Qar çiçəkləri
Erkən
gavalı çiçəklərinə dönüşən
gecikmiş bahar - qar
Bir-birindən
asılır qar dənələri
Səmaya
doğru cazibədar bir çiçək yolu açar
Havada
fırlanıb
Dönüb uçmaq şansı yox amma.
Çiçək
sandığıdır hər sinə
Dəstələyərəm onları tək-tək.
İnşallah
yalnızca
Ümidzsiz çizgilər dağılar.
Lakin
Ayın
doğduğu göy üzündə,
Yolda
ağrısız döyüş başlar
Boş
ürəkdə
Bir anda
diqqətçəkən səssizlik
Bəyaz və dərin.
Şeir yazmaq
Şeir
yazmağa
bu səbəbdir...
ən
içdəki yara izi
Sıx
bağlanmış sarğını
Üsulluca
açmaq
İşin
təsdiqi üçün...
...........
Gizlicə
kimsənin görə bilmədiyi bu yara izinə
təkrar-təkrar baxmaq
cəsur
və önəmli -
Acının
qəlbinə dalmaq deməkdir...
Bunu bilmək belə acı verir.
Bir
şairin sözləri ilə söyləsək:
Şeir ağrı və izzətdir.
Kooseul KİM
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 22.