Sevimlim, Uşaq! Sənin təxəyyülün
o qədər genişdir
ki. Bu geniş
təxəyyülün dolaylarında
düzünə və
tərsinə dolaşanlar
var. Sənə öz
sözünü birbaşa
və dolayısı ilə çatdıranlar da. Tərtəmiz həqiqət də, yüngül ironiya da var sənin
üçün yazılanlarda.
Amma onu deyim ki, sənin
üçün ən
çox başdöndərən,
nəfəstutan, daha nə bilim nə
hisslər yaradan maraqlı tərsavand şeirləri Korney Çukovski yazıb. Onun yumor, təxəyyül,
hərəkət dolu
şeirlərini zövqsüz,
quru, ciddi və mühafizəkar böyüklər oxusa, yəqin ki, dodaq büzüb, onların uşaqlara heç nə verməyəcəyindən gileylənər,
amma sən - əzizim, Uşaq, əminəm ki, bu şeirlərdən zövq alırsan. Onun hər sətrindəki alt
mənanı asanlıqla
anlaya bilirsən.
Korney Çukovski
Telefon
Din dirin, din dirin
Telefonum zənğ çaldı.
- Kimdir?
- Fil.
- Haradan?
- Dəvədən.
- Nə lazımdır?
- Şokolad.
- Kiminçün?
- Oğluma. Şəkərimə, noğuluma.
- Çox göndərək,
yoxsa az?
- Beş pud, ya
da ki, altı.
Oğlum
körpədir, çəkməz
Bundan artığın
xətri.
Sonra çəkdim ah
Bir də din, dirin...
Zəng etdi timsah.
Gözlərində yaş
Dedi: -
Ay qardaş,
Arvadımla mən
Bir də ki, Tatoş
Hərəyə lazım
Düz bir cüt qaloş.
- Göndərmişəm mən
Lap elə dünən.
Nə dolu, nə boş
İki cüt qaloş.
- Düz deyirsən, onları
Dünən axşam yedik biz.
Yeni qaloş, görəsən
Nə vaxt gələr? - dedik
biz.
Şamda
ləzzətli qaloş
Süfrəmizi bəzəyər.
Bir axşama altı cüt
Qaloş yeməyə dəyər.
- Din, dirin...
Dovşanlardır.
Kələkbaz şeytanlardır.
Hər biri dedi tək-tək
Göndərin bizə əlcək.
- Biz isə meymunlarıq
Nə desəniz
anlarıq.
Kitab göndərin bizə
Dayanmışıq göz-gözə.
Nərildəyən ayıdır
Dəcəllərin tayıdır.
Anlamadım nə deyir.
Nə bəli
var, nə xeyir.
Zəng
etdilər cücələr
Dedilər ki: - Gecələr,
Bərk
ağrıyır qarnımız
Qurbağa yemişik biz.
Qurtarıb dərmanımız.
Sonra yenə din, dirin
Donuzdu zəng
eyləyən.
Xoruldayıb hamını
Hər kəsi
dəng eyləyən.
Deyir bülbül
göndərin.
Birgə
nəğmə oxuyaq
Dedim: - Bülbül oxumaz.
Donuzlarla
bir xorda
Yəqin
ki, sənə qarğa
Lazım olacaq orda.
- Mu, Mu...
Kimdir görəsən?
Aman, yenə ayıdır
Daha bilmirəm kimin
İndi ayı tayıdır.
Narahatdır, deyir morj
Udub dəniz kirpisi,
Başım-qulağım gedib
Aləmi basıb səsi.
Bütün günü din-dirin
Gah suiti zəng etdi,
Gah maral, gah bildirçin.
Bir beş-altı gün qabaq
Ceyranlar
soruşdular:
- Karusellər yanıbdır?
Bizim xəbərimiz yox
Hamı bunu danıbdır.
Niyə
danışırsınız
Ceyranlar, cəfəngiyat?
Karusellər yerində
Dayanıb sağ-salamat.
İnanmayanlar sabah
Gəlib yellənə bilər.
Yoxsa ki, boş-boşuna
De, kim dillənə
bilər?
Ceyranlar
dediklərin
Kim deyər ki, dandılar
Hamısı bir ağızdan:
- Karusellər yandılar,
Karusellər yandılar.
Küyçü ceyranlar dedi,
Axmaqlar inandılar.
Dünən səhər erkəndən
Din, dirin, din, din, din, din
- Moydadırdı bu?!
- Bəli, kimdir?
- Kenquru.
- Başqa yerə düşmüsüz.
- Bəs Moydadır...
- Zəng edin 125
Üç gecədir yatmıram
Yorulmuşam mən yaman.
Gözümə yuxu gedib
Açılana yaxın dan.
Yenə
dirin, din, dirin
- Kimdir?
- Kərgədan!
- Söylə, nə baş veribdir?
- Fəlakət!
- Nə olub?
- Xilas edin!
- Kim dardadır?
- Begemot.
- Söyləyin, nə gətirim
- Yaşıl yarpaq, yoxsa ot.
- Yox ey, düz
bataqlığa
Yıxılacaq begemot.
Gəlməsəniz, ordaca.
Boğulacaq begemot
Tez gəlin, tez...
- Yaxşı, gəldim köməyə
Can, begemot, deməyə.
İlk vazkeçilməz
"cəfəng" şeirlər
toplusu isə, ingilislərin təbirincə
desəm, "uca kitab" "Ana qazın nəğmələri"dır ("The
Mother Goose"). Bu kitab bir neçə nəsil ingilis uşağının sevimli
şeir və nəğmələr toplusuna
çevrilməmişdən öncə min illərlə
ələkdən keçib.
Yəqin ki, milyonlarla uşaq "Ana Qazın nəğmələri"ndəki
Şaltay-Boltayı, Robin-Bobini,
əlcəklərini itirmiş
Bala pişikləri, ev tikən
Ceki və digərlərini sevə-sevə
oxuyublar. İngilisdilli ölkələrin ən şöhrətli və ən çox oxunan kitabı. Niyə görəsən, Ana Qazın şeirləri, yanıltmac və başsındırmaları əsrlərdir
uşaqlar tərəfindən
bu qədər sevilir? Çünki körpə oxucu
və dinləyicinin qarşısında zarafat
və fantastika dolu gülməli, qəribə, real və qeyri-real obrazlarla zəngin bir dünya açılır.
Elə bir dünya ki, bu dünyada inəklər Aya uçur, səyahətçilər
bapbalaca ləyəndə
dünya okeanında səyahətə çıxır...
Uşaq hadisələrin və qəhrəmanların bəzən
axmaqlığına, bəzən
cəld və məzəliliyinə gülür,
sevinir və bu azart bütün
dəhşətlərdən qorxu hissini üstələyir.
Barabas
Robin-Bobin
Barabas
Robin-Bobin
Əjdahadır, yoxsa cin?!
40 adam həzm
eyləyib,
İnək, Öküz, At yeyib.
Əyriqıç qəssabı da
Su yığılan qabı
da.
Arabanı, dudkeşi
Dəftər, qələm, xətkeşi.
Yeyib evi, sarayı.
İndi
gəlir harayı:
"Ay qarnım, qarnım", -
deyir
Yenə nə gəldi yeyir.
Şaltay-Boltay
De, hardadır, Şaltay-Boltay
Divardadır, Şaltay-Boltay.
Yuxuladı Şaltay-Boltay
Ay haray, haray, haray.
Divardan töküldü yerə
Görə-görə, bilə-bilə.
Kral ordusu axışdı
Kral ordusu yığışdı.
Hara getdi Şaltay-Boltay
İtdi, İtdi, Şaltay-Boltay.
Dəmirçi
Ay dəmirçi, afərin
Necə rahatdır, yerin?!
Kəhər atım axsadı
Bu at kimə oxşadı?!
Al, yenə nalla onu
Bir az sanballa
onu.
Bax, bu nal, bu
da ki, at
Nalla onu bu saat.
Cek və Cill
Əllərində vedrə var
Cek və Cill.
Onlar dağa dırmanar
Cek və Cill.
Cek nə yaman sürüşdü
Vedrəsi yerə düşdü.
Düz alnı üstə dəydi
Kaş düz yolla gedəydi.
Ay alnım, ay alnım
Cill nə yaman ağladı.
Dob xala tez yüyürüb
Cillin alnın
bağladı.
Min bir qəribə və məzəli əhvalatla qəlbləri
fəth edən Ana qaz kim idi axı?! Bu
sevimli cəfəng şeirlər xalqdan gəlmişdi, yoxsa Ana Qaz təxəllüsü
altında onları kimsə yazmışdı?
İngiltərədə belə hesab edilir ki,
Ana Qaz Oksford küçələrində çiçək
satan qoca
qadındır. Fransada isə
düşünürlər ki, kitabın müəllifi şahzadə
Bertadır. O öz
qohumu Robertlə qaçmış, sonra təsadüf nəticəsində
bilmişdir ki, Robert ailəlidir. Və şahzadə Berta əməlinin cəzası
olaraq qaza çevrilmişdir. Elə
buradan da onun adı yaranmışdır:
Ana Qaz.
Amma günü
bu gün köhnə Boston məzarlığında
Goos soyadı altında bir necə qadın məzarı var. Hansılar
ki, zaman-zaman Ana Qazın şeirlərinin müəllifi kimi görünüb yox olmuşlar.
Müəllifi kim olur-olsun, körpə qəlbləri fəth edən şeirlər hələ də öz xeyirxah missiyalarını davam etdirir. Güldürür, əyləndirir, düşünməyə məcbur
edir.
Korney Çukovski
Tərc. etdi: S.Nuruqızı
Ədəbiyyat qəzeti.- 2020.-
15 avqust.- S.4-5.