Vətən
Ey
çeşmimin önündə mücəssəm, vətən,
vətən!
Qəlbim kimi ələmlərə
həmdəm, vətən, vətən!
Fikrim
sarayını dolaşırsan zaman-zaman,
Qanlı kəfənlə,
dərd ilə toəm(1) vətən, vətən!
Baxdıkca həsrət
ilə o solğun camalına,
Çeşmimdə
tar(2) görsənir aləm, vətən, vətən!
Axşam-səhər
o gül üzünü isladan nədir ?
Göz
yaşlarınmı, yoxsa ki , şəbnəm? vətən, vətən!
Dəhşət
içində cismi-şərifin donub durur,
Nolmuş
vücudi-pakinə bilməm, vətən, vətən!
Baxdıqca
gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi
sanır onu adəm, vətən, vətən!
Sənsən səbəb
bəqayi-dilü(3) cani-natəvan(4)
Canım kimi
nolar səni sevsəm, vətən, vətən!
Gördükcə
dərdini əriyir cismi-natəvan,
Ney tək
sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda dərd,
matəmə batmış gözəl mələk,
Səslər həzin
səda ilə hərdəm: vətən, vətən!
Ey xaki-pak,
söndümü parlaq ziyaların?
Odunmu zülmə,
möhnətə həmdəm , vətən, vətən!
Övladi-naxələfmi
səni saldı bu günə?
Eyvah, bu dərd,
möhnətə dözməm, vətən, vətən!
Aç, aç
o qəmli köksümü, ey məxzəni-məlal(5),
Bas
bağrına bu Şaiqi möhkəm, vətən, vətən!
Abdulla
ŞAİQ
Ədəbiyyat qəzeti.-2020.-12
dekabr.-S.9.