Yeddi sənətin manifesti
Yeddi sənət nəzəriyyəsi
yaradıcı düşüncənin
bütün sahələrini
fəth edərək, çox
sürətlə dünyaya
yayılır. Tamamilə janr
və ideyaların qarışığından yaranan
bu nəzəriyyə
bütün əldə
edilən mənbələrə,
başlanğıclara aydınlıq
gətirdi. Mən bu
kəşfimlə fəxr
etmirəm, ona görə ki, hər hansı bir nəzəriyyə özündə müəyyən
fəaliyyət prinsipi
daşıyır. Mən yalnız
onun həqiqiliyini, lazımlı olduğunu qeyd edərək, yayıldığı və
fəaliyyət göstərdiyi
faktı təsdiq edirəm.
Dərhal sayı-hesabı olmayan uğursuz kino alverçiləri öz məhsullarına "Yeddinci
sənət" adını
yapışdırmaqla sənaye
istehsalını və
ticarətlərini genişləndirib
xeyli qazanc əldə etməyə başladılar. Bununla yanaşı, heç düşünmədilər ki,
məhsullarına Sənət
sözünü yapışdırmaqla ciddi məsuliyyət daşıyırlar.
Onların istehsal etdikləri
sənaye məhsulları
texniki cəhətdən
az-çox təkmil olsa da, ümumi
həssaslığın kəskinləşməsindən
asılı olaraq ticarətləri gah yüksəlir, gah da zəifləyir. Əsəri ekranlaşdıran
rejissorun iradəsini
həyata keçirmək
və özünü
təsdiq etmək istəyinə nail olduğu
halı çıxmaq
şərtilə, onların
əksər "İncəsənəti"
Ksavye de Montepen və Dekurseli kimilərin işi kimi çəlimsiz olacaqdır. Lakin total sintezin məhsulu olan Kino - Maşın və Hissin yenicə dünyaya gətirdikləri övladıdır.
O körpəlik və
uşaqlıq dövrünü
keçirmədikdə, öz
funksiya və mahiyyətini itirəcəkdir.
Sonra o, yeniyetmə dövrünü
yaşamalı, şirin
xəyallar dəryasında
üzərək ağıl
toplamalı, formalaşmalıdır.
Biz istəyirik ki, o, tez böyüsün,
tez boy atıb çiçəklənsin, tezliklə
gəncliyinə çatsın.
Bizim Kinoya ehtiyacımız var. Biz total incəsənət
növünü yaratmaq
istəyirik. İncəsənətin
Kino məqamına çatması
üçün digər
sənət növləri
daim can atıb.
Odur ki, mən bir
daha məcburam bu sahədə çalışan adamlara
"Yeddi sənət
nəzəriyyəsi"nin
bəzi müddəalarını,
ötəri də olsa, izah edəm.
Əldə etdiyimiz biliklər
və mənbələr
bu nəzəriyyəni
bütün aydınlığı
ilə izah etməyə imkan verir. Biz görürük
ki, doğrudan da, iki incəsənət
nümunəsi bəşəriyyətin
düşüncəsindən doğaraq, həyatın bütün dəyişikliklərini
şüurlarda əks
etdirsin. Biz iki incəsənət ifadəsini işlətdik.
Bu həm vizual
şəkildə, həm
də forma etibarilə
ölümlə mübarizə
aparan dəyişən
nəsillərin estetik
təcrübəsini zənginləşdirsin.
Öz həyatlarını təkmilləşdirsin.
Bu təkmilləşmə müstəvisində reallığın
anatomiyasını izah
etsin. Əsrlər boyu insanları
düşündürən elə mənəvi dəyərlər var ki, onlara əbədilik
qazandırsın. Düşüncə sahibləri istəmişlər
ki, emosiyanın "ocaq"larını yaratsınlar.
Bu ocaqlar bütün
nəsillərə ötürülsün.
Bir italyan filosofun dediyi kimi, bu "estetik dalğınlıq"
insanların həyatına
yüksək ruh bəxş etməklə yanaşı, gündəlik
həyatlarına münasibətdə
şəxsiyyətin hərtərəfli
inkişafını müəyyənləşdirsinlər.
Doğrudur, burada hər
bir şəxsin öz həyatı və dünyagörüşü
əsas rol oynayır. Bunu da unutmaq olmaz. Mən artıq "Sivilizasiyanın
musiqili psixologiyası"
sərlövhəli məqaləmdə qeyd etmişdim ki, Memarlıq və Musiqinin ibtidai insanın mənəvi və şəxsi tələbatını bilavasitə
formalaşdırmaqda böyük
rolu olmuşdur. İbtidai insanlar öz hisslərini plastik və ritmik hərəkətlərin müşayiəti
altında ayaqlarını
yerə döyərək,
sadə ritmik səslər altında rəqs etməklə məişətlərində emosional
istəklərini zənginləşdirməyə
çalışmışlar. Bununla da özlərinin estetik dəyərləri olaraq Memarlıq və Musiqini yaratmışlar. Daha
sonralar onlar ifalarını müxtəlif
əşyalarla bəzəyərək
rəqslərini süjetlər
əsasında qurmağa
çalışmış, mahnılarına sözlər
əlavə etmişlər.
Və bununla da heykəltəraşlıq,
təsviri sənət
və poeziya vasitəsilə ruhi və estetik arzularını zaman və məkan daxilində sintez edərək birləşdirməyə
çalışmışlar. O vaxtdan bəri insanlığın ruhuna estetik dəyərlər daxil olmağa başladı. Burada mən dərhal
qeyd etməliyəm ki, Memarlıq bəşəriyyətin maddi
tələbatından irəli
gələrək müəyyən
sığınacaqlar yaratmaqla
əmələ gəlirdi.
Bu, fərdi düşüncədən
də asılı idi. Sonralar yaranan heykəltəraşlıq,
təsviri sənət
və musiqi janrlara ayrılaraq və əsrlər boyu təkmilləşərək
müəyyən estetik
ideal kəsb etməyə
başlamışdır. Musiqi bilavasitə insanın daxili mənəvi tələbatından doğaraq
intuisiya və ritmlərin sintezinin təşkili vasitəsilə
yaranmış və öz təbiəti ilə idarə olunaraq inkişaf etmişdir. Sonralar musiqi yenə
də öz təbiəti etibarilə şaxələnərək rəqsə
və poeziyaya ayrılmış, min illər
keçdikdən sonra
fərdi azadlıq qazanaraq mahnıya, rəqsə, simfoniyaya çevrilmişdir. Öz mahiyyəti
etibarilə həmin janrlar müxtəlif dəyişikliyə, aranjirovkaya
məruz qalaraq orkestrləşdirilmiş və
lirikləşdirilmişdir. O vaxtdan üzü bəri indi bizim Musiqi adlandırdığımız
janrın mənbəyi
həmin o ibtidai insanların yaratdıqları
rəqsdən və poeziyadam qidalanmışdır.
Zaman və məkan daxilində hər bir memarlıq əsərinin özündə
ritm və müxtəlif musiqi estetikası yaşayır.
İndi "estetikanın
hərəkət dairəsi"
adlandırdığımız və yuxarıda qeyd etdiyimiz incəsənət növlərinin
qovuşmasından doğan əlçatmaz
bir növü yarandı ki, bunu biz kinematoqrafiya adlandırırıq. Əgər biz həyatın həndəsi
obrazını ifadə
etməyə cəhd etmiş olsaq, onun həndəsi ellipsvari fiqurunu çəkməli olarıq.
Bu bizim həyatımızın
hərəkət trayektoriyasıdır.
Əgər biz kağız
üzərində onun
üfiqi proyeksiyasını
yaratmağa çalışsaq,
orada incəsənətin bütün
növlərini görə
bilərik. Bəşəriyyət əsrlər boyu
öz arzu və ümidlərini bu ellipsvari hərəkətlə
bağlamışdır. Bu hərəkətdə əsrlərin səsi və fərdi ruhun duyğuları yaşayır. Bütün
bunların mahiyyəti
yaranış tarixindən,
coğrafiyadan, etnik mənsubiyyətdən və
ya etik normalarından
asılı olmayaraq, yaşadıqları həyat
şəraitində öz
mənəvi tələbatlarını
ödəmək üçün
"özlərini unutmağa",
öz "Mən"ini
spiralvari estetik tüllə bürüməyə
çalışmışlar. Bu yüksək mənəvi
məqam çobanın
cizgilərində zühur
edərək, hətta
ağaclara köçürülmüş,
orada müxtəlif şəbəkələr yaratmaqla
təsviri sənət
növü əldə
etmişlər. Əsrlərdən bu günümüzə qədər yer üzündə yaşayan
bütün xalqlarda iki incəsənət növünün dörd qolu dəyişikliyə uğramadan yaşamaqdadır.
Belə ki, beynəlxalq pedantlar legionu onu evolyusiya adlandırmaq imkanı əldə etdilər.
İncəsənət boşboğazlıq, laqqırtı demək deyil. Keçmiş zəmanəmizin daxili
və xarici dünyası heç də hazırkı daxili və xarici güclə müqayisəyəgəlməz dərəcədədir. Lakin özünün
yaranışı ilə
bu vaxta qədər qeyri-iradi olaraq daxili, xarici, fiziki və dini mahiyyətini
o zamanlar əldə olunan baza vasitəsilə
indiyə kimi saxlamaqdadır. Bizim zəmanəmizdə
bəşəriyyətin təcrübəsi
ilahi sintezə müdaxilə etməklə
davam edir. Biz praktiki həyatla
Hisslər həyatının
nəticəsini toplamışıq.
Biz elmlə incəsənəti
birləşdirmişik (mən
elmdəki aksiomaları
deyil, kəşfləri
nəzətdə tuturam).
Biz elmi incəsənətin
idealı ilə birləşdirdik. Biz dünyanın
ritmini əks etdirmək və tutmaq üçün birini
o birinin üstünə
gələrək yeni
bir incəsənət
növü yaratmışıq.
Bu Kinodur. Beləliklə, yeddinci sənət
növü digərlərinin
məcmuu olaraq hərəkət edən şəkillər, ritmik sənətin qanunları əsasında yaranan və inkişaf edən plastik sənət növü yaratmışıq. Müasir insanı
instinktlərin əbədiyyətinə
aparan, ona möcüzəli sevinc bəxş edən bir sənət növü yaratdıq.
Forma və ritm həyat adlandırdığımız
mahiyyətin özüdür. Həmin o həyat
əlimizlə fırlatdığımız
proyeksiya aparatının
yaratdığı möcüzədir.
Biz yeni musiqili
rəqsin ilk saatlarını
yaşayırıq. O rəqs bizi Apollonun yeni gəncliyi ətrafında
fırlanmağa vadar edir. Bu, dünyanın
xorla və səslə izah olunan musiqisidir. Bu bizim müasir
ruhumuzun heç nəyə bənzəməyən
isti ocağıdır.
Riççotto KANUDO
Tərcümə etdi: Zakir
ABBAS
Ədəbiyyat qəzeti . -2020.- 1 fevral.- S.10.