-Qatarlar, təyyarələr,
gəmilər
bir ömür gecikəcək,
-gözləmə,
-dedi..
Balıqçı qəsəbəsi,
dul qadın
Balıq
yeməz
balığa bənzəyən gəlin.
Uzanan
qollarıdı avarlar balıqçıların
Burda
sevgililər bir-birinə
"sevgilim-əzizim-gülüm"
deməz,
"balığım" deyər.
və
bircə
misralıq şərqisi olar ayrılıqların
"Balıqların şahı ölüb dəryada".
Qarğıyanda
- Dənizə
atılan torun boş qalsın, - deyərlər.
Balıq
yeməz
qara
paltarlı Balıq qadın
Dəniz
udmuşdu,
balıqlara yem olmuşdu
balıqçı.
Unudarsan... unudarsan...
"Unutmaram"
demə, demə...
Eh... nə
deyim ki, mən sənə.
keçər üç sənə, beş sənə,
Unudarsan...
unudarsan...
Kim kimi
unutmadı ki,
kim kimi
atmadı ki,
kim kimi
satmadı ki?
Unudarsan... unudarsan.
Yadından
çıxar adın da,
vağzalda, ya da limanda.
özünü də bir adamda
Unudarsan,
unudarsan...
Gözlənti
- Qatarlar,
təyyarələr, gəmilər
bir
ömür gecikəcək,
- gözləmə, - dedi, -
"Gözləmə
salonu"nda
süpürgəsi də qocalan süpürgəçi qarı.
Süpürgəsi də uzanan üçüncü əliydi.
Fəsilləri,
sevdaları, həsrətləri yaşamadı
Bulanıq
gözlərində
Göz yaşı da daşımadı.
O, həyatın
həyat
da O-nun yanından keçdi.
Necə
ki, qalxıb-enən eskalatorda bir-birinə
baxa-baxa
ötüb keçir hamı.
Bəli, o, belə seyr etmişdi.
Yaşadığı dünyanı.
Suda batan adam saman çöpündən yapışan
kimi
qucaqlamışdı süpürgəsini.
Adamların
izlərini-tozlarını
süpürməkdən usanan süpürgəçi.
İşdən
sonra yığıdığı
sonacan
sümürülməmiş siqaret kötükləriylə.
Şirin çaxır içərdi.
Koğuşa
bənzəyən dişsiz ağzıyla güldü mənə
- Sənin
gözlədiyin gəlməyəcək,
gəlməyəcək
- pıçıldadı, -
özün də bilirsən...
Süpürgəsini
saz kimi çaldı
(və süpürgəsiylə qolboyun
yoxluqda
gözdən itdi).
Hər kəs bir cürə xoşbəxt
Bədbəxtliyilə
Xoşbəxt
olan
adamlar
kimisən.
Nadanlığıyla məmnun.
Bir fikir
sıçrayır beynimdən
özünü havaya tullayan balıqlar kimi:
"Bəlkə,
səadət deyilən elə budur"
sönüb vulkan etirazım
sənə baxınca
yazığım gəlir Cazibə Qüvvəsinə.
Ayda su gəzən
NASA-ya-zada,
yazığım gəlir Prometeyə,
Sizif səadətinə
bircə
qırıq da özümə.
Oxuduğum
kitabın tən ortasından
elə
kor-peşman
ayrılır ki, çeçələ barmağım...
İlk
görüşdən "yox" cavabı alan
cavanlar
kimi.
Külək
eyni vərəqi
o tərəfə-bu
tərəfə çevirir usanmadan.
Hələ
də yaşayırıq
özünü də ötüb-keçən zamandan utanmadan.
Göy qurşağından qorxma
Aparıb
basdırsan belə
Qalxıb
gələcəyəm üstü-başı torpaqlı
bir ana bətindən
doğulur kimi,
doğulunca yüyürür kimi,
yıxılıb-durmağa öyrəncəliyəm
yıxamazsan məni.
Daha...gör
sən
məni vurduqca gülürəm
ağrımıram ki
sehrli
yazıyam
sən
məni sildikcə yazılıram üfüqlərə
ora sənin
əlin çatmaz, silənçi.
Bütün
kresloları üst-üstə qoysan,
çatmaz bir sözün topuğuna belə.
göy
qübbəsi altında
Günəşə,
Aya, ulduzlara
Üzünurlu sözlərə hürürsən hələ.
Qucaq-qucaq
gəlirəm üstünə
hürküb qaçırsan sevgidən
"Niyə"
və "?" işarəsi
sürüşüb düşüb ömrümdən.
Sən
sorğula
qurduğun məhkəmədə
cənnət-cəhənnəm qapısında,
sərhədlərdə mən adında bir məni
sənədim-sərhədim yox ki,
dəlilər ağ rəngdən qorxar
ağıllılar göy qurşağından.
Göy
qurşağı görüncə qorxma
adətlərin-qanunların dalında gizlənmə,
gəl,
şıdırğı yağışdan sonra.
Göy qurşağı altında görüşək.
Rəngbərəng göy qurşağının.
Balıqların göz yaşı
Dəryalar
torlu, tilovlu
Qızıl Balıq gəzər bir başılovlu.
Kim
görüb ki,
balıqları gözü yaşlı.
Kim
eşidib nota gəlməz
balıq
şərqisi, balıq səsi?
Heyhat! Beləmi olur həyat?
Uyu, yorğun ruhum, uyu.
Yandır
məni, külümü okeanlara at
gözündən asılı qalsın
Ayvazovskinin "Dəniz" rəsmi.
Yas
üzlüm, güldüm, ölümə,
əldə deyil, amma ki, çalış ölmə.
Qeyb ol,
qayıbdan səs kimi də gəlmə
dərd
havası var içimdə.
Oynaram... toyda yas rəqsi.
Milyonlar
içində yaşamır kimsə
Doğru
günün, yalan ömrün sənin olsun,
Üç-dörd
günlüyünə gəl,
qalan
ömrün sənin olsun.
Milyonlar içində
yaşamır kimsə.
Yer
üzündə 8 milyard
ikiayaqlı kirayəçi varsa da
çoxu
başını ayağıyla qaşıyır
(bu yerdə bütün heyvanlara üzr borcum
var)
...və...
guya ki,
yaşayır...
Ömür
birnəfərlik yoldu
Eşqi-səadəti öz içində
daşıyırsan.
Bir
ölkədə,
F/B-də
belə üç-dörd nəfərə görə
Çox yox a... üç-dörd gün yaşarsan.
Beton-beton
adamlarla
hörülübsə hər tərəfin
sarılmağa üç-dörd ağac gəzərsən.
Nə
yaxşı ki
qapını döyən var səhərə yaxın
üç-dörd radələrində.
Orda tufan
varsa,
bir kəpənək
qanadının
rəngsiz qanı axır burda.
Hara getsən
o üç-dörd nəfəri
apararsan
özünlə.
Düşüb
qalarsan o üç-dörd nəfərdə
üç-dörd kəlmə kimi.
"Mən sizi sevirdim, əlvida".
Hara qovursan məni, haracan?
Qocalığın
arxasında
bir dəliqanlı
gizlənib.
Sən
onu tapınca
qaçıb bir uşaq üzünün
arxasına sığınar.
Ordan səninlə
"Gizlən-qaç" oynar
çərpələng uçurar maviliklərə.
Qovdun
uşağı
qaçdı gəncliyinə.
Qovdun gəncliyi
sığındım qocalığa.
Daha qovma
ağ
saçımdan o yana.
Məzarlar
yerin qara qapısı
o
qapı hara açılır, bilən varmı?
Bir dəfə
bir qarının
şıdırğı yağış altında
əlindəki çubuqla
ərinin
məzarını döydüyünü gördüm.
"Məni
bu zalım dünyanın əlində qoyub
hara
getdin
hara
getdin, hara... hara...".
Möcüzələr adası
Niyə eyni vaxtda dünyaya gəldik?
Bu boyda
dünyada gəldik üz-üzə,
Sən də möcüzəsən, mən də
möcüzə.
Fikrət Qoca
Quş,
ayı da azalır, insan çoxalır ancaq
Adamlıqdan çıxıbdı adamaoxşamazlar.
İnternet
qədər yaxın, həyatım qədər uzaq
Bu bəlalı
könlümü kim oxşar, kim ovudar?
Görüşə
də məhkumuq, bu da sənə möcüzə
İşimiz-gücümüz nə? Möcüzə
adasında.
Labirint
küçələrdə azırıq gündüz-gecə,
Dinlər, dillər itibdi bu alın yazısında.
Cənnət,
cəhənnəm orda, Allah da ordan baxır,
gətirməz nəfəsini yaz məhrəmi küləklər.
Fəsillər
də, ömür də əl boyda camdan axır,
Ora uçub-köçübdü çiynimizdən mələklər.
Gizlənəsi
yermi var, deyim ki, orda gizlən
Əlvida
dünənlərə, əlvida gələcəyə
Başına
çətir tutma, yağış altında gözlə
Ürəyim də ovcumda görərsən gələcəyəm.
Sonun sonunda
At getsin
bu falçı, mərsiyəxan şairlərin
göz
yaşını-zadını min mil uzağa
içi
mən qarışıq.
Boş
şeydi
dualar,
alxışlar-qarğışlar.
Sən ki
bunu bilirsən, bilmirsənsə də bil,
gözü yaşlı, başı daşlı.
Aldatma özünü
şərabla, qadınla,
adına
"dost" dediklərinlə,
şəninə tost dediklərinlə,
hər
şeyin üstündə bu qədər əsmə,
amma hər
şeyə rəğmən
"hər şey boş şeydi deyib"
keçmə,
xatirəni küçənin boyuna tutub
addım-addım
ölçmə.
hər
kəs özü boyda günah yaradar,
yeridikcə batar, yüyürdükcə daha çox...
Dərd
bizi tapmır ki, biz başımıza
dərd
açırıq durmadan
məsələ onda-bunda deyil, özümüzdədi,
bunu belə
bil.
Onu da bil
ki,
hamı
səninlə tribunadan danışıb,
ya təlxək,
ya dilənçi, ya da moizə oxuyub,
ağsaqqalcasına
Səninlə
sən kimi danışan
birinci
və sonuncuyam, -
bunu
unutma, - deyəcəkdim,
amma
özün bilərsən, unut getsin.
Canavar
canavarla, balıq balıqla,
quş
quşla necə danışır, görürsənmi?
Bir-biriylə
adam kimi danışmır adamlar
"Niyə?"sini bilirsənmi? -
adamlar
itirib, unudub, qətl edib adamlığını.
Yozulmaz
bir yuxudan
halı-pərişan oyanmışam.
Kiməsə
görə yaşama -
kimi lənətləyəcək,
nə bilim nə deyəcək,
qoy desin.
İmam
da, rahib də,
müğənni
də mikrofonla danışır
sən
onlara baxma, mikrofona bax.
Məsələ
mənzildədi; kimi qatırla,
kimi dəvəylə,
qatarla,
təyyarəylə gedər kimi də.
Suçumuzu
hesablayırsa, mələk, kütlə
qurtuluş yox, başı daşlı, gözü yaşlı
bu
bazarda,
marketdə, məzarda.
"Ədalət
tərəzisi"mi gəzirsən
nizənin, qılıncın ucundamı
atom
bombasında,
bioloji silahın
harasındadı, axı?
Dünya haraya gedir, bilirsənmi? -
mən
də bilmirəm.
onu bilirəm
ancaq
minmişik bir əlamətə
gedirik
qiyamətə.
Bu gözəl
fani dünya
qorxulu
nağıldı, həm də
arzu
toxumu əkmişik, bitməz
(qovrulmuş arzu toxumu)
görərsən, bir gün dönüb tərsinə fırlanar Yer.
Müqəddəs
kitablar yalan söyləməz
hər
kəsin balaca kitabı var
ordan
baxar
Böyük
Kitaba
ona
görə yanılar hər kəs
mən
də yanılmışam, sən də.
Hər
yerdə zavallı olduğunu xatırladarlar
hər
ölkədə, millət içində
sənə bənzər var.
Amma bir
yad, qərib biri var - o mənəm!
***
Həyat
utancla doluykən
öz
yerinə utanmaq varkən
niyə
utanım ki sənin yerinə.
Üzümdən
ağcaqanad qovurcasına
əlim
yellənir üzümdə
inamım
qönçə-qönçə
solur
gözümdə.
Niyə
utanım ki sənin yerinə
öz
yerimə utanmaq varkən,
həyat
utancla doluykən.
Həsrətin həsrətin çəkirəm
hərdən
Hələ
korun-korun yanır bu ocaq,
Divarlar, sərhədlər sıralayıblar.
Səni
pıçıltıyla seviblər, ancaq
Adını xəlvətcə qaralayıblar.
Yerini dəyişib
gündüzlə gecə,
Bəxtin də kimləsə dəyişik düşər.
Ağla hərf-hərf,
gül heca-heca,
Səni sevsə sevsə... ayrılıq sevər.
Bülbültək
ötürəm həsrət dilində
Gözümdən çəkilməz əcəl yuxusu.
Əlimdə
çiçək var, əyin-başımda
Siqaret tüstüsü, şərab qoxusu.
Hansı
planetdən düşmüsən bura,
Deyəsən, tərsinə fırlanır Yer də.
Elə
öyrəşmişəm ayrılıqlara
Həsrətin həsrətin çəkirəm hərdən.
Sınaq
meydanıdı ürəyim, sinəm
Löyün-löyün
xiffət, növ-növ ayrılıq
Necə
yaşayar ki, sən mənə denən
Qanadlar səmasız, dəryasız balıq.
İntihar
eləyər su pəriləri
Çırpar
özlərini qayalıqlara
Bir misra
kirimir səhərdən bəri
"Məni də öyrətdin ayrılıqlara".
Sabah gedib baxdın
Nəsli
kəsilən heyvanların da
hər
şeyi bitirən rəngbərəng insanların da.
Bax
zamanın,
bax məkanın
gözlüyündən
görəcəksən
göz
yaşının rəngi birdi.
Başdaşının
rəngi birdi
istər
Fəxri xiyabanda,
istər
uzaq dağ kəndində
Hər
şey rəngarəngdi bu Yer üzündə
göz
yaşının rəngi birdi,
başdaşının rəngi birdi
son adam
da qətl edildi.
O-nu robot
adamlar dəfn edib qayıtdılar,
ağlaya
bilmədilər.
Zamanı
dəyişdilər,
sabah
gedib baxdılar
gördülər başdaşı qalmayb.
Hər
şeyi
Keçmişin
zibil qutusuna atıb zaman...
KƏRAMƏT
Ədəbiyyat qəzeti.- 2020.- 8 avqust.- S.10-11.