Türk ruhuna
heyranlıqla
Ədəbiyyatşünas
alim Lütviyyə Əsgərzadənin nəfis tərtibatla
bu günlərdə çapdan çıxan “Əmir Teymur. Tarixdə
və ədəbiyyatda” kitabı böyük fatehin tarix
kitablarından ədəbiyyata, ədəbiyyatdan teatr səhnəsinə
yol açan möhtəşəm obrazına dərin
heyranlıqla qələmə alınıb. Müəllif bu
yenilməz türk xaqanının ədəbiyyata yansıyan obrazının
bənzərsiz cizgilərinə nəzər salır, özəlliklə,
onun Hüseyn Cavidin fatehin adıyla bağlı pyesini yeni
baxış bucağından incələyir.
Lütviyyə
xanımın kitab üzərində işlərkən tarixi
məxəz və qaynaqlara müraciət etməsi maraq
doğurur.
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.32.