Əsgərdən qabaqda general gedir
Şəhid general Polad Həşimova
Gedir ər oğlu ər, məğrur, qürurlu,
Vətən sevdalısı, əhli-hal
gedir.
Gedir alnıaçıq, üz-gözü
nurlu,
Gedir, söhbəti bal, dili bal gedir.
Xəbəri varmıdır barı, düşmənin,
Hazırdı kətili, darı düşmənin.
Sındırıb belini qarı düşmənin,
Çəkib sinəsinə qara xal gedir.
Silin gözünüzü, yası unudun,
Yapışın, hərəniz bir yandan tutun.
Çiyinlər üstündə uçan
tabutun
gedir, arxasınca bir mahal gedir.
Ölürük, Vətənin torpağı
çəkir,
Ölürük, tək Vətən yaşasın təki.
Ancaq qələbə var, o döyüşdə ki,
Əsgərdən qabaqda general gedir...
Külünə, kül altda közünə şükür...
Düşmənin gözündə qoydu
murazın,
Vətən, çörəyinə, duzuna
şükr.
Qızıl hərflərlə tarixlər
yazır,
Minlərlə oğluna, qızına şükr.
Kimi özümüzə arxa bilirik,
Kimdi yapışmalı
yaxa, bilirik.
Artıq
kişi kimi baxa bilirik
biri-birimizin üzünə
şükr.
Düşməyə az
bərkin-boşun qalmayıb,
Quruyub, gözündə
yaşın qalmayıb.
Çox
da ki, daş
üstdə daşın
qalmayıb,
Bu bomboz çölünə,
düzünə şükr.
Lənətlər yağdırdıq kor
yerimizə,
Artıq dolmayacaq qor yerimizə.
Torpağın üstündə gor
yerimizə,
Külünə, kül altda közünə şükr.
Deyirlər bir ana xəbərin alıb
yüyürüb Ağdama
ayağıyalın.
Şuşada şuşalı bir
ağsaqqalın
yenidən nur gəlib gözünə şükr.
Birləşdik ən ağır
dərdi-sərdə biz,
Birlikdə güclüyük xeyir-şərdə
biz.
Ali rəhbərimiz, Baş sərkərdəmiz
sadiqdi andına, sözünə şükr.
Yüzünü tanıdıq, yüzünü
gördük,
Gördük, astarını, üzünü
gördük.
Sonunda doğrunu, düzünü
gördük,
Min şükr, doğruna, düzünə şükr...
Havanı əsgər dəyişdi
Bu qan yerdə qalmaqdaydı,
Bu qanı əsgər
dəyişdi.
Yetmədi əsgərə dua,
Duanı əsgər dəyişdi.
Dağlar
dumana qalmışdı,
Bədə, yamana qalmışdı.
Nə var gümana qalmışdı,
Gümanı əsgər dəyişdi.
Hərənin öz davasıydı,
Öz səsi,
öz avazıydı.
Davamız söz davasıydı,
Davanı əsgər dəyişdi.
Dərd
vardı, dava çatmırdı,
Yurd çatmır,
yuva çatmırdı.
Şuşada hava çatmırdı,
Havanı
əsgər dəyişdi...
Gücümüz üzə çıxdı
Tanrı
gecindən verdi,
Gecimiz üzə
çıxdı.
Almırıqmış, aldıqca
vecimiz üzə çıxdı.
Qan doluymuş bağrımız,
Qan hönkürdü
çağrımız.
Sıxıldıqca, ağrımız,
acımız üzə
çıxdı.
Ən xas günümüz gəldi,
Ən as günümüz
gəldi.
Qisas günümüz gəldi,
Öcümüz üzə çıxdı.
Göyərdikcə sözümüz,
Daşdan keçdi düzümüz.
Ağardıqca üzümüz
içimiz üzə
çıxdı.
Açıldıqca başımız,
Dindikcə göz yaşımız.
Neçə mərd qardaşımız,
bacımız üzə
çıxdı.
Dirrikdə güclüymüşük,
Kürlükdə güclüymüşük.
Birlikdə güclüymüşük,
Gücümüz üzə çıxdı.
Çatıydıq şüşə
kimi,
Sıxlaşdıq meşə kimi.
Sonunda Şuşa kimi
tacımız üzə
çıxdı...
Ağdam məscidinin işığı
yanır...
Vətən müharibəsində şəhid olmuş Əli balamızın anası, şagirdim Gülbəniz xanıma
Qoruyub dupduru, təmiz adını,
Könlündə bir nakam sevginin
yası.
Evin kişisidi, evin qadını,
Şəhid atasıdı, şəhid
anası.
Di gəl ürək bəslə, ürək-bu
çatla,
Olurkən bu boyda dərdin
sarbanı.
Bir qız köçürübdü
toyla-büsatla,
Bu da oğul köçü,
oğul karvanı...
Deyir əriyəcək Murovun qarı,
Çay olur, göl olur su qovuşanda.
Gözləyir bir sabah
şəhid ruhları
gəlib qovuşacaq
Suqovuşanda.
Al bayraq gəzdirir, qara bağlamır,
Bu rəng ürəyinə
dəyir, toxunur.
Səsini
içinə çəkir,
ağlamır,
Susur ki, Şuşada azan oxunur.
Demir ki, bəxt yatıb,
dönərgə dönüb,
Demir ki, bu dərdə
necə dayanır.
Deyir ki, baxmayın çırağım sönüb,
Ağdam
məscidinin işığı
yanır...
Gücümüzü gördülər, zorumuzu
sevdilər...
Çox
gördük uzanası,
açılası qolları,
Lalımızı xoşlayıb, korumuzu sevdilər.
Çıxardıq başımıza
bizə gələn yolları,
Başımızda bənd alan yolumuzu sevdilər.
Bünövrəni biz tikdik, üstdə
damı başqalar,
İçi-çölü başqalar, arzu-kamı başqalar.
Adı özümüzünkü, dadı-tamı
başqalar
bizə xor oxutdular, xorumuzu sevdilər.
Hərə öz dərd-sərində,
hərə öz azarında,
Çəkməyə öz dərd-səri alimin, yazarın da.
Lap yuxarı başdayıq dünya neft bazarında,
Ondandır ki, neft dolu
borumuzu sevdilər.
Zəif
yerlərimizi aradılar,
tapdılar,
Gözəl yerlərimizi taladılar, çapdılar.
Haqqımızın üstündə
şərə heykəl
yapdılar,
Öldürdülər, sonra da gorumuzu
sevdilər.
Çox
gec bildik "haqqa kar",
"haqqa kor"
dünyasıymış,
Gərəkəndə "qana-qan",
"çora-çor" dünyasıymış.
Dünya
güc dünyasıymış,
dünya zor dünyasıymış,
Gücümüzü gördülər,
zorumuzu sevdilər...
Kəmaləddin
QƏDİM
Ədəbiyyat qəzeti.- 2020.- 12
dekabr.- S.27.