Hər şey o gözlərdən başladı, hər şey...
Göyü gözlərində gəzdirir
yenə, Allah vətənidi
gözlər onunçün.
Nəğmə ölümünə inandığı yox! Yenə Fikrət Qoca inamlıdı ki: "Şair nəğmə kimi gəlir cahana". Yazılıb qurtarır qara
qələmtək.
Misralar dostlara hesabatıdı:
Evim avtobuslar, vaqonlar,
təyyarələr...
Kəndlər, şəhərlər,
səyyarələr dayanacağım.
Milyon kilometirlərlə
ömür yaşamışam.
Kim bilir,
harda dayanacağam?
Gözləri yol çəkir hər kəlmə başı. Hər şeyi o gözlər
anladır yenə.
Gözlər simvolozə edir
Xəzəri. Gözlər
ağrı çəkir
dost itkisinə... Hər
şey bu gözlərdən başlayıb,
hər şey...
Söz konusu Toğrul Nərimanbəyovdur:
Yaradıcılığı Şərqlə
Qərb arası mədəniyyətə körpü
olan dahi monumentalist rəssam... Səttar Bəhlulzadənin
böyük dostu və pərəstişkarı...
Rənglər dünyasının
romantik şahzadəsi
Toğrul Nərimanbəyov...
Bir avtoportreti var: elə bil ki, bütün
təbiəti, rənglər
aləmini pəmbə
bulud kimi üstünə çəkib.
Ətrafı güleyşə
nar naxışlıdı
- ağ, sarı, narıncı, göy rəng içində...
Fransız nazirin heyranlığı
1968-ci ildə Moskvada
sərgisi keçirilən
zaman Fransanın o vaxtkı mədəniyyət
naziri Toğrul Nərimanbəyovun "Azərbaycan
musiqiçiləri" əsərinin
qarşısında ayaq
saxlayıb müəlliflə
maraqlanmışdı. Təşkilatçılar
rəssam haqqında məlumat verib, anasının fransız olduğunu söyləmişdilər.
Fransız nazir marağını
boğa bilməyib Bakıya gəlmiş, onun emalatxanasında olmuş, sənətinə
heyranlığını bildirmişdi.
O illərin söhbəti
Həmin illərin söhbətini edir Xalq şairi
Fikrət Qoca. Daha çox Göy üzünü, mavi Xəzəri simvolizə edən gözləri danışır: "1967-1968-ci illərdə Toğrul Nərimanbəyov mənim
portretimi işləmişdi.
Cavan oğlan idim. Toğrulla dost idik. Söhbətimiz tuturdu. İmkan olan
kimi xudmani bir yer tapıb
yeyib-içirdik də.
O qədər yaxın
idik ki, münasibətimiz bir çox tanınmışların
qısqanclığından yan ötmürdü. Elə bilirdilər dostluqda ayrı-seçkilik edirəm.
Nəsə, Toğrulun o əl
işinin bəxti yeyin oldu. Az keçməmiş
onu Moskva İncəsənət Muzeyi
aldı...
Haşiyə: ...Üstündən uzun illər keçəcəkdi... Fikrət Qoca
o ağ-qara portretilə
bir də Moskva Yazıçılar
Evinin foyesində üz-üzə gələcəkdi.
Moskvada 80 illik yubileyi qeyd olunan
vaxt sərgiyə qoyulmuşdu...
Oğrun-oğrun baxacaqdı! Baxışları o portretdən boylanan gözlərə sancılıb
qalacaqdı; ona sadiq, dəyişməyən,
gəncliyinin yeganə
nişanəsi, Allaha vətən gözlərinə.
Davam edir Fikrət Qoca:
- Yetmiş beş illiyimdə
Toğrul zəng elədi. Fransadan yenicə qayıtmışdı.
Dedi: "Səksən
yaşım tamam olur. Sənin də yetmiş beş illiyindi...
Hədiyyəm var. Aradan qırx
ilə qədər vaxt keçəndən sonra yeni bir
portretini işləmişəm.
Gedək evə, təqdim edim..."
Nəsə, çox punhan, ehtiyatla danışırdı. Elə bil
kimdənsə gizlədirdi.
Zarafata saldım:
"Nə zəhmət
çəkmisən? Birini çəkmişdin,
yaxşı da pul vermişdilər.
Halal xoşun olsun".
Güldü: "Yaxşı, bu
dəfə əvəzini
çıxaram..."
Görüşdük. Birlikdə evinə
getdik. Portreti təqdim etdi.
Diqqətlə, ayaqdan-başa durumuma
nəzər saldı.
Çevrilib portretə baxdı.
"Mən səni həmişə belə görmüşəm, yaddaşımda
belə qalıbsan - dedi. - Heç qocalmamısan. Mənimçün belə qalıbsan.
Gözlərin... Gözlərin həmin gözlərdi.
Dəyişməyib".
Bunları danışıram, Toğrullu
dəqiqələrimi yenidən
yaşayırammış kimiyəm. Sanki canımdan bir ağrı çıxır.
...Nəzərlərimi qeyd dəftərimdən ayırıb
Fikrət müəllimin
gözlərinə baxıram...
Elə bil üstümə bütöv bir Göy üzü çökür, mavi dəniz gəlir; dipdiri, düşüncəylə
dolu, canlı bir dəniz. Kövrəldiyi göz önündədi.
Ömürdən keçən
illərin daşı
su ovan kimi
ovub-əritdiyi cismindən
sonsuz asiman, Göy üzü kimi asılıb qalan gözlərilə danışır elə bil: "Anar, Xəyyam Mirzəzadə, Vaqif və Yusif
Səmədoğlular, Araz
Dadaşzadə, Emin Sabitoğlu, Elçin Məmmədov... Hamımız Toğrulun yaxın
dostlarıyıdıq. Tez-tez yığışırdıq. Əsas olan da sənət söhbətləriydi...".
Fikrət müəllim bunları danışdıqca gözlərim
önünə bu birgəliyin, doğmalığın
müəyyən anlarını
yaddaşında tutiyə
kimi hifz edən "Dantenin yubileyi" filminin unudulmaz kadrları gəlir. Bir yerdədirlər;
Xalq yazıçısı
Anardı, unudulmaz Emin Sabitoğludu, Araz Dadaşzadədi, Toğrul Nərimanbəyovdu,
Elçin Məmmədovdu...
Ömrün gözəl, yaradıcılıq
energisilə coşub-çağlayan
çağlarıdı. O epizod filmdə, bəlkə də, 1-2 dəqiqəlik yer alıb. Ancaq bir tarix salnaməsi, upuzun həyat kimidi.
Fikrət müəllim Toğrul Nərimanbəyovun "Həyat
naminə" əsərindən
söz açır. Xatırlayıram; möhkəm əzələli
qollar mələk simalı körpəni, sanki ovuc içində
dünyanın gələcəyi
kimi qorumağa hesablanıb. "Yaylaqda" əsəri mənə daha doğmadı; dağ-aran arası elat həyatımızın təsviri
kimidi. Yollar yorğunu köhnə
köç arabası
yeni düşərgədə
dincə qoyulub. Xalı üstə qayınana, gəlin əyləşib.
Bir balaca oğlan buynuzlu qoçun qıvrım tüklərinə baxdıqca
baxır... "Muğam"da elə bil Xan əminin
yadigarı Yaqub Məmmədov "Qarabağ
şikəstəsi" oxuyur.
"Yaddan çıxmaz
Qarabağ" - deyir.
"Sevinc", "Xəzərin
içində şəfəq",
"Göyçay bağlarında"
və s. adlı lirik lövhələri söz konusu olur. Fikrət müəllim deyir
ki, rənglər Toğrul üçün
həm də səs, danışan dil idi. Dəqiq müşahidədi. T.Nərimanbəyov bu barədə ona həsr olunmuş
sənədli filmdə
dərin səmimiyyətlə
söz açıb.
Dəfələrlə izləmişəm o filmi; atasının Stalin dönəminin ən çirkin üzünü
görməsindən, özünə
"vətən xaininin
oğlu" damğası
vurulmasından, milliyyətcə
fransız olan anasının o ağır
günlərdə paltar
tikib-satmaqla ailəni qorumasından söz açır. Təbiət qoynunda işləyir, at belində vətən torpağını seyr edir. "Arşın
mal alan"dan Əsgərin ariyasını
oxuyur. İçərişəhərin labrint küçələri
boyunca gəzib-dolaşır.
Ulu öndər Heydər Əliyevdən gördüyü
diqqəti, qayğıkeşliyi
minnətdarlıqla yad
edir.
Fikrət
müəllimin dediklərinə
qayıdıram:
- Paris də daxil olmaqla,
bir sıra Avropa şəhərlərində
solo konsertləri olub Toğrulun. Gözəl vokal imkanları
var idi. Ara-sıra şeirlər yazırdı.
Bir neçəsini dilimizə
çevirib "Azərbaycan"
jurnalına təqdim etdim. Şeirləri də rəsm
əsərləri kimidi;
rəngli, koloritli, romantik, isti çalarlala dopdolu. Ən əsası, monimental.
Özü kimi saf, duyğulu, ilğım misallı...
Yenidən kövrəlir Fikrət müəllim. Ustad Rəsul Rzanın fikrini salır yadıma: "Elə bir dost itirdim ki, hər bir
itkim yalan oldu".
Anlayıram. Bilirəm
ki, dosta ölüb demək düz olmaz, xeyir, dost ölmür, yox olur cismən
yanından.
Səninlə bir yerdə ömür sürməyib,
Səninlə su içmir bir su qabından.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 8
avqust.- S.4.