AÇAR
Hekayə
Torpaqların düşmənlərdən azad edilməsi xəbəri bütün məmləkət əhlinə
yeni nəfəs vermişdi. Hamı bir-birinə gözaydınlığı
verirdi. Sevinc göz yaşları,
təkcə torpaq sevgisindən deyildi, bu göz yaşları
həm də bir xalqın şərəf-ləyaqətinin özünə qaytarılmasının
təntənəsindən süzülüb
gələn, ürəklərə
rahatlıq gətirən
gözyaşları idi.
Qəhrəman əsgərlərimizin
kəndlərini ermənilərdən
azad etdiyini eşidən Abbas müəllim evdəkilərə
heç nə demədən üz tutdu cəbhə bölgəsinə! Yolda əsgərlərin
yoxlama məntəqəsində
yetirmələrinin əlində
silah görən Abbas müəllim sevincini onlarla bölüşdü. Bu anlar necə də qürurverici idi. İyirmi səkkiz il
yaşanmış hava
şarı kimi çəkisizlik vəziyyətindən,
Abbas müəllimin ayağı, sanki indi yerə dəyirdi. Göz yaşı üz
qırışlarına ürəkdolu
həyat sevinci verirdi. Şagirdləri hərbi "BTR"in
üstündə onu doğma kəndə çatdırdı. Kəndin girəcəyində
Abbas müəllim ayaqlarını ayaqqabının
buxovundan azad etdi. Kənddən çıxanda əhd
etmişdi, sağ-salamat
yurduna qayıda bilsə, ayaqyalın torpağa ayaq basacaq. İndi həmin əhdə
vəfa vaxtı idi.
- Ya Allah, Sənə şükürlər olsun
deyib, - ayaqyalın kənd yolu ilə addımlamağa başladı. Yerlə-yeksan olan kənd
evlərindən nişanə
belə qalmamışdı.
Hər tərəfi kol-kos basmışdı. Abbas müəllim
gözlərinə inana
bilmirdi. Allahım,
insan adı daşıyan bir varlıq belə yırtıcı ola bilərmi? Yadına qonşusu Cumanın sözləri düşdü.
- İnsan olmaq fəxarət, erməni olmaq isə bəşərin üzqarası,
xəcalətidir!
Sevinc və qəzəbdən yoğrulmuş həyəcan
dolu hisslər Abbas müəllimi elə çuğlamışdı
ki, bir anlıq
ona elə gəldi, arxadan poçtalyon Azad at belində
zümzümə edə-edə
ona yaxınlaşır,
yenə həmişə
olduğu kimi gur səslə - Müəllim gözün
aydın, tələbəndən
məktub var! İstədi
dönüb soruşsun
ki, - hansı tələbəmdən? Baxdı
ki, arxada heç kəs yoxdur!
Yol kənarında
qəssab Süleymanın
həyət darvazasının
yerdə qalan daşlarını görəndə,
yadına Süleymanın
bir vaxtlar ona kolxoz sədrindən
şikayəti düşdü.
- Abbas müəllim, qohumuna deyinən mənə ilişməsin!
Vallah, ondan Moskvaya, birbaşa Leninin mavzoleyinə yazacam. Sənin xətrinə Leninə əziyyət vermək istəmirəm!
- Ay Süleyman, Lenin çoxdan
ölüb!
- Bəs onda niyə
kolxozun divarına yazıblar ki, Lenin yaşayır, həmişə
bizimlədi?
Abbas müəllim,
o vaxt qəssaba cavab vermədən əlini yelləyib ondan uzaqlaşmışdı.
Qəssab
Süleymanı xatırlayan
Abbas müəllim öz-özünə dedi:
- Dünyanın işinə
bir bax, Leninə dəyməyiblər,
mavzoley də öz yerində, Süleyman isə öz torpağından didərgin salınıb,
Allah bilir harda torpağa tapşırılıb.
Kolluğa ayağı ilişən Abbas müəllim, sanki özünə gəldi.
- Hə, bu da
sapojnik Fərmanın
evinin yeri. Heç nə ayaqda deyil, nə
ev var,
nə də ağaclar! Əslində, hamı onu
Fətiş oğlu Fərman kimi tanıyırdı. Fərman kinomexanik
idi. Kənd klubunda kino göstəriləndə, kinonun
ən maraqlı yerində qəfildən ekran qaralırdı.
Cavanlar
fit çalıb, qışqırırdılar:
- Sapojnik!
Elə
o vaxtdan Fətiş oğlu Fərman dillərdə dönüb
oldu sapojnik Fərman!
Birdən Abbas müəllimin gözü tərs Səxavətin həyətinə
dikildi. Dediyindən dönməyən Səxavətin nə qoz, nə də
gilas, gilanar ağaclarından heç
bir iz-toz yox idi.
Abbas müəllimin içindən
bir səs gəldi:
- Hardasan, ay Səxavət? Gəl gör sənin bağ-bağçanı bu
erməni faşistləri
nə kökə salıblar?
Birdən, sanki Səxavətin səsi Abbas müəllimin qulağına
gəldi.
- Gələcəm, ay müəllim,
getmişəm cəbhədə
onların qulağın
kəsməyə!
- Sən kəsərsən,
Səxavət, qeyrətli
oğullarımız onları
torpaqlarımızdan iti
qovan kimi qovurlar!
Yadına Səxavətlə bağlı
bir əhvalat düşdü. Günlərin bir günü Səxavət kolxozun meyvə bağının
yanından keçəndə
görür ki, armud dəyib, başın da aşağı sallayıb!
Səxavət yaxınlaşıb armud dərmək istəyəndə görür
ki, ağacın yanında it bağlanıb.
Səxavət xoş sözlərlə iti tovlayıb armuddan bir-ikisin dərib istəyir ki, bağdan çıxsın,
qoruqçu onun qabağın kəsir!
- Yekə kişisən, utanmırsan bağdan oğurluq edirsən!
Səxavət də qayıdır ki, çığır-bağır
salma, canın üçün, dişi olan bu armuddan
vaz keçməz. Yaz mənim hesabıma, kolxoz əməkhaqqı verəndə pulunu ödəyərəm!
Qoruqçu qayıdır ki,
nə pul, mən səni bütün kənddə biabır edəcəm!
Səxavət görür ki, qoruqçunun səsi zilə qalxır. Əlini
atır qulağının
dibinə çığırır:
- Ay bu kolxozun sədri,
heyy, hardasan? Bura bağlanan it məni tanıdı, ancaq sənin bura bağladığın
it məni tanımadı,
gəl bunun zəncirin çək, heyy!
Qoruqçu görür ki,
Səxavətlə bacarmayacaq,
qayıdır ki, sən dədənin goru, məni zibilə salma, halal xoşun olsun, armudu da
götür, çıx
get!
Qarışıq hisslər Abbas müəllimi ağuşuna
elə almışdı
ki, heç özü də bilmirdi ayağı onu hara aparır. Bir də
ayıldı ki, Sarıtorpaq qəbiristanlığındadı.
Qəbiristanlıq əhlinə salavat
çevirib, pıçıltı
ilə yasin duasını ürəyindən
dilinə gətirdi.
Gözlərinə inana bilmədi,
qəbiristanlıq darmadağın
edilmişdi. Qəbirlər sökülmüş insan
sümükləri ətrafa
dağılmışdı. Ürəyində, - alçaqlar
yəqin ki, qızıl diş axtarırmışlar, Allahım,
insan cildində bu erməni goreşənlərini niyə
yaratmısan, axı dünyasını dəyişmiş
bu insanların nə günahı var?
Abbas müəllim içində
öz-özü ilə
danışırmış kimi: - qəbrin açıq qalması günahdı deyib, sümükləri qəbrə
qoyub, sınıq-salxaq
sinə daşları
ilə qəbrin üstünü bağladı.
Palçıqlı əllərini
göylərə açdı:
- Allahım, insanlığa
yaraşmayan bu zilləti, rəzilliyi yerdə qoyma. Bu ermənilərin kökün
yer üzündən kəs! Sanki yanında bir başqası varmış kimi, uca səslə - İnşallah, qurban olduğum gec eliyər, ancaq birdəfəlik güc eliyər! İnsanlıq da dərindən rahat nəfəs alar! Qəbiristanlığı
bu vəziyyətdə
görən Abbas müəllim, öz-özünə
dedi: - Gör indi kənd məscidinin başına nə oyun açıblar?!
Gözümə dəymədi,
sanki yox imiş! İgid əsgərlərimiz torpaqlarımızı riyakar
ermənilərdən təmizlədikcə
görüblər ki,
Zəngilanda, Qubadlıda,
Ağdamda, Şuşada
müqəddəs Allah evi
olan məscidlərdə
donuz saxlayırmışlar.
Video çəkib göstərirlər,
ancaq dünyanın gözü kor, qulağı kar, ədalət və vicdan isə ikili demokratiya oyununun qurbanı olub!
Bütün bu gördükləri
göz dağı, ürək ağrısı
olsa da, Abbas müəllim qəbiristanlıq əhlinə
rəhmət diləyib,
"ruhunuz narahat olmasın, biz artıq öz yurdumuza qayıtmışıq", - deyib
ordan uzaqlaşdı.
Yuxu kimi xəyaldan ayrılanda özünü həyətlərinin
qapısında gördü. İkimərtəbəli evin daşları belə qalmamışdı.
Qəhər və göz
yaşı onu boğdu, hıçqırdı,
göz yaşı qəlbinə axdı.
Sanki havası çatmadı, başı
fırlandı, birtəhər
özünü torpağa
sığınmış yastı
daşa yetirdi. Əyləşib dərindən nəfəs
aldı. Özünə gələndə yadına
düşdü ki, kənddən çıxanda
evin qapısının
açarını, bu
daşın altına
qoymuşdu. Sevincək daşı
qaldırıb evin qapısının açarını
götürdü. Abbas
müəllimin sevincdən
gözləri alışıb
yandı, ürəyi
az qaldı
sinəsindən çıxsın.
Açarı silib öpdü.
Ətrafa göz gəzdirdi, ancaq bu açarla açılacaq qapını
tapa bilmədi!
Abbas müəllim özünə
təskinlik verib ürəyində dedi: Əsas odur ki, yurdun açarı
öz əlimizdədir!
08.11.2020
Yaqub Əlioğlu
Ədəbiyyat qəzeti.- 2020.-
12 dekabr.- S.29.