Vətən

 

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

 

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü nüma.

 

Vətənim verdi mənə namü nəmək,

Vətəni məncə unutmaq demək?!

 

Anadır hər kişiyə öz vətəni:

Bəsləyib sinəsi üstündə onu.

 

Südüdür ki, dolanıb qanım olub,

O mənim sevgili cananım olub.

 

Saxlaram gözlərim üstə onu mən,

Ölərəm, əldən əgər getsə vətən.

 

Vətənin ne’məti nisyan olmaz,

Naxələflər ona qurban olmaz.

 

Vətənəcdadımızın mədfənidir,

Vətənövladımızın məskənidir.

 

Vətənin sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

 

Abbas Səhhət

 

Ədəbiyyat qəzeti.-2020.-12 dekabr.- S.8