Azərbaycan bayrağına
Buraxınız, seyr
edəyim, düşünəyim,
oxşayayım,
Şu sevimli
üç boyalı,
üç mənalı
bayrağı.
Mələklərin qanadımı
üzərinə kölgə
salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli, yaşıl
otlar topasımı?
Xayır, xayır! Çiçək
solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız
ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə
fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə
uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı
oxşuyor.
Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
-Bir türk
oğlu olmalı!
Yaşıl boya islamlığın
sarsılmayan imanı,
-Ürəklərə dolmalı!
Şu al
boya azadlığın,
təcəddüdün fərmanı,
-Mədəniyyət bulmalı!
Səkkiz uclu
şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən
fürsət bulmuş
quş kibi,
-Səhərlərə uçmuşdur!
Şu hilal
da, türk bilgisi, düzgün sevgi nişanı,
-Yurdumuzu qucmuşdur!
Allah, əməllərim
edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş,
bir ad almış:
İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy
bayraq Turan üstə açılsın!
Cəfər Cabbarlı
Ədəbiyyat qəzeti.-2021.-12
dekabr.-S.8;9