Xalq şairi Zəlimxan Yaqubun
yeni kitabı
işıq üzü görüb
Azərbaycan
poeziyasında özünəməxsus yeri olan və həmişə
öz dəst-xətti ilə seçilən, artıq beş
ildir həyatda olmasa da, əziz xatirəsi oxucularının,
bütün zəlimxansevərlərin qəlbində daim
yaşayan Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı
işıq üzü görüb. “Ölüm də bir
zarafatdı” adlanan nəfis tərtibatlı kitabı nəşrə
hazırlayan və redaktoru Zəlimxan Yaqub irsinin
araşdırıcısı, Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğludur.
Yeni
nəşr haqqında Musa Nəbioğlu bildirib ki, qüdrətli
söz ustadı Zəlimxan Yaqubun kitablarına hər zaman
geniş oxucu kütləsinin böyük tələbatı
var: “Bu il Z.Yaqubun yubiley ildir – 70 yaşı tamam oldu. Ölkəmizdə
koronavirusla əlaqədar kütləvi yubiley tədbirləri
keçirilməsi mümkün olmasa da, ölməz şairin
xatirəsini əsərlərindən seçmələrdən
ibarət kitabla yad edib, sadiq oxucularına yeni poeziya buketi təqdim
etməyi qərara aldıq. Şairin daha bir neçə
kitabının nəşr edilməsi də nəzərdə
tutulur”.
Ədəbiyyat qəzeti.- 2020.- 3
dekabr.- S.16.