"Mir Cəlal Paşayev": Gənclər
üçün
İnternet e-kitabxana və
kreativ-innovativ mərkəz
yaradılır
Yeni
Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının 2019-ci ilin qrant
müsabiqəsi çərçivəsində maliyyələşdirilən
növbəti kreativ layihəsini həyata keçirilməyə
başlayıb. "Mir Cəlal Paşayev": Gənclər
üçün İnternet e-kitabxana və kreativ-innovativ mərkəz"
layihə, İnternet və sosial şəbəkələrdən
yararlanaraq, dünyada yaşayan 55 milyonluq azərbaycanlı
soydaşlarımız, xüsusən də gənclərə
ünvanlanıb. Üç aylıq layihə çərçivəsində
"Mir Cəlal Paşayev" İnternet resursu, kitabxana.net -
Milli Virtual-Elektron Kitabxana polratlında eyni adda elektron kitabxana
bölümü və sosial platformalarda kreativ-innovativ kontentlər
yaratmaqla, son illər xaricdə ölkəmizə qarşı
böhtanxarakterli materiallar yayanlara qarşı intellektual-mədəni
cavab vermək nəzərdə tutulur.
Layihə
alim Mir Cəlal Paşayevin
yaradıcılığını, kitablarını, ədəbi-bədii,
elmi-filoloji irsini İnternet, elektron kitabxana və sosial şəbəkələr
vasitəsilə gənclərə çatdırmaqla,
onların milli-mənəvi dəyərlərimizə
sayğı və sevgi hisslərlə böyüməsinə
təkan vermiş olacaqdır. Xalq yazıçısı və
alimin mobil elektron kitabxana bölümü zənginləşdirməklə,
sosial şəbəkədə "Mir Cəlal
Paşayev" Kreativ-İnnovativ Mərkəz yaratmaqla ədibin
indiyə qədər nəşr olunmuş kitablarının
elektron variantlarını bir resursda cəmləməyi, eləcə
də onun aforzmlərindən ibarət kitabın kağız
və elektron variantda nəşrə hazırlanaraq
çapı-yayımı, ictimai-virtual təqdimatı nəzərdə
tutulur.
Layihə
virtual imkanlardan yararlanaraq milli ədəbiyyatın,
bütöv Azərbaycanı birləşdirən kulturoloji-ədəbi
model kimi izləməyi, tanıtmağı, e-kitblarla humanitar
düşüncəmizin bu istiqamətinin
araşdırılmasını, tədqiqini,
populyarlaşdırılmasını dəstəkləyir.
Yeni Yazarlar və Sənətçilər
İctimai Birliyinin Analitik-İnformasiya bölümü
Ədəbiyyat qəzeti.- 2020.- 15
avqust.- S.5.