Türk Ədəbiyyatı Fondu tərəfindən
“Yaşayan Dədə
Qorqud” ödülü Azərbaycan
Xalq şairi Sabir Rüstəmxanlıya
təqdim olunub
Türk
Ədəbiyyat Fondunun “YAŞAYAN DƏDƏ QORQUD”
mükafatına, Direktorlar Şurasının qərarına əsasən,
ömrü boyu Türk mədəniyyətinə xidmət
edən, Sovetlər Birliyi dövründə rejimin bütün
təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli
ruhu canlandıran, milli köklərə söykənən şeirləri
ilə yeni nəsillərə türk kimliyini aşılayan,
Azərbaycanı azadlığa aparan
Meydan hərəkatının liderlərindən biri, Azərbaycanlı
şair – yazıçı SABİR RÜSTƏMXANLI layiq görülüb.
SABİR RÜSTƏMXANLI Azərbaycanda , Türkiyədə
, Rusiyada , İranda, Almaniyada, İngiltərədə, Özbəkistanda,
Gürcüstanda nəşr edilmiş onlarla kitabın müəllifidir.
Mükafatı Bakıya qonaq olan vəqfin
rəhbəri Serhat Kabaklı, eləcə də iki məsul əməkdaşı,
yazarlar – Bahtiyar Aslan və İmdat Avşar təqdim etmişlər.
Türk
dünyasının bu nüfuzlu mükafatı ilə
yanaşı, Xalq şairinə “Dağların Ruhu” (Sabir
Rüstemhanlı ile söyleşi) adlı kitab da təqdim edilib.
Kitabın müəllifi yazıçı Bahtiyar Aslandır.
S.Rüstəmxanlı ilə müsahibələr əsasında
yazılan kitabda xalq şairi və millət vəkilinin Türk dünyası ilə
bağlı düşüncələri, dünyada gedən
ictimai-siyasi-mədəni proseslərlə bağlı
baxışları yer alıb. Həmçinin Xalq şairinin
həyat və yaradıcılığından ətraflı
bəhs olunub. Kitabın sonunda S.Rüstəmxanlının fəaliyyətini
əks etdirən foto albom təqdim edilib.
Ədəbiyyat qəzeti.- 2020.-
12 dekabr.- S.24.