İpəkdən qanadlarla
Qarabağ əsilli böyük
türk şairi Yavuz Bülənt Bakilər
Azər TURAN
Ağdam əsilli
böyük türk şairi Yavuz Bülənt Bakilər
İstanbulda bir Qarabağdır. "Xəzərin
qarşısına bardaş qurub oturmuş" Qarabağ isə
Yavuz bəyin dədəsi Hacı Muradın dastan şəhəridir:
Xəzər indi yerə enmiş
buludlar məhşəridir
Və Qarabağ - qara gözlü bir
türkmən qızı kimi -
Xəzərin qarşısına
bardaş qurub oturmuş
Dədəm Hacı
Muradın dastan şəhəridir.
Bakilər 23 aprel 1936-cı
ildə Sivasda anadan olub. Amma... "Bənim dədələrim
Qarabağın Ağdam köyündən Türkiyəyə
köç etmişlər. Sivasın
Gürün ilçəsində, Çarşıbaşı
məhəlləsində vəfat edən və orada, bir təpə
üstündə gömülən babamın dədəsi,
110 sənə yaşamış. İmzasını:
"Hacı Mahmud əl Qarabaği", - deyə
atıyormuş. İştə o dədəmizin
tutmuş olduğu soy şəcərəmizə görə,
mən 11 göbək ötəmizdəki dədələrimi
biliyorum. Əldəki qeydlərə görə bilinən
ilk dədəmiz: Hacı Əli Murad və onun oğlu
Hacı Əli Fərəhşad Qarabağda doğulub
yaşamışlar və orada vəfat etmişlər... Qarabağdan qalxaraq Türkiyəyə köç
edən dədəmin ismi Məhəmməd Sabirdir. O dədəm,
Türkiyəyə köçüncə, yaxınlarıyla
birlikdə Maraş şəhərinə yerləşmişlər.
Babamın anlatdığına görə, Məhəmməd
Sabir dədəm şairmiş. Münacatı
və Nəəti varmış. Hacı Əli Fərəhşadın
oğlu olan Məhəmməd Sabir Maraşda
yaşamış və orada ölmüş...".
***
Yavuz Bülənt
"Şükrü səccadəsində çiçək
açan" bir ananın - Hayriyyə Bakilərin oğludur. "Babam,
zaman-zaman evə gec saatlarda gəlirdi. Yəni
rəsmi görəvi bitdikdən sonra, arkadaşlarıyla
buluşur, axşam yeməyini dışarıda yeyər,
sonra onlarla birlikdə, saatlar sürən söhbətlərə
girişirdi. İştə öyləsi
gecələrdə, annəm bir qaz lampası altında
oturaraq, bəzən bir xirqə və ya atqı hörərək,
bəzən də yırtılan corablarımızı
yamayaraq babamı bəklərdi. Çocuqluğumda,
bən həp yer yatağında yatardım. Yatağımı gətirib annəmin yanına və
ya arxasına sərərdim. Bana masal
anlatmasını istərdim. Annəmin səsi
gözəldi. Anlatdığı masallar əksəriyyətlə
türkülü masallardı. Bən o
masalları və türküləri dinlərkən
yorğanı başımın üstünə çəkərək
ağlardım. Annəm,
ağladığımı bildiyi halda bilməməzliyə gəlirdi.
Şimdi də bənim irəli dərəcədə
bir həssasiyyətim vardır. Bu həssasiyyət
iştə o illərdən qalmışdır".
Bu həssasiyyətidir ki, Bakilərə
"unudulmuş türklüyün ceyran ürəkli törəsi"ni və heç vaxt üzünü görmədiyi
doğma Qarabağı öyrətdi.
"Ədəbiyyat qəzeti"nin
20 may 2005-ci il tarixli sayında Yavuz Bülənt Bakilər barədə
"Çox şükür əslim də, nəslim də bəlli,
Türkəm, müsəlmanam o dağlar kadar"
adlı məqalə yazmışdım. Həmin
yazı Selcuk Karakılıcın tərtib etdiyi və
2006-cı ildə İstanbulda nəşr olunmuş "Yavuz
Bülənt Bakilərə Ərməğan" kitabında
da yer almışdı. Yazmışdım
ki, "Biz hələ Azərbaycanın bütövlük
davasını, milli mənlik mücadiləsini verməmişik.
Və bizim milliyyətçiliyimiz, bəzilərinin
iddia etdiyi kimi, erməni milliyyətçiliyinə deyil, əksinə,
bəzən heç yerinə düşməyən beynəlmiləlçiliyimiz
ermənilərin davamlı millətçiliyinə yenilib.
Qarabağın qurtuluşu heç vaxt milliyyətçi
ovqatın oyanışından kənarda baş verməyəcək,
savaşımızın məhvərində milli varlıq
amili dayanacaqsa, zəfər bizim olacaq".
14 il sonra məhz
türk ruhunun şahlanışı ilə Qarabağda Azərbaycanın
zəfər bayraqları dalğalandı...
1967-ci il. "Hisar" dərgisinin yanvar sayında Bakilərin
"Qarabağ həsrəti" şeiri dərc olunur. Bu, Türkiyədə yazılmış ilk
Qarabağ şeiridir.
Şimdi uzaklarda kalan bir şehir
vardır
Camileri yıkılmış,
minareleri yarım
Bu şehrin çilesini ben
çekerim yıllardır
Hasretini ben duyarım...
Çağrılsam
yollarına düşebilirim.
Toprağına bayraklarla girebilirim
Karasevdalılar gibi hasretim Karabağa
Uğruna ölebilirim.
Bir gün biterse her şey
Karabağı görmeden
...Üstüme okunmuş birkaç
avuç mübarek
Karabağ toprağından
serpilse yeter.
O zaman, bu şeiri yazanda Bakilərin
31 yaşı vardı. Yaxşı ki, Qarabağın
qarasevdalısı olan 84 yaşlı Bakilər bu günləri
görə bildi...
Bu gün bütün
Türkiyənin Azərbaycan sevgisini ellikcə izhar edən
"Can Azərbaycan" ifadəsinin müəllifi Bakilərdir. Azərbaycan
Yavuz bəyin ürəyində bir şah damardır. Kitabında ayət, bayrağında rüzgardır.
Adına el-pençe divan durduğum
Bin yıllık karasevdamız, ilahimiz,
ülkümüz
Türküler söyleyerek
içimde gece-gündüz
Bir çalar saat gibi kurduğum:
Azerbaycan.
Anamın göz yaşında,
kuşların kanadında
Bir iftar sofrasında, içtiğim
suyun tadında
Kızımın türkü gibi
güzel Aybala adında
Yıllar boyu arayıp durduğum:
Azerbaycan
- deyən Yavuz
Bülənt Bakilər Azərbaycanda tanınmağa bəlkə
də bütün çağdaş türk şairlərindən
daha çox haqqı olan şairdir. Nəinki
yaradıcılığında, hətta...
"Azərbaycanda bir xitab
şəkli olan "Ay bala"nı Türkiyədə isim
olaraq qızına verən ilk insan mənəm. Bundan sonra,
daha doğrusu, "Duvak" kitabımı qızım
Aybalaya ithaf edincə, bu isim yayılmağa başladı.
Alparslan Türkeş də nəvəsinə
Aybala ismini qoydu. Türkiyədə
Aybalalar çoxalır. Bilməm, Azərbaycanda Aybala
adlı qızlarımız varmı?".
Bakilər nəinki Azərbaycanla
Türkiyəni birləşdirən bağların ən
etibarlılarındandır, bəzi məqamlarda, hətta
aşırı azərbaycançılıq edir, məsələn,
Arif Nihat Asya ilə söhbətində Asyanın dilindən
çıxan bu sözləri təshih etmədən
tirajlayır: "Şəms Təbrizinin də, Mevlananın
da Azəri olması lazım gəlir. Zatən, bizim Peyğəmbərimizin
də Azəriliklə əlaqəsi var... Peyğəmbərimizin
neçənci babası olan Hz. İbrahimin ləqəbi Azər
idi". Bunu "Bayraq" şairi Arif
Nihat Asya deyir. Başqa bir yerdə, yenə də Yavuz bəylə
söhbətində Asya "Dilimizin qaynağı Azərbaycan
torpağıdır... Gələnəklərimizin,
görənəklərimizin qaynağı Azərbaycandır"
- söyləyir.
1986-cı ildə "Türk
edebiyatı" dərgisində çap olunan və Bəxtiyar
Vahabzadəyə ithaf etdiyi manifest səviyyəli "Azerbaycan
Yüreğimde Bir Şahdamardır" şeiri isə
Türkiyənin Azərbaycan oriyentasiyasını bəlirləyən
və Azərbaycanla bağlı Türkiyədə
yazılmış ilk açıq poetik mətn kimi unudulmaz
oldu. 1986-cı ildə türk poeziyasında ilk dəfəydi
ki, Azərbaycan poetik sözün ayrıca predmetinə bu
şəkildə çevrilmişdi:
Kuşluk vaktine kadar
geceler boyu
Savrularak okuduğum yine
Şehriyar.
Ala ceylanlara benzer hep Azeri
türküler
Dinlediğim tar.
Ayrılmaz başımdan, bırakmaz
beni artık
Selamsız, sabahsız bir
efkar.
Ve yüreğim bin yıllık destanlarla
tutuşur
Büyür Azerbaycan kadar!
Azerbaycan: Dedem Korkut şafağı
Mübarek dilimi süt gibi
sağar.
Bazen rüzgar olur iliklerimde
Bazen yağmur gibi
üstüme yağar.
Götür beni
Aras, al beni Hazar!
Türkü Türkten başka
şimdi kim anlar.
Yaram derin, merhemim yok, vaktim dar
Bir destan yazar gibi yaz beni
Anar!
Duy beni Bahtiyar! Duy
beni Şahmar!
Geçen zaman üstüne,
dökülen kan üstüne
Kılıç-kalkan üstüne
Ve ağzı köpüren yeleli
atlar üstüne
Benim bir yeminim var:
Azerbaycan yüreğimde bir şahdamardır
Ben Yakub gibiyim uzun
yıllardır.
Onda Yusufumun kokusu vardır.
Ve hasreti gönlümde büyük
Türkistan kadardır.
Ayettir kitabımda, bayrağımda
rüzgardır
Azerbaycan yüreğimde bir
şahdamardır.
Şimdi Azerbaycanda mevsim bahardır
Ama türküleri yine, baştan
başa efkardır...
Düşlerime yağan
kardır.
Boynu bükük bir diyardır!..
Yardır...
Azerbaycan yüreğimde bir
şahdamardır.
***
Yavuz bəy gözlərini
"Xəzərin qarşısında bardaş qurub
oturmuş" Hacı Əli Muradın Azərbaycandakı
yollarından ayırmayan sivaslı Cezmi Bakilərin oğludur. "Babam Cezmi Bakilər, əski
ifadəylə Rüştiyyədən məzundu,
çeşidli şəhərlərimizdə Nüfus
Müdiri olaraq hizmət verdi. Ədəbiyyata, tarixə və təsəvvüfə
çox maraqlı bir kişiydi. Annəm
1978 yılında, babam isə 1980 yılında vəfat etdilər.
İkisi də Sivas torpağında sonsuzluq
uyğusundadırlar". Yavuz bəyin 2008-ci ilin
yanvarında mənə göndərdiyi, indi bu sətirləri
yazdıqca orijinal əlyazma nüsxəsini vərəqlədiyim
və dəfələrlə istinad etdiyim 8 səhifəlik
"Həyat hekayəm" adlı qeydlərində, sadəcə
"Sivas torpağında sonsuzluq uyğusundadır", -
deyib keçdiyi Cezmi Bakilərin vəsiyyətini
"Türküstan...Türküstan" kitabında
xatırlatmışdı: "Qəbiristanda ruhuma
"Quran" tilavətindən sonra, təkrar, həm mənim
üçün, həm də Azərbaycan torpaqlarında
yatan soydaşlarımız üçün bir fatihə ilə
üç "İxlas" surəsi oxumalarını
bütün camaatdan istə. Ruhum o zaman şad
olacaqdır".
***
Şəxsi kitabxanamın rəflərində
Yavuz Bülənt Bakilərin çoxlu kitabları ilə
yanaşı, Yavuz bəyin neçə il
öncə mənim üçün Türkiyədən
Bakıya gətirdiyi iyirmi beş kitabı da yanaşı
düzmüşəm. Orda təkcə Yavuz Büləntin mənə
avtoqrafla bağışladığı kitablar deyil, eyni
zamanda, avtoqrafla onun özünə
bağışlanmış kitablar da var. Məsələn,
Kabaklının çoxlu kitabları ilə yanaşı,
öz avtoqrafı ilə Yavuz bəyə
bağışladığı "Mabet ve millet"
kitabı: "Sevgili Yavuz Bülent beye, bir üstaddan bir genc
ustaya şiirli armağan". Nəcip Fazil Kısakürəyin,
Nihat Sami Banarlının, Arif Nihat Asyanın... kitabları, osmanlı tarixindən bəhs edən çox
qiymətli kitablar...
O iyirmi beş
kitabı Yavuz bəy mənə nə üçün gətirmişdi?
- Sənin "İrfan
çobanı" kitabını oxumuşam. Məncə, bu
kitabları da oxusan yararlı olar... Sovet
gerçəkliyində böyümüş biri bunu nasıl
yaza bildi?
- Biz sovet dönəmində
böyüsək də, müsəlman-türk olaraq
yaşadıq, Yavuz bəy... Sizin bir kitabınız Nazim Hikmətlə
bağlı könlümə şübhə toxumları səpdi...
- Hanki kitabım?
- "Üsküpdən
Kosovaya".
- Oxumusanmı?
- Əvət.
- Nə zaman?
- Dediyiniz həmin sovetlər dönəmində.
- Öyləmi? Nerədən
buldun?
- Bəxtiyar Vahabzadə
vermişdi babama.
- Nədən babanıza vermişdi?
- Olurdu belə. Sizin də,
Niyazi Yıldırımın da bütün kitablarını
babama vermişdi. Hətta sizin onun üçün
imzaladığınız "Üsküpdən Kosovaya"nın üzərinə belə sözlər də
yazmışdı: "Türk yazıçısı Bakilərin
kitabını sənə təqdim etməklə xoşbəxtəm"...
***
Səksəninci illərin əvvəllərində
ilk oxuduğum əsəri, dediyim kimi, "Üsküpdən
Kosovaya" kitabıydı. "Üsküpdən Kosovaya"
bilmirəm yaxşımı, yoxsa heyif ki, Fazil Hüsnü
Dağlarca ilə könül bağlantılarımı
ömürlük qırdı... Nazim Hikmətlə
bağlı dünyamı isə iki yerə parçaladı...
***
"1950-ci ildən bəri
Turançılıq düşüncəsiylə
yaşayıram" - deyən Bakilərin Turana yönəlmiş
düşüncə çevrəsində Azərbaycanın
yeri Türkiyə qədər əziz, Səmərqəndin
yeri Krım qədər munis, Üsküpün yeri Kərkük
qədər doğmadır... O da Əhməd Cavad kimi, Turan məfkurəsinin
romantikidir: "Yüz illərdən bəridir Altaylardan Tunaya
/ Bizim türkülərimizdir söylənən. /
Danışılan dil, bizim dilimizdir, / Rəng-rəng,
naxış-naxış uzanan torpaq deyildir / Kilimlərimizdir...
/ Könlümüzü sımsıcaq alan torpaqlar / Tanrı
Dağlarına qədər Bismillahlarla uzanar...".
Və bir də... ənənəçi
və milliyyətçi Bakilərin mistik halələrə
bürünmüş "Şaşırdım Kaldım
İşte" adlı sevgi şeiri. Bakilərin
könül şeirlərinin ən gözəlidir. Həm də ənənəçi və milliyyətçi
olmayan Camal Sürəyyanın ən gözəl eşq
şeirləri ilə yarışmaq gücündədir.
Bəlkə də yanılıram, amma Bakilərin
bu şeirini Cemal Süreyanın "Ölkə" şeiri
ilə yanaşı qoyub oxumaq da olar. Demək
belə də olurmuş. Həm turançı olursan, həm
ənənəçi, həm də min illik ənənəvi
şeir dilində, Cemal Süreya qədər ifrata varmadan təsəvvüflə
moderniteni bir araya gətirib eşqin və sevgilinin
"üfüq cizgisindən sonsuzluq dairəsinə" qədər
yayılmış gözlənilməz obrazını
yaradırsan. Tutaq ki, Cemal Sürəyada
sevgilidirmi, ölkədirmi ayırd etmək mümkün olmadığı
kimi, Bakilərdə də Allahdırmı, sevgilidirmi ayırd
etmək olmur. (Amma bir dəfə Yavuz bəyin
özü mənə demişdi ki, sevgilidir):
Sözde, senden
kaçıyorum dolu dizgin atlarla.
Bazen sessiz sedasız ipekten
kanatlarla.
Ama sen hep bin yıllık bilenmiş
inatlarla,
Karşıma çıkıyorsun
en serin imbatlarla,
Adını yazıyorsun bulduğun
fırsatlarla,
Yüreğimin başına
noktalarla... Hatlarla...
Baş başa kalıyorum
sonunda heyhatlarla.
Sözde, senden
kaçıyorum doludizgin atlarla.
Ne olur bir gün beni
kapında olsun dinle.
Öldür bendeki beni...
Sonra dirilt kendinle!
Çarpsan kara
sevdayı en azından yüzbinle...
Nasıl
bağlandığımı anlarsın kemendinle...
Kaç defa çıkıp gittim
buralardan yeminle...
Ama her defasında geri döndüm
SENİNLE...
Hangi düğüm çözülür... Nazla... Sitemle... Kinle...
Ne olur bir gün beni,
kapında olsun dinle...
Şaşırdım kaldım
işte, bilmem ki n'emsin..?
Bazen kız kardeşimsin... Bazen
öpöz annemsin...
Sultanımsın susunca, konuşunca
kölemsin...
Eksilmeyen çilemsin...
Orada ufuk çizgim, burda yanım
yöremsin...
Beni ruh gibi saran sonsuzluk dairemsin...
Çaresizim... Çaremsin...
Şaşırdım kaldım
işte bilmem ki n'emsin...
***
"Camiləri
yıxılmış, minarələri yarım" Ağdam
işğaldan azad olunanda "Bənim dədələrim
Qarabağın Ağdam köyündən Türkiyəyə
köç etmişlər" deyən böyük türk
şairi Yavuz Bülənt Bakiləri xatırladım... Ertəsi gün İstanbula, Yavuz Bülənt Bakilərə
zəng vurdum. Səsi gümrah idi.
- Göz yaşlarıma hakim ola bilmədim... Əgər
Qarabağı ziyarət etmək mənə nəsib olmazsa sənə
bir böyük qardaş vəsiyyətim olacaq. Məzarıma
iki ovuc Qarabağ torpağı gətirib səpərsən...
- Çox yaşayın, Yavuz bəy
- dedim. İnşallah gələn il
özünüzün iştirakınızla sizin 85 illiyiniz
üzünü heç vaxt görmədiyiniz Ağdamda qeyd
edilər. Sizin buna hamıdan daha artıq
haqqınız çatır. Siz ki, 53 il
əvvəl "Bir gelen olsaydı Karabağımdan / Gider
ayaklarına gözlermi sürerdim" deyən Yavuz Büləntsiniz...
Sizin həsrətinizin yaşı daha qədimdir...
Ədəbiyyat qəzeti 2020.- 30 dekabr.- S.4;5.