2020-ci ilin son "ULDUZ"u

 

"Ulduz”un dekabr sayı  sözləri Səlim Babullaoğlu və  İlqar Fəhmiyə məxsus "Azərbaycan” marşıyla açılır.

 "Ulduz” jurnalı ilə "525-ci qəzet”in birgə layihəsi olan "9-luq”da "Müharibə-Ədəbiyyat-Müharibə ədəbiyyatı” mövzusunda sualları "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova və ədəbiyyatşünas-esseist Mətanət Vahid cavablandırır.

 "Şeir vaxtı”nda Seyidəli Sübhi, Nilufər Şıxlı, Səxavət Sahil, Nazim Şah, Rizvan Nəsiboğlu, İltimas Səmimidir.

 "Nəsr”də   Natiq Məmmədli, Xatirə Salahzadə, Günel Mehrinin hekayələri yer alır.

Fərid Hüseyn "Sirrin ölümü”ndə Lev Tolstoyun "Anna Karenina” romanından yazır.

 "Esse” rubrikası Elnarə Akimovanın "Şuşada azan səsi”, Turan Uğurun "İşə getmə, Cəmilə, Şuşaya gedirik!”, Xuraman Hüseynzadənin "Qızılgül sevgisi” esselərini təqdim edir. "İtki" rubrikasında Çinarə Nüsrətlinin "Elsevər" adlı yazısı var.

 "Tənqid”də Mərziyyə Nəcəfova "Azərbaycan poeziyasında karonavirus” mövzusundan yazır.

"Tərcümə saatı”nda Cavanşir Yusifli Linda Mariya Barosun, Afaq Şıxlı Rami Meiriin şerlərini oxuya bilərsiniz.

"Adsız”da Nargiz" Bənövşəyi çiçəkli ağac”dan yazır.

 Taleh Mənsurun təqdimatında "Yazı masası”nın qonağı şair Kəramətdir.

 "Vətən müharibəsi” rubrikasında Rəşid Faxralı "Əsrə bərabər gün və yaxud 44 günün fəlsəfəsi”ndən yazır.   

İlham Abbasov "Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” silsiləsindən Luici Piranddellonun həyat və yaradıcılığından söhbət açır.

 "Dərgidə kitab”da "Zəfər simfoniyası” poemasıyla Balayar Sadiqdir.

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.22.