Qardaşım Afiq Murov
döyüşlərində
Doğmaca qardaşım
və Vətən müharibəsi!
Bu, müharibə idi... Hər şey ola bilərdi...
Amma şükürlər
olsun ki, döyüşlərdə xüsusi
qəhrəmanlıqlar göstərmiş
qardaşımdan belə
bir yazı yazmağı Tanrı mənə qismət elədi.
Qalib bir ölkənin yazarı kimi, qələbəmizdə
misilsiz xidmətləri
olan qardaşımdan söz açmağın
qüruru izah olunmaz hissdir. Yadına düşəndə
ki, bu fəxarətli
anları yaşayana qədər hansı sarsıntıları keçirmisən,
hansı təlaşları
yaşamısan, o zaman
qələbəmizin necə
əvəzedilməz bir
nemət olduğunu anlayırsan. Yaşadığın
bütün gərginliklərə
baxmayaraq, vətənimizin
zəfər qazanmasında
sənin də doğma(lar)ının olması gerçəkliyi insana xüsusi zövq verir.
Bəzən deyirlər
bizim elə oğullarımız var ki... Bəli, məhz elə oğullarımız. Bu elənin ehtiva etdiyi mənaları xırdalamaq fikrim yoxdur. Amma duyanda
ki, məhz elə oğullardan biri də sənin
doğmandır, həyat
gözündə tamam
başqa məna daşıyır.
Və elə oğullarımızdan birini
odun-alovun içinə
göndərirsən. Qardaşım
27 sentyabr tarixində özünü yetirən
müharibənin ilk günündən Murovda topda hesablayıcı kimi döyüşlərin
tam mərkəzində
olub. Döyüşlər
yeni başlayan vaxtlar idi. İlk
dəfə yanlarında
döyüş yoldaşı
yaralanır. Hər kəs bunun sarsıntısını çox
ağır yaşayır.
Qardaşım isə
xüsusi cəsarət
göstərərək həmin
yaralını xilas edib, yarasına ilkin tibbi yardım
edənlərdən olur.
Beləcə, artıq
müharibənin hər
üzünü görməyə
başlayırlar.
Dörd oktyabr tarixində döyüşlərin
ən qızğın
çağında batareyaların
bitməsinə görə
qarşıdakı hərbçilərimizlə
rabitə əlaqəsi
kəsilir. Vəziyyət
çox çətin
olduğundan komandir hər kəsə olduğu mövqeni tərk etməməyi əmr edir. Qardaşım isə bu əmrə rəğmən başından
mərmi yağa-yağa
rabitənin sönmüş
batareyasını yenisi
ilə əvəzləməyə
gedir və rabitə əlaqəsini bərpa edir. Onu həmin durumda sadəcə tanrısal möcüzə
sağ saxlayır. Onun bu cəsarətindən
sonra digər döyüşçülərimizlə rabitə bərpa olunur və hərbçilərimiz böyük
bir təhlükədən
xilas olurlar.
Ən həyəcanlı
anlardan birinin tarixçəsi: Bizim düşmən tərəfə
keçən kəşfiyyatçılarımızın
mühasirəyə düşməsi
xəbərini alırlar.
Qardaşımın da
daxil olduğu hesablayıcı komandanın
dəqiq hesablaması
əsasında düşmənə
atılan atəş nəticəsində kəşfiyyatçılarımız
xilas edilir. İndi ikicə cümlə ilə nəql edilən o anların gerçəklikləri
əsl ölüm-dirim
mübarizəsi olub.
Hələ ki,
müharibə vaxtı
yaşanmış hadisələrdən
bunları öyrənə
bilmişəm. Bu cür təhlükəli
vəziyyətlərdən çıxmış qardaşımın,
nə yaxşı ki, tabeçiliyində olan bütün əsgərləri sağ-salamatdır.
Və müharibənin
ən tükürpədici
diqtəsi... Bir bacı olaraq həmin gerçəklikləri
dilimə gətirməyə
cəsarətim çatmır.
Söhbət bütün
döyüşçülərimiz kimi, qardaşımın da öz döyüş
yoldaşlarına, əgər...
Cibində gəzdirdiyi
bayrağı böyük
oğlu Mətinə,
saatını isə kiçik oğlu Məftuna çatdırmağı
xahiş edir. Tanrıya şükürlər
olsun ki, indi onun balaları
qalib Azərbaycan döyüşçüsünün nəfəsini duyurlar.
Onun xarakterinə bələd olduğumuz üçün çox narahat idik. Özünü
hər cür təhlükəyə atmağa
hazır olan, xasiyyətinə görə
telefonla danışmaq
imkanımız yarananda
həmişə ondan
ehtiyatlı və diqqətli olmağı xahiş edirdim.
İki qardaşımdan
böyüyü olan Qasımov Afiq Vaqif oğlu 14 fevral 1988-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində
doğulub və Dondarquşçu kənd
məktəbində oxuyub.
2006-2007-ci illərdə Naxçıvanda
əsgərlik xidməti
keçib. Qardaşım
hələ uşaqlıqdan
hərbçi olmaq arzusunda idi. Tale isə onu
vətənin işğal
altındakı torpaqlarını
azad edən döyüşçülərimizdən biri etdi.
Afiq 9 iyul 2014-cü ildən manqa komandiri kimi işə başlayır və 28 may 2015-ci ildə kiçik çavuş rütbəsi
alır. Uğurlarının
davamı olaraq 2 yanvar 2016-cı ildə çavuş rütbəsinə
yiyələnir. Aprel döyüşləri vaxtı
da günlərlə gərgin iş rejimində xidmət edənlərdən olub.
28
fevral 2020-ci ildən Divizion idarəetmə tağımının hesablayıcı
manqa komandiri/baş operator vəzifəsini icra edir. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində
də topda əsas hesablayıcılardan
biri olub. Şəhid generalımız,
Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbçilərimizdəndir.
Həmin döyüşlərdən
sonra özü könüllü olaraq Murovda xüsusi hazırlıq işləri
aparan dəstənin tərkibində ora gəlmişdi. Müharibəyə
qədər Murovun sirlərinə bələd
olmağa can atırdı. Ən əsası odur ki, müharibə başlayandan bütün xalqımızın ən
böyük duasına
çevrilən “döyüşçülərimiz
sağ-salamat, qələbə
ilə qayıtsın”
- alqışı Tanrı
dərgahında qəbul
olundu.
Gülnar SƏMA
Ədəbiyyat qəzeti.-2020.-24
dekabr.-S.31.