,
Analar
oğullar doğur...
Üç
alma düşüncə nağıl-pay istə,
Nağıllar
pay-püşsüz bitmir ki bizdə...
Yenə
güllə altda, yenə at üstə,
Analar
oğullar doğur...
***
Başımı
qatdım başlara,
ayaqlarımı
unutdum.
Bu bədəndə
ayaq adlı
dayaqlarımı
unutdum.
Ayaq ayaqla
yollaşır,
başa
baş sırımaq olmur.
Bu elə
bir oyundu ki,
ayaqsız
yerimək olmur.
Hələ
əllərim də vardı,
indidə
var... bir cüt qapaz...
İndi
bir başam, bədənsiz,
yuvarlana...
yuvarlanmaz...
Sanki bu
olduğum yerdə
adamlar
yeyir ətimi.
Başım
indi başlar içrə,
ayağım
getmir ki getmir.
Yeyin ətimi,
adamlar,
Şeirdi
ətimin dadı.
Burda
baş olub ayaqlar,
burda
başlar ayaqdadı.
***
Yeni
axına buraxdım,
bu
köhnə qayıq ömrümü.
Yarısın
yuxuya verdim,
yarıdan
ayıq ömrümü.
Nəyin
toplasam, yenə az,
Məni
Tanrı da qınamaz,
Bu dəlik,
deşik, yaramaz,
bu
oyuq-oyuq ömrümü.
Hər
günü zəhər yaşadım,
təsəlli,
qəhər yaşadım.
Yenə
birtəhər yaşadım,
yenə
bir sayaq, ömrümü.
Ömür
elə...
mən də
belə...,
Çiynimdə
yükəm bir şələ.
Tək qəlbimin
odu ilə
isitdim
soyuq ömrümü.
***
Gecə
bir beşik yırğalar,
içində
Ay var, paradır.
Qaradır
qara qarğalar,
qarışqalar
da qaradır.
Köhnə,
demə,
bu aralar,
günaha
yeni tövbə var.
Qaravul
çəkir qarılar,
yenə
quyruqlu növbə var.
Meydana təzə
çıxmışdım,
yanda-yörəmdə
yoxdular.
Söz
üçün üzə çıxmışdım,
üzümə
qara çıxdılar.
Qınadınız
məni çox, eee,
sınaqdı
bütün arzular.
Qınaq
da qınından çıxıb,
qonaqdı
bütün arzular.
Qara-qara
at çapanın
tozu da
qara çıxarmış.
Yarısını
gec tapanın
üzü
də qara çıxarmış.
Qaradır
sevginin gözü,
nifrətin
özü qaradır.
Yerinə
düşməyən sözün
hər
iki üzü qaradır.
***
Üzünə
qapanır qapı,
Ürəyimdən
bir ah qopur,
Kaş bu
dəfə də 3-0
hisslərim
qazanmış ola.
Səssizliyim
ağır çəki,
Söz
olsun dilimin kökü.
Sükutumun
içindəki
səslərim
qazanmış ola.
Eşqlər
göyərə hər yanda,
Qılınclar
paslana qında.
Düşmənlər
uduza sonda,
dostlarım
qazanmış ola...
AY Bəniz Əliyar
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.5.