Abaydan yeni
tərcümələr.
Gəncliyimdə elmə dəyər
vermədim
Gəncliyimdə elmə dəyər
vermədim,
Faydasını dərk etsəm də boş verdim.
Yaş ötəndə buna fürsət olmadı,
Çox şeyləri, çox şeyləri itirdim.
Bu itkinin görən
kimdədir suçu?
İndi xatırlamır bunları
huşum.
Əlimi
vaxtında uzatsa idim,
Böylə olurdumu işin sonucu?
Körpə balalara olmuşuq
yiyə,
Borcluyuq onlara savad verməyə.
Göndərdim onları mədrəsəyə
mən,
Bir savad yiyəsi olsunlar deyə.
Mən
el başçısıyam, yerim qabaqda,
Sözüm üstə söz olamaz qazaxda.
Ancaq qiymətimi bilən olmadı,
Belə davam etdim mən
yaşamaqda.
Sakit gecədə Ay
Sakit gecə, yarım Ay
İşıqoynayır suda.
Dərin
vadidə bir köy,
Dərd-bəla bizdən cüda.
Pıçıldaşıb söyləşir,
Ağaçların yarpağı.
Yamyaşıldır yer üzü.
Tükənməzdir torpağı.
Bitməyən şarkılar var,
Uzanır it hürüşü.
Yayan durub növbəyə
Arzuların gülüşü.
Arzu qucağa sığmaz,
Gah üşüyər,
gah yanar.
Kimi xoş anlar duyar,
Kimi yoldan caydırar.
O çox susdu, dinmədi,
Asta vurdu ürəyi.
İndi
səssiz, sevdasız
Danışsın sizə nəyi?
Qalın elim, qazağım,
yurdum, uruğum
Qalın
elim, qazağım, yurdum, uruğum,
Dodağının üstünə düştü
bıyığın.
Ovurdunun
biri yağ,
biri qan oldu,
Xeyirin az oldu,
şərin bir yığın.
Üz versən, üzün nə sevimli oldu,
Şərtlər kimi sırtın niyə pozuldu?
Ariflərin sözü səni
çaşdırdı,
Tarlanı ağzınla əkəsi
oldun!
Mənim
sözlərimdən olubsan
naçar,
Gündüz nəşən, gecə də uyqun qaçar.
İstədiyin nədir, həddini
söylə,
Gör bir nə haldasan, yüz min üzün var.
El başına bəydir cılız insanlar,
Xalqın hüzurunu pozurlar bunlar.
Özün itiribsən azadlığını,
İtmiş sifətini de kim qaytarar?
Dərdin
mal dərdisə, işin
çox çətin,
Allah kərəminə qalıb qismətin.
Bir nəsli, uruğu dərdə salıbsan,
Bumu ərənliyin,
bumu ismətin?
Nəfsin
sahib olub ömrünə
sənin,
Ayaqlar altına
düşüb qeyrətin.
Əgər qurtulmasan gəvəzəlikdən,
Ömrün əzab olar, işlərin çətin.
Könlün öz gücünü
de nədən alar,
Yaşın qırx olanda səndən nə çıxar?
Arını itirən verəmməz
qərar,
Onun hər işində çoxüzlülük
var.
Bir ağıllı məsləhətə
rast gəlsə,
Hədyan çıxararaq söyüş
yağdırar.
Zənginlər uğraşır mal çoxaltmağa
Zənginlər uğraşır mal çoxaltmağa,
Satar öz cüzünü* qeyrətsiz
ağa.
On alar, doxsan da
qazanmaq istər,
Bunun haqq yanında bədəli baha.
Varıb
gəlsə, İrtışın
suyundan dadıb,
Verib gəlsə, bir qədər çalıb-çatıb,
Əlli
alıb, sərxoş
olub İdildə,
Yeyib-içib, ayaq üstündə yatıb.
Gülüb oynar, boşa at
zəiflədir,
Boğazına qədər borc içindədir.
Sərsəm desələr də,
bunu xoş bilir,
Həm Allah söyləyir,
həm kələk gəlir.
Qorxu görsə, qorxusuna qoymaz son,
Şəhrə qoşar, bay ardınca tutub yön.
Güclü bassa, üstə
çıxar öncədən,
Qolları düşər qalanda halsız bədən.
Sanballı bəylərə qurmaqçün
tuzaq,
Hər kəs bir it bəslər, mırıldadaraq.
* Cüz - qazaxlarda tayfalar birliyi,
qazax xalqı böyük, orta və kiçik
adlanan üç cüzə bölünür.
Bazara baxar dursam, hər kəs varar
Bazara baxar dursam, hər
kəs varar,
Axtaranlar hər şeyi burda bular.
Hər kəsə eyni şey sunmaz ki, bazar,
Kimi mərcan,
kimi də yeyəcək alar.
Hərə aradığı bir
cürə şey var,
Ödəyib pulunu, malını alar.
Sözü kimsə anlar, kimsə anlamaz,
Nadan dəyər
verməz, çaşaraq
qalar.
Bu zamanda söz anlayan adam
varmı?
Cahil adam hikmətli
söz anlayarmı?
Dağılsa da yerdə qalmaz deşik muncuq,
O həmişə əldən-ələ
gəzən vardı.
Bir adama deyil, bütün
xalqa sözüm var,
İnad etməyin gənclər, qavrayın, işə yarar.
"İt mərcanla nə etsin", demiş atalar,
Şüurlu igidlər bu sözdən ibrət alar.
Tərcümə etdi: Elxan Zal
Mən şeir yazmıram
baş qatmaq üçün
Mən şeir yazmıram baş qatmaq üçün,
Bəlli nağılları anlatmaq
üçün.
Yazdım,
bir hikməti doğma dilində,
Yeni nəsillərə
çatdırmaq üçün.
Məni
nadanlar yox, aqillər anlar,
Yalnız aqillərin bəs edər gücü.
Mənə dolanbac yox, doğru yolla gəl,
Sirlərimi öyrən hər şeydən əvvəl.
Həmən qulağını bəri
tut, dinlə,
Çox da duymamısan belə saf əməl.
Çaşıram öncəki fikri
anmadan, -
Xalq belə
söyləyir mənə
əlbəəl.
Siz
"Həzrət-Əli"siz, "şiri-pələngsiz",
Burda yoxdur
"altun dişli gözəl qız".
Qocalıq yamandır, ölüm
diləyən,
İgid, demirəm ki, qoy olsun arsız.
İlginc
şeylər yoxdur burda deməyin,
Dərin mənalar var, bilib, açarsız.
Batırdan doğulan inadkar
olar,
Quldurdan doğulan bac-xərac alar.
Ağılsız, mal-mülksüz, arsız
kimsələr,
Mübtəla olduğu halına
gülər, -
"Qızıl dildə
sümük..." deyib
atalar.
Şeirdə, sənətdə ad çıxaranlar,
Dinləyin mənim də sizə sözüm var.
Boşboğaz adamdan fayda gözləmək
Əsl sənəti
də gözlərdən
salar.
Bunlar kefinizi durultmayacaq,
Ey özündənrazı plagiatçılar!!!
Gözü var, amma beyni yox
Gözü var, amma beyni yox,
Nadanlıqdır hər bir işi.
Gözü-könlü toxdur guya,
Hünər sayar göstərişi.
Cahil olduğu söylənsə,
Deyər:
Tanrının işi
bu.
Bəndələrə fərq qoyarmı,
Tanrı, onun adil qulu?
Bəsarət gözün açılsa,
Düşər Tanrının şöləsi.
Qəlbindən kiri təmizlər,
İnsanın hikmət haləsi.
Cahilin könlünü tutar
Qaranlıqların pərdəsi.
Ağlı başından aralı,
Bir fərqi
var, düşüncəsi.
Kitabı
tərsinə yozur,
Sarıqlı, cübbəli molla.
Könlü parada, gözü
kor,
Qartaltək şığıyır pula.
Ürəkdə bir ayna yoxsa,
Başqa sözə nə hacət var?
Dinləyəni çox olsa da,
Çox
az insan
sözü anlar.
Abay Kunanmayev
Tərcümə etdi: Elxan Zal, İbrahim İlyaslı
Ədəbiyyat qəzeti.- 2020.-
29 avqust.- S.19.