Səninlə
bir oyun başladıq ki, biz
Sergey
Qlovyuk (1958) Almaniyanın Drezden şəhərində anadan
olub. 1 il sonra valideynləri ilə Rusiyaya qayıdıblar. Maksim
Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Şeir
yazmağa məktəbi bitirəndən sonra başlayıb.
Şeirləri mütəmadi olaraq "Literaturnaya qazeta",
"Moskva", "Yunost" və Rusiyanın başqa
tanınmış mətbu orqanlarında çap olunub.
"Bir içimlik"(1991), "Dönüş nöqtəsi"
(1997), "Qədim sikkə" (2008) şeir kitabları
çap olunub. Makedoniya, Serbiya , Rumıniya, Polşa , Slovakiya
və Çexiyada kitabları nəşr edilib. Bir çox
rus və əcnəbi ədəbi ("Qızıl qələm",
"Orrient-Ossident", "Povele Morava") mükafatlara layiq
görülüb. Rusiya Yazıçılar Birliyinin
üzvü, Makedoniya, Serbiya və Çernoqoriya
Yazıçılar birliklərinin fəxri
üzvüdür. Hal-hazırda, "Əsrdən əsrə.
Ədəbi əməkdaşlıqlar" almanaxının
redaktorudur. Moskvada yaşayıb yaradır.
***
Gözəl
bahar, səsin gəldi, nəhayət,
Tez
ol, dağıl qışdanqalma çən, duman.
Parlaq
günəş isidəcək səmanı
Göy
qanadlı Mart da oyandı, ay can!
Daşın,
çaylar, söyüdləri isladın,
Qoy
sevinsin, şirələnsin ağaclar.
Bu səs-küyün
əgər fərqindəsənsə,
Demək,
dostum, sinən altda ürək var!
***
Çağlayan
çay, küknarlar, qumlu sahil
Hələ
o dik yamacların yovşanı
Rayihəsi
çəkilməyib ovcumdan
O
tünd qoxu sərxoş edir adamı.
Qızaran
dan yeri maviyə çalar,
Oyanıb
xışıldar yuxulu zəmi.
Torpaq
xilas olar dərddən, ələmdən
Çəkib
ciyərinə yovşan ətrini.
Az
qalıb, tezliklə yetişəcək qış
Yenə
künc-bucağa doluşacaq qar.
Əzəl
yatağından qurtulub, qaçıb
Çölə
hay salacaq o dəli çaylar.
Qəhər
də bir yandan boğar-boğmalar
Yenə
çarəsizlik əyər belimi.
Sıxmışam
başımı ovuclarımla.
Bir
yovşan qoxusu sağaltsın məni.
***
Hane
Todorovskiyə
Dəniz
köpüklənib haray qoparır,
Gahdan
sığallayır sahil qumların.
Bu
qayığın yolu Şərqə sarıdı,
Coşur
damarlarda, qaynayır qanın.
Sahildən
get-gedə uzaqlaşır o,
Hara
gedəcəyi bəllidir çoxdan.
Ulduza
qərq olub dəryanın bağrı,
Hər
ulduz bir yoldur - gəmilər azan.
Uzaqlar
uzaqda qalır üzdükcə,
Yarıb
dalğaları irəli varaq.
Tanrım,
peyğəmbərim, nicatverənim
Hifz
edin bizləri, aman, batmayaq.
***
Qaş
qaralır yenə səssizlik çökür,
Durulur
torpağın göz yaşı - çaylar.
Payız
öz səmasın ram edir yenə,
O
parlaq, zəhmli, fateh baxışlar.
Kirpik
də çalmadan, bir səs duymadan
Bir
fani girdabda keçər gündüzüm.
Gecəsə
üzümü göylərə tutub
Baxdıqca
baxaram, yorulmaz gözüm.
Bədirlənmiş
Ay da həmişəkitək
Nuruyla
dağıdar qatı zülməti.
Bilirəm,
nə vaxtsa səda gələcək
Gələcək
ki, vaxtdır, adla o səddi!
***
Bu qəfil
başlanan yağışın altda
Kilidli
ləblərin donu açıldı.
Bəlkə
də, yenidən xətt çəkək, getsin
Keçmiş
əyaların məlalı, xıltı.
Asfaltı
yumşaltdı, torpaq topasın
Dağıtdı
şiddətli sel axınları.
Zəfər
bayraqları bəzəyir bəlkə
Hardasa
bəxtəvər uzaqlıqları.
Şəhərsə
yatmayır, yeraltı "tuluq"
Axıdır
bətnindən acı şirəsin.
Köhnə
qalxanların yazısı gedib
O məhzun
sözləri oxumaq çətin.
Yarım
əsr çovğun, yarım illik qar
Yox
oldu bir isti ümid doğunca.
Və
səsi tutulmuş, qayğılı aprel
Dingildəyir
yaz nəğməsin duyunca.
Gəl
sənə danışım dərin çatlardan
Otağıma
sızan incik küləkdən.
Qarğış
da kar etmir başıbatmışa
O
özü də bezib acizliyindən.
Köhnə
arx, təzə nırx, dəyişib oyun
Qayda:
Azmış ruhu girov qoymalı!
Və
onu pozmağa cürət eləsən
Başqa
bir dünyanın yolun tutmalı...
Bu
tor-tələ necə möhkəmdi, Tanrım,
Nə
qalxa, nə yırta bilərəm artıq.
Hava
da bir yandan! Deyir, al sənə,
Bunu
istəyirdin? Bu da Azadlıq!
Tərcümələr
Günel Şamilqızınındır
Amansız
küləkdə, dəli həyatda
Səninlə
bir oyun başladıq ki, biz
Axırda
getsən də ölmədim, hətta
Mən
getdim - oyuna davam etdiniz.
Bax
belə, gülməli bir oyundu bu:
Hər
gün gündoğandan-gündoğanadək.
Kim
ürcah edibdi, nə oyundu bu?
Qaydası
naməlum, lap son anadək.
"Sevir-sevmir"
deyə yaşadıq guya,
Hamımız
uduzduq, qazandı dünya.
***
Təbəssüm
dartıbdı yanaqlarını,
Zərif
titrərti var barmaqlarında.
Necə
anladasan bu nədi axı:
Düşkünlük,
ya yanlış, bəlkə səhv, xəta?!
Bumbuz
bir baxışla, qıyılmış gözlər
Bəbəyin
aynası baxır hədəfə.
Sən
demə, çoxdandır gözləyir güllə
Tərpənir,
dillənir, uçur o səmtə.
Kolluqda
diksinir dişi canavar,
Budaqdan
yıxılır bir ətcəbala.
Kor
qurşun uçuşda, gəlir havadan
Bu dəfə
dünyaya ölüm və bəla.
***
Gör
necə parlaqdır, hirslidir alov,
Kül
də necə yüngül, rəngsiz, bozarıb.
Budur
dəli külək ov eləyir, ov:
Köhnə
yaraları əzib, qoparıb.
Yaşanmış
o səsli-küylü ömürün
Qarsıb
çiçəyini gömür torpağa,
Tonqalın
rəqs edən gülləri görün
Şaman
kimi necə gümrah, oynağan.
İtidir
alovun, dili itidir,
Qəlbində
nə varsa dilində odur.
Susmuş
yaddaşımı, sanki dindirir:
Deyir
əvvəlin də, sonun da oddur.
Qədim
kahalarda sirli qaraltı -
Gedir
əskilərə fikrim, xəyalım.
Qışqırıq,
hay-haray, dəli ulartı -
Kim
anlar ruhlarla bu həsbi-halı?!
Bəzən
hiyləgərsən mindilli alov,
Cəldsən,
bilinməzsən, sirlisən necə!
İstinlə
bərabər duyulur ah-uf,
Qıvrılan
kölgələr dinir bu gecə.
Ən
uzaq, ən məchul ulduz imişsən,
Həm
qaynar, həm də ki bumbuz imişsən,
Yanıb-yandırmağın
sirrinmiş sənin -
Əyri
dillərinlə sən düz imişsən.
Bilirəm
hər yolun sonunda sənin
Atəşli
sinənə baş qoymaq vardır,
Atıb
libasını günahın, səhvin
O
isti qoynunda uyumaq vardır.
Sergey Qlovyuk
Tərcümələr
Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 18. .