Şəhidlər dəfn olunmur
Adi bir
ölən kimi.
Biz onu
basdırırıq
Toxum kimi, dən
kimi.
Poladın
arxasınca...
Yüz
general içində
Bir Poladım
var idi.
Bu nəmdə, bu biçimdə
Təmiz adım var idi.
Kim vurdu generalı
Ürəyinin başından
Qorxmadımı sel olan
Allahın göz yaşından?!
O, yüz dəfə yayındı.
Düşmənin gülləsindən
Amma qaça bilmədi
Erməni
hiyləsindən
Siz nahaq coşdurdunuz
Bu millətin qanını
İndi
o göstərəcək
Sizə Nuh tufanını.
Poladın arxasınca
Hələ yüz Polad gəlir.
Koroğlu torpağında
Atlara qanad gəlir.
Həmişə sülh demişəm
Döyüşlə yoxdur aram.
Amma Nərə çəkilsə
Meydanda mən də varam.
Ey igid nəvələrim,
Düzlənin papaq-papaq.
Söz başa düşməyəni
Köz ilə başa salaq.
İgidlər xiyabanı
Şəhidlər dəfn olunmur
Adi bir ölən kimi.
Biz onu basdırırıq
Toxum kimi, dən kimi.
O daşların altından
Göyərir təzə adlar.
Böyüyür, pərvazlanır.
Mübarizlər, Poladlar.
Şəhidlər xiyabanı
Uyuyan bir zəmidi
Hər igid daş altında
Susan bomba kimidi.
O bombalar partlasa
Yeri-göyü qoparar.
Sel olsa, qaya nədi
Dağları da aparar.
Qulağının dibindən
Keçib namərd gülləsi,
Adam var ki, ölməyib,
Ölüb düşmən hiyləsi.
Ataların qəlbində
Şərəfli ad böyüyür,
Anaların bətnində
Körpə Polad böyüyür.
Azərbaycan torpağı
Möcüzədi, sehrdi.
Hər doğulan uşağı
Qəhrəmana cevirdi.
Millətin and yeridi,
Sən onu yaxşı tanı!
Şəhidlər xiyabanı -
İgidlər xiyabanı!
Nəvəm əsgər gedir
Orxan, əsgər gedirsən,
Əsgərliyin mübarək.
Uşaqlığın qurtardı.
İlk ərliyin
mübarək.
Vətən oğullarıyla
Nəfəs alır, yaşayır.
Hər əsgər qədəmiylə
Ona sevgi daşıyır.
Sən elin çağırışına,
Hayına, hay verirsən.
Sən ona təmənnasız
Canını pay verirsən.
Tükənməz güc verəcək
Sənə Vətən torpağı.
Başının üzərində
Dalğalanan bayrağı.
Unutma bu vətənin
Yazı, qışı sənindi.
Bu müqəddəs torpağın
Hər qarışı
sənindi.
Qoyma kimsə dağıtsın
Bir quşun
yuvasını.
Zəhərləsin yurdumun
Bu təmiz havasını.
Sev əsgər dostlarını
Yaxşı bir oğlan kimi.
Düşmən bir güllə
atsa,
Sən püskür
tufan kimi.
Qorxub qaçan əsgərin
Saxlamırlar yasını.
Bu meydanda seçirlər
Oğlanların xasını.
Mən də bayram edirəm
Sənin bu gedişini.
Uşaqlığın qurtardı
Yaxşı bil öz işini.
Hamını yaxşı tanı
Gülüşündən, səsindən
Qoru dostlarını da,
Düşmənin hiyləsindən.
Sağkən anan deyirdi:
Bir vaxt gələr ki, mən də,
Cəbhəyə yollanaram,
Orxan əsgər
gedəndə.
Addımını sərrast at
Qızışanda, sönəndə.
Bil ki, anan da
yatır,
Vətəninlə sinəndə.
Şəhidlik son zirvədi,
Bu, ədalət səsidi.
İgid
olub, sağ qalmaq
Zirvənin zirvəsidi.
Əsgərlik həyatını
Şərəflə yaşa, oğlum!
Qəhrəmanlıq istəyin
Dəyməsin daşa, oğlum!
Külək
Xəzri
adlı bir külək var,
Tozla, torpaqla
oynayır.
Gedib çıxır ağaclara,
Göydə yarpaqla oynayır.
Bilirsən nə davakardı?
Kimi görsə təpikləyir!
Çinarlardan, qovaqlardan
Aradabir təpik
yeyir.
Gecə
döyür taxtapuşu
Gumbagurum,
gumbagurum:
- Səhər çoxdan açılıbdı,
Nə yatmısız? Durun, durun!
Aradabir ağaclara
Dost olmağı təklif
edir.
Hamı
bulayır başını
Ona ürəkdən "yox"
deyir!
Bu cavabdan qəzəblənir,
Tullanır akrobat kimi.
Gah bağırır
pələng olur.
Gah da kişnəyir at kimi.
Uğuldayır, nərə çəkir
Sağ-solunu qamçılayır.
Elə bil yanğınsöndürən
Maşınları yamsılayır.
Səhər tezdən məşq
edirdi
Begemotun nəğməsini.
Qəfil
bir ildırım caxdı
Batırdı onun səsini
Gizlənməyə yer axtardı
Nərə çəkəndə buludlar.
Nur töküldü göy üzündən
Pöhrələndi körpə otlar.
Muncuq-muncuq damlalarda
Güllər, çiçəklər sayrışdı.
Bu sevginin qabağında
Əridi
bütün inadı
Onu vuran da olmadı
Amma sındı
qol-qanadı.
Ölməyən sevgi
Bir quş var tütək çalır.
Tütəyi qəşəng çalır.
O gəzir bağçamızın
Hər üzünü
oxuyur.
Heç
kəsi yamsılamır,
Öz sözünü
oxuyur.
Balabanla
səsləyir
İtirdiyi yarını.
Lənətləyir naməlum
Bir ovçunun
torunu.
O quşun hər kəlməsi
Qığılcımı andırır.
Yarına
həsrət qalan
Ürəkləri yandırır.
(Bir iş də
var, o bilmir
Hər dərddə
bir xeyir var.
Hər kədərin içində
Bir nəğmə
var, şeir var).
Sevgilisi
ölməyib,
Çönüb nəğmə olubdu.
Gizlincə quşcuğazın
Ürəyinə dolubdu.
Ona görə nəğməsi
Həmişə təzətərdi.
Bu dünyanı yaşadan
Ölməyən sevgilərdi.
Cığır
Sevdiyi insanları
Çiyninə alsın deyə.
Dağlar
şəlalələrdən
Cığır çəkib zirvəyə.
Şair böcəklər silsiləsindən
Bal arısının nəğməsi
Bir bal arısı vardı.
Çəmənləri gəzərdi.
Şirin-şirin sözləri.
Pətəyinə düzərdi.
Çiçəyin fincanında
Şirin şərbət içərdi.
Şeirinə çiçəkdən
Qafiyələr seçərdi.
Bu sözlər, bu nəğmələr
Çevrilib bal olardı.
Bal kimi balaların
Qablarına dolardı.
Uşaqlar istəsəydi
Onu baltək
yeyərdi.
Ya da ki, əzbərləyib
Şeir kimi deyərdi.
Neçə illər keçsə
də
Yaddaşlarda qaldı o.
Bal kimi şeirdi o.
Şeir kimi baldı o.
Cırcıramanın şeiri
Bu şair, Gırcırama
Cır-cır cırıldayırdı.
"C"
səsini dünyada
Ən gözəl
səs sayırdı.
Elə tərifləyirdi
O, cırıltı səsini.
Bütün cırıldayanlar
Kəsirdi nəğməsini.
Onu lap çox sevirdi
Cırıldayan ağaclar.
Sabah torpaq olası
Bu gün başdakı
taclar.
Cırıltını sevirdi
Çürüyüb gedən nə var.
Cındırından cin ürkən,
Köhnəlmiş kreslolar!
Gördü ki, bir şey çıxmır
Belə cırıldamaqdan.
Axırda
"C" səsini
Cırıb atdı varaqdan.
Tap görüm hansı səsdi
Qara pişik siçanı
Gizlin-gizlin pusanda,
Sənə də yalvararaq
"Susssss"! - dediyi
o anda -
Həmin səsi çıxarır.
O səs sağsağanda var,
Sərçədə, susəpəndə,
Samirdə, Süsəndə var.
Nə parlaq şüşədə
var,
Nə yaşıl
meşədə var.
Bu qədər dedim bəsdi.
Tap görüm hansı səsdi:
Yaşıl çəməndə yoxdu,
"Sən"də var,"mən"də yoxdu.
Sisəklə söhbət
- Adın nədir?
- Si, si
- Atanın adı nədir?
- Si, si, si, si,
- Bəs babanın adı nə?
- Si, si, si, si,
si, si.
Sərçə ilə söhbət
- Sərçə, necə
yaşın var?
- Üç.
Bəs neçə
qardaşın var?
- Üç.
- Neçə armud yemisən?
- Üç.
- Necə yalan demisən?
- Üç!
Dadlıdııı, dadlıdı...
Bir quş var bizim
bağda
Heç
vaxt kəsilmir səsi:
"Dadlıdııı, dadlıdı...".
Elə budu nəğməsi.
Günəş səpib nurunu.
Aləm toy büsatlıdı.
Süfrə təzə açılır
Bu quş deyir: "Dadlıdı!".
Bulud zər səpə-səpə
Çöl-çəməni adlayır.
Arılar şərbət içir.
Bu quş deyir: "Dadlıdı!".
Qızıl qazın tükləri.
Qızılıdı, odludu.
Qaz ürəkdən gərnəşir,
Bu quş dedyir: "Dadlıdı!".
Sübh
çağı göy
çəməndə
Ceyran,cüyür otladı
Onlar gül çiçək
yedi
Bu quş dedi: "Dadlıdı!".
Bir çəyirtkə tullandı
Elə bil ki, atlıdı.
Yedi yaşıl buğdanı,
Bu quş dedi: "Dadlıdı!".
Qaratoyuq oxudu.
Toyludu-büsatlıdı.
Bir şirin cəh-cəh vurdu
Bu quş dedi: "Dadlıdı!".
Yetişibdi ağ ərik
İndi
yəqin, bal dadır.
Dadına
baxılmayıb
Bu quş deyir: "Dadlıdı!".
Meh əsir, bir kəpənək
Güldən-gülə adlayır.
O, rəqs edir havada
Bu quş deyir: "Dadlıdı!".
Acı bir şey görəndə
Özünü də aldadır.
Oxuyur nəğməsini:
- Dadlıdıııır, dadlıdır.
Dünyanın şirnisini
Nəğməsinə daşıyır.
Hər şeyə "Dadlı"
deyib
Dadlı ömür yaşayır.
Zahid Xəlil
Ədəbiyyat qəzeti.- 2020.- 22
avqust.- S.18-19.