Otuz il
əsir qaldın erməninin əlində
Quşların oxumadı Azərbaycan dilində!
Kəlbəcərdən qovulan erməni
Səni
necə çağırım,
Bir azca üzüsulu?
Bəlkə Əhrimən deyim.
Şər allahının qulu?!
Çiynindəki baş deyil,
Naxələf kəlləsidi.
Kəlbəcərin çörəyi
Burnundan gələsidi.
Yox,
Allah yaratmayıb,
Sizi - Şeytanın
itləri.
Sizə
nə eləmişdi
Kəlbəcər məscidləri?!
Adam bir iş görəndə
Düşünər balasını.
Niyə
tar-mar etdiniz
Gözəl Lök qalasını?
Xaçpərəst
də deyilsən,
Dinin yox, kəs səsini!
Yandırdın Çərəndarda
Həsən Camal kilsəsini.
Yaxşı
yadında saxla,
Bu ürək sözlərimi:
Qalaboynu,
Uluxan
Kor etdi gözlərini.
Qorxmadınmı
onların
Yüksələndə ah zarı.
Qəfil
sıcrayıb qalxar
Zarda türk
məzarları?!
Kəsdin
göy meşələri
Əzdin son körpəsini.
Dağıtdın Tərtərimin
Tağlıdaş körpüsünü.
Gördüyün
bu Kəlbəcər
Müqəddəsdi əzəldən.
Onu belə sehrli
Yaradıbdı düzəldən.
Bircə
dağın daşından
Min divar hörmək
olar.
Camışçı zirvəsindən
Dünyanı görmək olar.
Burda hər
daş, hər qaya
Xatırladır ərləri.
Qəbirlərin üstündə
At və qoç
heykəlləri.
Baş əymədi
yağıya
Ər oğlu,
ər Kəlbəcər.
Dağlarının üstü göl,
Altı gövhər Kəlbəcər.
Meşəsində
palıddan
Polad kimi qolu var.
Alagöllər, Qara göl,
Gözəl Zalxa gölü var.
Nə
görsən həmin saat
Ona quyu qazarsan.
Sənin
ürəyin yoxdu
Ayaqüstü məzarsan.
Qoy bu
dünya tanısın
Erməninin üzünü.
Yer kürəsi qorusun
O millətdən özünü!
Laçın
Gözün
aydın, ay Laçın,
Gözün aydın, Həkəri!
Demə
geri dönərmiş
Tarixin də təkəri.
Otuz il əsir qaldın
Erməninin əlində.
Quşların oxumadı
Azərbaycan dilində.
Gedəndə
yandırdılar -
Erməni kələyidi.
Yox, yanan evlər deyil,
Düşmənin ürəyidi!
Onlar itilən
kimi
Təbiət cilvələndi.
Göy meşələr oyandı
Günəşdən nur ələndi.
Dağkeçisi tullandı
Ən hündür
qayalıqdan.
Tülkü çöl xoruzunu
Marıtlayıb bayaqdan.
Yenə də
sığışmadı
Yatağına Həkəri.
Min ildi beləcədi
Hayqırtısı, ləngəri!
O alp cəmənliyində
Vələslər qırçın kimi.
Evlərin dağ başına
Qonubdu Lacın
kimi.
Külək
zümzümə deyir
Rəqs eləyir ağaclar.
Elə bil bir-birinə
Nəsə deyir ağaclar.
Deyəsən,
Məhəbbətdi,
Pəsdən, zildən oxuyur.
Ona görə çəmənlər
Belə gözəl qoxuyur.
Qızılboğaz
zirvəsi
Bir çələngə
bənzəyir.
Sinəsində binələr
Çərpələngə bənzəyir.
Gözün aydın, gözəlim!
Gözəlliyin qayıtdı.
O sıldırım dağların
Düzənliyin qayıtdı.
Ağdamım, ağ
şəhərim
Gözlərin
aydın olsun,
Ağdamım, ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!
Hər
oğlun bir qəhrəman -
Nə gizlədim, nə danım!
Allahverdi
Bağırov -
İgidim, pəhləvanım.
Görəydiniz
bu günlər
Ordumuz nəyə qadir!
Faiq, Rövşən, Canbulaq,
Asif, Baxşeyiş, Nadir!
Muxtar,
Əlabbas, Fazil,
Ay Hidayət, İxtiyar.
Sizdən
sonra nə qədər
Yeni qəhrəmanlar
var.
İti,
qurdu qovmuşuq
Ağdamın ortasından!
Qisasınız alındı,
Xalq qurtardı yasından!
Qələbəni
görmədi
Famil Mehdi qardaşım.
Yəqin,
bu gün tərpəndi
Şahmarın da başdaşı.
Əziz
Rafiq Əliyev,
Çağır gəlsin Xudunu.
Qoy töksün ekranlara
Ürəyinin odunu.
Otuz ildi
bu şəhər
Darda qaldı,
ay bala.
Bəs bu Ceyhun Mirzəyev.
Harda qaldı,
ay bala.
Nə
durmusan, ay Rəmiş,
Gitaranı alsana!
Ramiz kişi, o tarı
Bir ürəkdən çalsana!
Elman da
yavaş-yavaş
Dindirər kamançanı.
Belə
bir ansambla
Yer üzündə tay
hanı?!
Qədir
bir qıyya çəksin!
Qoy diksinsin
Səxavət.
Arif pəsdən oxusun,
Bir də gözəl Nəzakət.
Qoy kor
qoysun düşməni
Mənsumun məlahəti!
Oyansın Məcid kişi,
Güldürsün bu milləti.
Gözlərin aydın olsun.
Ağdamım, ağ şəhərim!
Dağların ətəyində
Vüqarı dağ şəhərim!
Zahid XƏLİL
Ədəbiyyat qəzeti.- 2020.- 3
dekabr.- S.11.