Oksford küçələrində
çiçək satan qoca
qadından balalar
üçün cəfəng şeirlər...
Götürməyə
tələsmə
Başqasının
olanı.
Hər
tərəfdən baxan var
Dostu-düşməni
tanı.
Onlar
çıxan kimi tez
Götür, nəyi istəsən.
Atan-anan
bilir ki,
Sən də belə xəstəsən.
Özgənin olanını
Götürməyi sevirsən.
Onlar heç kimə deməz
Burda nələr
çevirsən.
***
Əynində təzə palto
Başında təzə papaq,
Həyətə çıxdın, qoçaq.
Nəyinə lazım sənin
Gölməçədə sürünmək.
Kimsə
gözün açınca
Hasar üstə
görünmək.
Təzə palto geyənə
Göstərim təptəzə yol.
Elə et ki, paltoda
Qalmasın salamat qol.
Hasardan sürüşəndə
Mismarlara iliş, keç.
Gölməçəni şappıldat
Torpaq üstə
sürüş, keç.
Aş, dırmaş, qalx, bir də aş
Toza-torpağa bulaş.
Təzə palto və papaq
Olsun cırıq,
sökük, yaş.
***
Teatrın bufeti
Olsun görüş
yeriniz.
Yeyin, için, şənlənin
Bufetdə hər biriniz.
Qazlı
suyu ləzzətlə
Başınıza çəkin siz.
Pirojnadan,
kökədən
Yeyin vəhşi
təki siz.
Bileti neynəyirsiz
Bir-ikinci sıraya.
Bufetdə dadlı-dadlı
Yığışın bir araya.
Ən maraqlı, ən rahat
Yer - teatr bufeti.
Teatrda ən böyük
Sirr - teatr bufeti.
Qarnın
dolu şirnilər,
Pirojnalar kökələr.
Həm evdə, həm bufetdə
Yeyənlər tez yekələr.
***
Kötəkləyin qurbağanı
Əlinizdə dəyənək.
Qanadlarını qopardın
Piyada gəzsin
milçək.
Məşq edin dayanmadan.
Çıxardın hər yerdə ad.
Unutmayın, çıxacaq
Sizdən əla bir cəllad.
***
Əli,
üzü, boyunu
Yumaq nəyinə
gərək.
Elə çirkli əllərlə
Götür ye, pendir-çörək.
Hər səhər yuyunmaqla
Vaxtı hədər etmə sən.
Yerindən duran kimi
Yuyunmağa getmə sən.
Qoy saçların uzansın
Qırxdırma, gəz, dolan gəl.
Onsuz da qocalanda
Başın olacaq keçəl.
***
Heç
kəsi dinləmə
sən
Çağırsalar nahara.
Gir divanın altına
Nahar hara, sən hara?
Dinməzcə uzan orda
Qoy gəzsinlər
hər yanı.
Çıxartmaq istəsələr
Tez qucaqla divanı.
Qışqır, bağır, sal
haray
Əllərini dişlə sən.
Çıxartsalar, məşğul ol
Ən zərərli
işlə, sən.
Şorba
qabını aşırt
Masa boyu süzülsün.
Kotletləri bir-bir at,
Tavan boyu düzülsün.
Olacaqsan
çöp kimi
Cəmi bir ay keçincə.
Xasiyyətin sərt, özün
Napnazik, incə-mincə.
"Açarlar bağlanıb,
qapılar cibimdə"
- tərs-avandlar, yalan-palanlar,
cəfəng və uydurmalar. Hətta bəzən
uşaqların öz
dilində də düşünməyə, düşünüb
tapmağa çalışdıran
ifadələr var. "Papağım
üşüyür", "Şalvarım qaşınır",
- deyən balaca qızcığaz tanıyıram
ki, o da böyükləri düşünüb
tapmağa məcbur edir. Əşyalara haqsızlıq etməyən
qız, başından
öncə papağının
üşüdüyünü elə inandırıcı
deyir ki, əsl həqiqəti tapmaq üçün azca da olsa
düşünmək lazım
gəlir.
Bu ədəbi janrdır
desəm. Cəfəng şeirlərin bəzən
söylədiyi o qədər
həqiqət var ki...
Bizim folklorda da var
həyat dolu sevimli, dillər əzbəri şeirlər
var:
Hamam hamam içində,
Xəlbir
saman içində,
Dəvə dəlləklik eylər
Köhnə hamam içində,
Hamamçının tası yox,
Baltaçının baltası yox,
Orda bir tazı gördüm,
Onun da xaltası yox.
Nağıl-mağıl bilmərəm,
Bilsəm
də söyləmərəm,
Xandan gəlmiş nökərəm,
Dinmə böyrünü sökərəm.
Qriqoriy Oster
Tərc. etdi:
Sevinc Nuruqızı
Ədəbiyyat qəzeti.- 2020.-
15 avqust.- S.4.