12 Dekabr
Ümummilli Lider
Heydər Əliyevin anım günüdür
Milli Kitabxanada “12 Dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür” adlı
virtual sərgi açılıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçilik
tarixində müstəsna
yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı
kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində
milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan
dövlətinin qurulmasına
və xalqımızın
müstəqillik arzusuna
çatmasına nail olmuşdur.
Məhz Heydər Əliyevin fəaliyyəti
nəticəsində Azərbaycan
özünün geostrateji,
iqtisadi və mədəni potensialından
istifadə edərək
Şərqlə Qərb
arasında etibarlı
körpü rolunu oynamağa başlamış
və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə
çevrilmişdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu, vətəndaş
cəmiyyətinin təşəkkülü,
milli-mənəvi dəyərlərə
qayıdış və
elmin, təhsilin, mədəniyyətin inkişafı
əbədi surətdə
Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam”
sözləri dünya
azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin
təməl daşına
çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına
rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan
ardıcıl və məqsədyönlü siyasət
nəticəsində Azərbaycan
diasporu təşkilatlanmış,
inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.
Bu gün ilə əlaqədar olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Ulu öndərin həyat yolunu özündə əks etdirən “12 Dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Ulu öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Ədəbiyyat qəzeti.- 2020.- 12
dekabr.- S.11.