Tariximizdən gələn səslər
Hüquqşünas dostum Adil Əsgərovun
sevincək zəngindən doğulan düşüncələr
I
Bu səhər zəng etdi Adil müəllim
Dostluqda mərdanəm, mərdlikdə bəllim.
Dedi: - Salamlar var sənə Gəncədən.
Gözün aydın olsun, amma öncədən.
Şanlı ordumuza min afərinlər!
Azad edilibdir Xudafərinlər!
Bu taydan o taya onlar yoldular.
Sahilləri qucan qoşa qoldular.
Gözəl görünürlər Arazın
üstə.
Bu günlər, elə bil, sığal çəkirlər
Sinəmi
göynədən avazın
üstə.
O vaxtdan nə qədər fəsillər
keçib...
Fəsillər nədir ki, əsrlər keçib...
Hamıya
deyilmir "xoş gəldin" sözü...
Ondan nanəsillər,
əsillər keçib.
Bu arxı bir az da vurum
dərindən...
Deyim kimlər
keçib Xudafərindən.
Keçib bu körpüdən
övliya, hacı...
Hər biri bir xalqın başının tacı.
Alpər Aslan keçib ondan, qardaşım.
Onda çiçəkləyib
torpağım, daşım.
Məlik şah Səlcuqi keçibdir ondan.
Tarix fəxr
etməzmi biçdiyi
dondan?
Bu adlar saymaqla bitməz ki bitməz.
Daş qoyulan yerin yaddaşı itməz.
Böldüm sevincimi Azər
Turanla...
Gördüm, bəs etmir.
Danışdım Eynulla qardaşımızla...
Sevinci bölməyə kim həvəs etmir?
Varsa da, yoxsa da...
xoşbəxt kimsədir
Yaxşılıq eləyib ləzzət alanlar.
"Ürəkdən-ürəyə yollar" çəkənlər!
Sahildən-sahilə körpü salanlar!
Əzəmət tökülür aşrımlarından...
Birində on beşdir, birində on bir.
Tarixlər süzülür şırımlarından...
Vurur insanları
zəhmi min ildir.
Qartal caynağıdır daş
sütunları...
Qayalar üstünə
sancılıb durur.
Gəlsəydin, görərdin sən
də bunları...
Daşlaşıb bu yerdə iradə,
qürur.
Uludur yaşıyla, ay-illəriylə...
Zamana sığmayır
şöhrəti, şanı.
O vaxtdan tutaraq daş əlləriylə
Qoymur ayrılmağa
Azərbaycanı.
II
Teleekranlara dikilib gözlər
Baxır Cəbrayıla sonsuz maraqla.
Baxdıqca közərir içimdə
közlər...
Dostum, yaddaşını
sən də varaqla.
Hanı bəs, hanı bəs o məşhur çinar?
Cəbrayıl nə vaxtdan daş topasıymış?
Kimin fitvasıyla, istəkləriylə
Başına bu boyda göy
qopasıymış?
Yıxılıb yaşından, qocalığından...
Vaxtından, taxtından, ucalığından...
Qalıb
quru yerdə şəhid ağaclar...
Ey nəfsi itilər, gözləri aclar!
Həmin ağacların kötüyü
durur...
Hər kötük üstündə
neçə ildir ki,
Bozarıb qalan kül örtüyü durur!
Axı, siz kimsiniz, bayquşmuşsunuz?
Yox imiş
sizlərə qanun,
tabular?
- Sizdən nə qaldı ki?
- Yanıq divarlar!
Şəhid pəncərələr, şəhid qapılar!
Bu nə görüntüdür,
mənzərədir bu?
O kimdir torpaqdan intiqam alıb?
Keçilməyən körpü, içilməyən su,
Biçilməyən zəmi onlardan qalıb.
- O kimdir?
- Əhrimən, aram,
hayesdir!
Vandaldır, manyakdır, "es"dir,
"eses"dir!
Ay erməni, erməni!
Götürməz bu yer səni!
Bunu kimsə
deyibdir.
Çünki erməni olmaq
insanlığa eyibdir.
III
Whatsapp çıxaran kişiyə
əhsən!
Qoşulur söhbətə Eynulla qardaş.
Erməni
dediyin bilirəm ki, mən
Nə qardaş
tanıyır, nə də ki, yoldaş.
Keşişi təzədən "Bibliya" yazır...
Yazır, yazdığının içində
azır.
Bir dərin, bir dibsiz quyu içində
Türkesə, türkesə quyular qazır.
Burda Azər Turan çatdı qaşını
- İki yüz ildir ki, çalışır
onlar.
Görüncə daşın da daş yaddaşını
Hirs ilə,
qəzəblə alışır
onlar.
Deyin, kimlər bölüb Xudafərini?
Gedəni-gələni hara olubdur?
Onun qəlbindədir dərdin
dərini...
Sinəsi bu dərddən yara olubdur.
Üstündən yerimir karvanlar nədən?
Nədən yoxa çıxıb sarvanlar, nədən?
Bu da Xudafərin... Tən ortasında
Üçrəngli bayrağım dalğalanır, bax!
İki yüz ildir ki, torpağım kimi
Körpüm də ikiyə bölünübdür, ax!
Nədəndir uzanır bu iki yüz il?
Hələ də bölürlər bizi yağılar.
Mənim dediklərim əfsanə deyil.
Yiyəlik etməsən, yurd da dağılar.
Bizim üstümüzə şəkləndi
haylar
Yadlara yalanan xanlara görə.
Göz yaşı tökmədi
"şanlı" saraylar
Yurda qurban gedən canlara görə.
Çatdı Peterburqa Qriboyedov
Əlində Türkmənçay müqaviləsi.
Onu çar Nikolay basdı bağrına...
Dedi: -
Bu dünyada yoxdur beləsi!
Onda
göyə tutdu ağzını toplar...
Açıldı iki yüz yaylım
atəşi.
Sırındı bizlərə yalanlar,
goplar...
Əyilən ağızlar söylədi:
- Əşi!
Yenə
Eynullanı fikir apardı:
- Amma səfir olub Qriboyedov.
Qayıtdı İrana, ...rütbəsi vardı..
Kim gələ bilərdi
orda ona dov?
Həm də bir erməni
var imiş orda...
Adından, dinindən imtina etmiş.
Hərəmağasıymış ...Soruş
da, sor da!
O, Qriboyedovun yanına getmiş.
- Mənə Mirzə
Yaqub xan deyir hamı.
Amma ki, amma ki, Markaryanam
mən.
Sən mənə dayaq dur, sən məni
tanı!
Onda görərsən ki, necə canam mən!
Hesab olunuram şahın arvadı...
Mən hərəmağası
olandan bəri.
Sən mənim üstümdən
götür bu adı
Satma müslimlərə
erməniləri.
"Ağıldan bəla"nı yazan səfirin
Bəlası hayesdən gəldi,
nə gəldi!
Ağlı birdən-birə azan səfirin
Cumub müctəhidlər
bağrını dəldi.
Nəşini yol boyu sürüdülər
də.
Varını, yoxunu zir-zibil kimi
Silib süpürdülər,
kürüdülər də.
Adil müəllimin tövrü
dəyişdi:
- Hayeslər kabuslar, kölgələr kimi.
Onlar ki, boyaqtək bir yerə düşdü
Hər yerə
yayılır ləkələr
kimi.
Şeytan
nəfəsidir nəfəsləri
də...
Toxunsa yarpaqlar,
otlar bürüşür.
Allaha üsyandır həvəsləri
də...
İman gözdən düşür,
din gözdən düşür.
Onlardır, onlardır, deyirəm
onlar!
Onlar - əsrimizin
primatları!
Oğurlq
donlardır geydiyi donlar!
Oğurluq adlardır Hayes adları!
IV
Yenə
zəng elədi Adil müəllim
Dostluqda mərdanəm, mərdlikdə
bəllim.
Dedi: - Diqqətlə bax teleekrana!
Ali Baş Komandan Cəbrayıldadır!
Alqışlar, alqışlar, alqışlar
ona!
Gör
- nə həyəcanda,
gör - nə haldadır!
Düyüb yumruğunu, durub
şəst ilə...
Qalib ordumuza eşq olsun deyir.
Bu günün havası bu gündən belə
Gələcək günlərə məşq
olsun deyir.
Qalib xalqımıza
eşq olsun deyir.
Kiminsə eviydi bu daş topası...
O məzar kiminsə məzarı idi.
İnsanın başından çıxır
lopası...
Bu azar erməni azarı idi!
Bu qudurğan yağı, bu azğın yağı
Nə qədər miskindir, nə qədər düşük!
Qoy xalqım bilsin ki, ana torpağı
Alaq otlarından təmizləmişik!
Düşmənin burnunu ovduqca ovduq!
İt kimi gəlmişdi,.. it kimi
qovduq!
Arxalı
köpəklər arxası
olan
Dövlətlər, ölkələr bunlara
baxsın!
Haqqın
şimşəkləri bu
gündən belə
Haqsız
olanların başında
çaxsın!
V
Ali Baş Komandan qürurla bu dəm
Çevrilib üz tutdu Xudafərinə.
Bizim gözümüzdə dəyişdi
aləm...
Dilimiz çevrildi
min afərinə.
Gördük ki, Araz da sevincək axır...
Dikəlib bir az
da Xudafərinlər.
Bizə
haqq sevənlər sevgiylə baxır...
Deyirlər: - Sizlərə min afərinlər!
Bu görüş adi bir görüş deyildir!
Prezident-körpü görüşüdür
bu!
Dövlətin xalq ilə verib əl-ələ
Birlikdə birliyə yürüşüdür
bu!
Şəki, Kiş kəndi
Vaqif Aslan
Ədəbiyyat qəzeti.- 2020.-
12 dekabr.- S.26.