Venesiyaya
on- onbirinci məktublar
İsanın məzarı
başında və ya yalanın həqiqəti
Lənət
olsun, uydurulmuş tarixə
nar
ağacı altından boylanır
İki
minillik yiyəsiz həqiqət.
And
olsun, Məryəmin doğum sancısına
qanından
törəyən -
"nəvən"
"Quran" sahibi
şair
Muhəmmədə dəyən
daşların
utanmağına.
indi
ona dəyən daşlar şeytana atılır
əllər
eyni, daşlar eyni.
And
olsun, bu torpaq altında
nar
kölgəsində yatan nəşinə
izsiz
məzarına başdaşı olmağa gəldim.
And
olsun, oğurlanmış nəşinə
Məzarınla
üz-üzəyəm
dizlərimin
əzdiyi qəbir torpağın
göz
yaşlarımla yoğrulur.
yoğurur
yalanın həqiqətini.
And
olsun, üç müqəddəs ruha -
qadına - Məryəmlərə
anana,
sevgilənə, qızına.
Şəriət
qamçılarına
gərək
yox burda.
Yer
kürəsinin meridianları
hər
yerdə qamçıya çevrilib
kürəyində
qadınların.
And
olsun, qeybdə dolaşan ər ruhlarına,
yeni
İsalar doğulur,
daşlanır
Məryəmlər.
bircə
günahı varsa
ər
yolunu gözləməkdi.
Asılır
isalar, -
günahı
atasızlıq...
Hamımız
Tanrının övladıyıq,
qardaşım İsa!
Sənin
əzabların kapitaldı Vatikanda.
Kilsə
zəngləri batırmaqçündü
sənin
əzablı hayqırtını.
And
olsun, əllərinə keçən mıxçalara
sənin
əlinə, mənim ürəyimə batır.
Ver,
çarmıxını daşıyım.
İsa,
mən gəldim məzarın başına
Oğlum,
mən gəldim, atan gəldi!
Oyan!
Təmiz yalan -
bir uşağın dilindən
əlcəkli qar
Yağma,
qar,
yağma
əlcəyim
olmasa da
əllərim
üşümür mənim.
Atamın
"daha
yeddi yaşın var
böyük
kişisən
heç
kişi də əlcək taxar?!"
sözləri
üşüdür məni.
Yalan
danışmağı bacarmır atam
dodaqlarının
titrəməsindən
gözlərinin
dolmasından bilinir
ciblərinin
yalanı.
Qar
qardaş,
dünyanın
ən təmiz
yalanı
sənsən.
Qar
qardaş,
mənə
görə yox
atama
görə yağma,
ata
oğul arasına girmə, qar.
Yağma,
çirkli
əllər atmasın səni
çirkli
ayaqlar altında
əzməsinlər
təmizliyini.
Təmiz
dillər
çirklənməsin
sənə görə,
yağma.
Uşaqların
sızıldayan
barmaqlarında
üşümə,
isti əlcəklərində
qızın, qar.
Qar
istəyir uşaqlar
yalansız,
əlcəkli
qar.
Yağırsansa
belə yağ, qar!
Emin Piri
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 31. .