DOST TƏBRİKİ

 

Görkəmli Azərbaycan şairi, əsl beynəlmiləlçi Fikrət Qocanın adını mən ilk dəfə keçən əsrin yetmişinci illərində yaxın qələm yoldaşım, "Sovetskiy Soyuz" jurnalı baş redaktorunun birinci müavini Saşa Kolodnıdan eşitmişəm. Axtarıb kitabını tapdım, oxudum bu şairin mənə qədər yaxın olduğuna heyrət etdim.

Çox sonralar, artıq ABŞ-da gözəl şair, publisist, dostum Aleksandr Qriç mənə Fikrət Qocadan sevdiyi şeirləri oxuyanda ən incə hisslərimi bir daha oyatdı. qədər orijinal qeyri-adi misralardır:

 

Evim tramvaylar, troleybuslar, təyyarələr -

Kəndlər, şəhərlər, səyyarələr dayanacağım.

Milyon kilometrlərlə ömür yaşamışam.

Kim bilir harda dayanacağam?!

 

Şair elə bil mənim haqqımda yazıb bunu - həyatım başdan-başa yollardadır.

 

Fikrətin poeziyası həm incədir, zərifdir, həm polad kimi möhkəm əyilməz. Necə illərdir onun gözəl bir şeirinin şah misralarını dönə-dönə ürəyimdə təkrar edirəm:

 

Allahım düşmənimi qoru -

                                    alçaltma

Alçağa qalib gəlmək alçaldar

                                    məni.

 

Bu bir neçə misra həyat proqramıdır, kişilik kodeksidir. Mən əminəm ki, Fikrət Qoca bu kodekslə yaşayır, yazıb yaradır.

Heç zaman qocalmayan əziz dostum Fikrət Qoca, sənə möhkəm cansağlığı, uzun ömür arzulayıram.

 

İqor Panfilov

Rusiya Beynəlxalq Sülh Fondunun

sədr müavini, Rusiya İctimai Elmlər

Akademiyasının həqiqi üzvü, professor

 

Avqust, 2020

 

Ədəbiyyat qəzeti.- 2020.- 22 avqust.- S.8.