Azərbaycan Yazıçılar Birliyinin I katibi

Azərbaycanın Xalq şairi

Fikrət Qocaya

 

Fikrət Qoca - 85

 

Əziz Fikrət müəllim!

Sizin çoxşaxəli böyük yaradıcılığınız Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Artıq neçə nəsillərdir ki, sizin yüksək amallar ideyalarla aşılanmış çox sadə, lakin bəşəri həqiqətləri bənzərsiz bədii ifadələrlə açıb göstərən şeirlərinizi böyük maraqla oxuyur sevirlər. Ən başlıcası odur ki, sizin şeirlərinizə yalançı parıltı, ritorika, təmtəraq həmişə yad olub; orda hökmran poeziyadır. Poeziya isə həyatın özü kimi keşməkeşlidir ... gözəldir.

Əlbəttə, siz, ilk növbədə, öz xalqınızın şairisiniz:

Mən Azəriyəm, Azəriyəm mən,

Bir sözlə - Azərbaycanlıyam - deyirsiz.

Eyni zamanda siz, heç şübhəsiz, bütün dünyanın, bəşəriyyətin şairisiniz. Bütün xalqların ayrılıqda hər bir insanın taleyini düşünən narahat təbiətli şairsiz. Siz o şairsiniz ki, özünüzü heç vaxt bizim ümumi həyatımızdan, çətin gözəl dünyamızdan ayrı təsəvvür etməmisiniz. Sizin poeziyanızın nüvəsində tərənnüm etdiyiniz bəşəri dəyərlər durur. Ona görə əsərləriniz dünyanın bir çox dillərinə tərcümə olunub kitablarınız da hər yerdə maraqla qarşılanır.

Fikrət müəllim sizin yaradıcılığınız bəşəriliyi ilə yanaşı, gözəl Azərbaycan xalqının mənəvi dünyasından qidalanıb, çox qədim qatları olan xalq şeirinin büllur kimi şəffaf bulağından su içib çox böyük bir ədəbiyyatın tərkib hissəsidir. Təsadüfi deyil ki, şeirlərinizə saysız-hesabsız mahnılar yazılıb; bu mahnılar insanların dillər əzbəridir.

Biz sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir fəxr edirik ki, Azərbaycandan uzaqlarda imkanlarımız daxilində Azərbaycan haqqında, Azərbaycan ədəbiyyatı haqqında həqiqətləri söyləyə bilirik.

Əziz Fikrət müəllim, sizə möhkəm cansağlığı yeni-yeni yaradıcılıq  uğurları arzu edirik. İsraildə belə deyirlər: "Mozal tof (təbriklər), 120 yaşınızda görüşənədək"!

 

Hörmətlə, Roman Qureviç

Azərbaycan Yazıçılar Birliyi

İsrail şöbəsinin sədri,

 

Pyotr Lyukimson

şöbənin məsul katibi,

yaradıcılıq qrupunun rəhbəri

 

Avqust, 2020 Yerusəlim

 

Ədəbiyyat qəzeti.- 2020.- 22 avqust.- S.6.