Linda Maria Baros
Şair, tərcüməçi və
redaktor. 1981-ci ildə
doğulub. Sorbonda müqayisəli
ədəbiyyatşünaslıq doktorudur. Parisdə yaşayır. "Sümüksüz üzgüçü"
(La Nageuse desossee),
"Paytaxt hekayətləri"
(Legendes metropolitaines) və daha beş toplunun müəllifidir. Şeirləri 39 ölkədə tərcümə
və nəşr edilib. "Apolliner"
ədəbi mükafatı
laureatı və mükafat komissiyasının
baş katibidir. Malarme Akademiyasının sözçüsüdür.
İndiyə qədər 40 kitab
tərcümə edib.
La Traductiere nəşrlərinə
rəhbərlik edir.
"Dörd yolayrıcında
/ barmaqlarım üstə
qalxıb / hönkür-hönkür
ağladım"...
Ani olaraq düşünməyə başlayırsan. Kimsə dörd
yolayrıcında seçim
qarşısındadır. Həmin kimsə barmaqları üstünə qalxıb.
Demək,
uzaqlara baxır və kimisə axtarır. Gözləyir. Kimi? Ona doğru yolu
göstərəcək adamımı?
Ya bəlkə yolun "işləkliyini" bilmək
istəyir o kimsə?
Barmaqlarımız üstə
qalxıb içimizi çəkə-çəkə ağladığımız uşaqlıq
düşür yadımıza...
saflıq məmləkəti
uşaqlıq... Bəlkə yol
elə ağlamaqdır,
vektor içərimizə,
içimizədir... və
sair və ilaxır. Təkrar oxuya qayıdırsan.
Şeirlərinin qəribə gücü
var Linda Marianın, bəlkə həm də ona görə
ki, gündəlik həyatın sərhəd
situasiyalarını nişan verir və bununla da ani olaraq
fərqli, hətta əksqütblü isitiqamətlərdə
yozum, düşüncə
üçün geniş
perspektiv açır.
Linda Maria Baros böyük
Avropa şeiri ənənələrindən və
o şeiriyyatın gücündən
doğmuş, o güc
və ənənələri
hiss etdirən şeirlərin
müəllifidir.
Özü barədə belə
deyir Linda Maria: "Yazanda mən A4 avtostradası ilə gedirəm (...). Vərəqin
A4 formatı ən əsrarəngiz yeraltı
fəaliyyətdir və
mən çoxdandır
ki, özlərinə
asfalt və səma arasındakı poetik labirintinin tələsinə düşməyi
tez-tez rəva görən bu sürət həvəskarlarının,
baykerlərin və səyyahların çevrəsində
həmin bu avtostrada ilə gedirəm (...). Məqsədim oxucunu
çıxışa itələmək,
yaxud dəlilik və sürət məsələlərində çox
uzağa getmiş dəmir atlı səyyaha çevirmək
deyil. İstəyim onun qəlbində də, sükanı və iki təkəri
arasında daha böyük yer açmaqdır...
Dənizin dadını onun bütün suyunu içmədən də bilmək olar. Odur ki, indilik professor Cavanşir Yusiflinin sevərək və ustalıqla çevirdiyi 6 şeirlə
tanıyaq Maria Linda Barosu.
Necə deyərlər,
gözəl şeirlərin
yaraşıqlı insanlar
kimi bir xüsusiyyəti var, onu nə cür
təhlil etsən də, sonda onu bir də
"görmək" - təkrar
oxumaq istəyirsən
ki, bütün mümkün təhlillərin
zəifliyini və şərtiliyini dərindən
hiss edəsən, sonra
onun müəllifi qarşısında "Şlyapa"nı
çıxarasan.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.31.