Amma ki, qaldırmır atamdan hündürə...
Aleksey İolyeviç Vitakov (1966) - şair, nasir, musiqiçidir; Komi MSSR-də anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur. Əsərləri "Moskva","Drujba narodov", "Naş sovremennik", "Smena" jurnallarında çap olunub. "Ötən illərin kölgəsində " (1994), "Çağırış" (1997), "Ayın mili" (1999), "Köklərin səsi" (2000), "Dünyanın oxu" (2002), "Dünyanın o biri tərəfi" (2009), "Səslər" (2011) kimi şeir kitablarının, habelə "Evə qayıtma!" (2008), "Hər şeyi Merkurinin boynuna at" (2009), "Basqın" (2014), "Müdrikin əsası" (2015), "Qırmızı divarın lənəti" (2015) kimi romanların və onlarca audioalbomun müəllifidir. 1998-ci ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. "Cənab Külək" art-kafe teleproqramının müəllifi və aparıcısıdır (SQU TV).
Mən Şimal günəşinin
altında doğulmuşam
Şimal günəşi altda doğulmuşam,
Nə bilim altmış neçənci
ildə.
Pəncərənin qabağına qoyulmuşam,
Bəla kəndimizdən yan keçsin deyə.
Sarğılı ayağına uzanmışdım
atamın,
Nə küçədə,
nə də ki, evdəydim.
Köhnə pərdələrdən daxal ətri almışdım,
Niyəsini çox sonralar öyrəndim.
Yadımdadır, çərçivənin çatları,
Mən ordan zülmətə göz gəzdirirdim.
Daxmamızda suxarı ətri
vardı,
Niyəsini çox sonralar öyrəndim.
Uzanardım və şişmiş
damaqlarımı
Barmağımın sümüyünə sürtərdim,
bacardıqca.
Deyəsən, həqiqətən, qüdrətli görünürdüm,
Bəla yaxın düşmürdü
bizim elə-obaya.
Boyan günlərindən Şərqə
üz tutub,
Buludlar gedirdi yasəmən göyüylə.
Mənsə yerdən buludlara
qoşulurdum,
Bəla yaxın düşmürdü
biz tərəflərə.
Köhnə pərdələrdən daxal iyi gəlirdi,
Qara tavan başımız üstə
sallanırdı.
Mənsə atamın sarğısında
üzürdüm,
Boyan günlərindən
düz Şərqə
sarı.
Yorğun
yerin, dənizlərin
üstündə,
Qaçırdı, qaçırdı dərd-bəla.
Daxmadan suxarı iyi gəlirdi,
Ah necə kəskin, necə da davamlı!
***
Məni
göyə qaldıran
atamdan,
Yay asfaltının
qoxusu gəlir.
Əlvan
işıqtək parlayır,
Gümüşü gicgahları.
İstəyirəm buludlara toxunum,
Buludlara, yuxudakıtək.
Elə bil ki, o səmavi
sükutun,
Dincliyini tanıyır bu ürək.
Papaq uçdu buludların dalınca,
Əllər papağa çatmadı.
İndi
atam uzanıb əlində şamla,
Başı buludlardadı.
Mən uçuram yuxularda o gündən,
Tanış eyvanların oymaları üstdən.
Sanki məni yuxarıya qaldırır kimsə,
Amma ki, qaldırmır atamdan hündürə.
Qarşımdakı mayaklarda o gündən,
Yaydan-yaya yollar gedir bax
belə.
Ancaq gicgahlarda olan gümüşdən,
Parlaq işıq
görməmişəm mən
hələ.
***
Rıbinsk şəhəri - sanki
arı pətəyiydi,
Orda dostum adamsız perron idi.
Orda gitara akkorduyla üstələyirdi,
Cavanlığın o xırıltılı qarğa
səslərini.
Kələ-kötür xiyabanları gəzəcəm,
Bulıjnıy prospektinə dəyəcəm.
Külək pırpız küçə
ititək,
Darıxıb şalvarıma sürtünəcək.
Süni
dənizdə fırtınalar
qopacaq,
Qəfildən suların astar üzündən
Boğazı zəngli bir kilsə çıxacaq,
Qulaqlar batacaq onun zəngindən.
Qağayılar şəhəri - sonuncu
mistikim,
Haralarda
sülənsəm də,
fırlansam da,
Qırıq-qırıq xəttini tanıyacağam sənin,
Məktublardakıtək payız yarpaqlarında.
Mən səni qürbətin pəncəsində oxuyurdum,
O zəngin səsini yuxuda da eşidirdim.
Qaranlıq uçurumdan gələn
səsini duyurdum,
Sulara qərq
olmuş boğazı
zəngli kilsənin.
Yeniyetmə həyəcanıyla yazırdın mənə,
Mən sənin
o məchul küyünü
sevirəm.
Amma ki, səhnədə söz veriləndə,
Sən haqda danışıb, dinə
bilmirəm.
Körpülərin, sahillərin, limanların şəhəri,
Sükuta çevrilib burda hasarlar.
Qoy sənin zəngin görünməz zəng
kimi,
Astadan yellənsin,
qaçsın dalğalar.
***
Briz güclənir. Donquldanır dalğalar.
Ay yerdən qalxır göyə.
Gecələri oxuyurlar qayalar,
Çalışırlar gəmiləri özlərinə
çəkməyə.
Yerindən qoparaq, tıqqıldamadan
Qaranlığa yuvarlanır minerallar dübbədüz.
Baxırıq göyərtənin eyvanından
Ulduz xəritəsində
üzürük biz.
Bəzən olur ki, külək dəliyə dönür,
Ulduz tozu üyüdür səmanın
dəyirmanı.
Onda planetimiz transa düşür,
Süzür rəqs edən dərvişsayağı.
Dünyanı işıqlandırır limon dilimi:
Əzəmətli mənzərədir.
Bizim hara getdiyimizi indi
Yalnız
Ay və ağ
şərab bilir.
Bütün ilklərin başlanğıcı
təbiət...
Su şahə qalxır
öz yoluyla axaraq.
Bədənlərin ardınca iki badə
Düşür gecətək suyu sıçradaraq.
Aleksey Vitakov.
Tərcümələr
Qismət Rüstəmovundur
Ədəbiyyat qəzeti.- 2020.-
1 fevral.- S.20.