Cənubi Azərbaycan
şairi Cağla Nurvəşin
şeirləri İntiqam Yaşarın təqdimatında
Çağla Nurvəş
Çağla təxəllüsü ilə tanınan şair Əli Nurvəş 2002-ci il iyunun 17-də Təbriz şəhərində dünyaya
göz açıb.
O, kiçik yaşlarından şeir
və musiqiyə maraq göstərib. 14 yaşından şeir
yazmağa və 16 yaşından qopuz musiqisini ustad Çingiz Mehdipurun qardaşı Fərrux Mehdipurun yanında öyrənməyə başlayıb.
Hazırda filologiya ixtisası üzrə təhsil alır. Şairlikdən əlavə,
Təbriz şəhərində
bir çevirmən kimi də tanınır.
O, Musa Yaqubun, Əjdər
Olun, professor Sədnik
Paşa Pirsultanlının,
Qurban Səidin ("Altunsaç" kitabı)
və 16 ədəd uşaq kitabını nəşrə hazırlayıb.
Onun "Dəlilərin
sevgisi" adlı romanı da Azərbaycanda və Şimali Makedoniyada Zeynep Hüseyin tərəfindən tərcümə
olunmaqdadır. Roman tezliklə iki ölkədə çap olunacaq.
Gənc şairin bir neçə şeirini
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
"T" hərfi,
Terroristlərin müharibə vaxtı
qurtarmış güllələri,
Amma
qürurundan
qayıtmır geri.
"A" hərfi,
Ateistlərin üstünə küffarlıq
adını qoyan müsəlmanlar.
Dünyanın hər yerində,
Qurur
kifircə divanlar...
"M"
hərfi,
Mart ayının 29-da,
Nazim Hikmətin
Dustaqlıqda aclığa başlaması.
Robert Falkon Skottun
ailəsinin yası.
"A" hərfi,
Yenə
"A" hərfi,
Bu hərf, Allahın müştərəksizliyini
yadıma salır.
Tanrı müqəddəs kitablarda,
Elə
bil min hava çalır...
"Y"
hərfi,
Kaş adının axırında,
Bu hərf olmayaydı.
Mənim
də güllərim,
Susuzluğundan
solmayaydı...
Axı bilmirəm ki,
Buna YAR deyim,
Ya
ki,
Ahı-zar deyim.
"TAMAY"
deyib,
Yenə də
hər nəyi unuduram.
Eh...
Kaş bir də görüşəydik.
"Tarqova"nın küçələrində.
Kaş bir də görüşəydik,
Təbrizin,
Folklor dolu,
Musiqili gecələrində...
Sevgilim
Sevgilim,
Məni
aramaq istəyirsənsə
Xiyabanlarda
Yetim uşağın əllərində
qırmızı gülün
üstündə
yatan tozam.
Bilmirəm yaşamı
mən necə,
hara yozam?
Sevgilim,
Mən illərdir kitabxanalarda
Kitabların
Yuxuya keçmiş
sətirləriyəm.
Gecə-gündüz
Çalışan fəhlələrin
alnındakı təriyəm.
Sevgilim,
Mən,
Mən çox yaxındayam
Məni
uzaqlarda axtarma!..
***
Bu şairlər
millətin ətini
yeyib, sümüyünə
dayanıblar.
İlahi, belə də yalan olarmı?
Keçmişlərdə şairləri dabanından soyurdular,
indi isə
şairlər cəlladı
dabanından soyurlar.
Ataların yaxşı bir
aforizmcə sözü
var:
"döyən qalır qıraqda, döyülən tutulur".
İlahi,
səndən bir diləyim var,
bu dünyaya şair göndərmə...
Uzaqdan bir səs gəlir,
Çox uzaqdan.
Bilmirəm yerin altından
gəlir,
Ya ki,
Göyün qatlarından gəlir,
Ancaq bu səs
Yaman göyə
yüksəlir.
O səs yaman incə səsdir
Ağlımı alıb məndən
O səs çatır qulağıma,
Dincəlirəm
Həzinliyindən onun.
Uzaqdan bir səs gəlir,
O səs mənə yaxınlaşır
O səs deyir:
Bu dünyaya,
Yenə
də bir
yalançı şair
gəlir.
Kül bu insanlığın axmaq başına.
Təqdim etdi: İntiqam Yaşar
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.27.