Ümumamerika Bulat Okucava
Mədəniyyət fondu
Avqust ayının 25-də Fikrət
Qocanın 85 yaşının
tamam olacağını
mənə Aleksandr Qriç xatırlatdı;
Moskvanın, Bakının
və Los-Ancelesin ədəbi dairələrində
yaxşı tanınan
şair, publisist və çoxlu sayda radio-televiziya verilişlərinin müəllifi,
əslən bakılı,
indi isə Los-Ancelesdə yaşayan Aleksandr Qriç... Bir zamanlar biz onunla
"Panorama" qəzetində külüng vururduq, hal-hazırda isə hər ikimiz Ümumamerika "Bulat"
xeyriyyə fondunda çalışırıq.
Bəli,
məhz elə Aleksandr düz beş il
öncə mənə
gözəl insan Fikrət Qoca ilə tanış olmaq xoşbəxtliyini bəxş etdi. Onun Fikrəti öz oxucularına təqdim edəndə yazdığı
sözlər yaxşı
yadımdadır. Belə
yazırdı: "Fikrət
Xalq şairidir; yüksək ədəbi mükafatlar laureatıdır,
Yazıçılar Birliyinin
birinci katibidir, dəfələrlə dövlət
mükafatlarına da layiq görülüb. Amma onu tanıyanlar üçün, yaxın
dostları üçün
fəxri adlar, vəzifələr, mükafatlar
bir o qədər də əhəmiyyətli
deyil, əsas odur ki, o - Fikrət
Qocadır. Və bu
hər şeyi deyir.
Ümumiyyətlə, Qriç Fikrət Qoca şəxsiyyətinin,
Fikrət Qoca şeirinin vurğunudur. Görün
bir o nə yazır: "Mən xoşbəxtəm ki, bir çox illər (bir çox on illər!) bundan əvvəl
Fikrətin şeirləri
ilə tanış olmuşam. Ona vurğunluğumun da əsasında, heç şübhəsiz,
öncə şeirləri,
onların bənzərsizliyi
durur. Fikrət Qoca Allah vergisi,
güclü nəfəsi
olan şairdir; qeyri-adi düşüncə
tərzi var onun. Həyatda da, şeirlərində
də istedadlıdır".
Los-Ancelesdəki görüşlərimizi
xatırlayıram; unudulmaz
görüşlərdi - nə
qədər istiqanlı,
sadə və səmimi insandır. O zaman gözəl şeirlər
oxudu Fikrət bizə.
Mən,
düzü, Qriçin
Fikrətlə dostluğuna
həsəd aparıram,
hətta paxıllığım
tutur deyərdim; bu barədə mən beş
il bundan əvvəl Fikrətin 80 illik yubileyi zamanı onu təbrik edəndə də yazmışdım.
Bir də yadımdadır o yazımda
Fikrətə müraciət
edərək demişdim
ki, əzizim Fikrət, sən bundan sonra da
"uzun illər arxamca gəl, çat mənə, nəfəsini həmişə
hiss eləyim arxamda"
- o vaxt mən də elə o yaşdaydım; biz yaşıdıq
axı, ay yarım mən ondan böyüyəm.
İndi o 80 illik yubileyi münasibətilə Moskva
Yazıçılar İttifaqının
birinci katibi Yevgeni Sidorovun Fikrətə göndərdiyi
təbrik məktubunu oxuyuram, qarşımdadır;
necə də səmimi sözlərdir. O yazır:
"Əzizim Fikrət,
ürəkdən gələn
təbriklərimi lütfən
qəbul et! Bakıda, Moskvada səninlə görüşlərimi, sənin
ehtiraslı, fəlsəfi
misralarını, bütün
Azərbaycanın oxuduğu
gözəl mahnılarını
tez-tez xatırlayıram.
Evində, vətənində daim əmin-amanlıq olsun; ürəyin də həmişə sevinclə dolu. Səni bərk-bərk bağrıma basıram, əziz dost!".
Başqa
bir təbrik:
"Əziz Fikrət,
sizi daha bir on illiyinizin tamamı münasibətilə
təbrik edirik; illəri saymağın nə mənası?! Məgər şeirin
və şair qəlbinin yaşı olurmu?! Bizim, yəni sizin
moskvalı dostlarınızın
və həmkarlarınızın
gözündə siz həmişə müdrik
lirik şair, canlı metafora ustası, geniş ürəkli, istiqanlı,
mehriban bir sənətkarsınız. Sizin şeirləriniz həmişə
olduğu kimi bu gün də
insanlara gərəkdir.
Deməli, siz yenə də onların intizarı qarşısında borclusunuz!
Uzun illər səmimi dostluq duyğularınıza
görə minnətdarlıq
hissi ilə...
Moskva Yazıcılar
İttifaqının katibliyi
adından şair dostunuz Tatyana Kurovlyova".
Fikrət Qoca yaradıcılığındakı
gənclik ehtirası azalmadığı kimi, ürəyi qocalmadığı
kimi ona ünvanlanmış bu ürək sözləri,
bu arzular da qətiyyən köhnəlmir. Fikrətin şeirlərini oxuduqca
buna mən bir daha əmin
oluram. Və mən Fikrətlə bir daha görüşəcəyimizə
də, onun sağlığına badə
qaldırıb "əziz
dost, hələ uzun illər arxamca gəl, çat mənə" - deyəcəyimə
ümidimi də itirmirəm!
Aleksandr Polovets
Ümumamerika Bulat Okucava
Mədəniyyət fondunun prezidenti
Avqust, 2020 - Los-Anceles
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.7.