Həyata başlayacam

 

Dərin yuxu içindəydim,

Xoş bir yay səhəriydi.

Külək səsinə qarışıb,

Kimsə qapımı döydü.

 

İt hürdü bir tərəfdən,

Durub həyətə çıxdım.

Gələn adımı söylədi.

Mənəm - dedim, duruxdum.

 

Məndim bu evin sakini,

Bu həyatın sahibi.

Adım da doğma gəlirdi,

Bu can da mənimkiydi.

 

Bəs onda niyə özümə

Belə ögey kimiydim?!

Yuxudan kal oyanmışdım,

Bir az da key kimiydim.

 

Bu ölkədə yaşamışdım,

Amma bilmirəm necə?

Yadımda yuxu dərmanı

İçdiyim o son gecə.

 

Ondan əvvəl olmuşdu,

gəlmişdi başıma?!

yolla gəlib çatmışdım,

Bu qırx səkkiz yaşına?!

 

Dəlixanadan qaçmışdım,

Yoxsa dar ağacından?!

Sübh tezdən izimə düşüb,

Kimdi məni axtaran?!

 

Günahım idi, görən,

Cəzam olacaqdı?!

Bəlkə, bu adam cibindən,

Qandal çıxaracaqdı?!

 

...Yox. Kimsə narahat olub,

Bir çapar göndəribmiş.

Get gör o həyatdan küskün

Yaşayırmı, deyibmiş.

 

Mən sakitcə gülümsəyib,,

Qorxmayın, sağam, - dedim

Sadəcə, necə vaxtdı ki,

Özümdə yoxam, - dedim.

 

Yaman yuxuya getmişdim,

Heç kim oyatmayıb.

Telefonu söndürmüşdüm,

Mesajlar da çatmayıb.

 

Narahat olmayın, məni,

Neynir ki, ölüm, - dedim.

Siz əziyyət çəkdiniz,

Üzürlü bilin, - dedim.

 

İntiharı düşünmürəm,

Dərdi boşlayacam.

Söz verirəm ki, bu gündən

Həyata başlayacam.

 

Səhər Əhməd

 

Ədəbiyyat qəzeti.- 2020.- 15 avqust.- S.24.