Mükəmməl
qılınc
Seorak
dağında yaşlı bir ustadın sözü:
-
Qınından çəkilən qılınc qılınc
deyil, bıçaqdır.
Heç
bir qılınc köhnəlmiş qınını qoruyan
qılıncdan
yaxşı deyil.
Kəskin
tiyəsini dünyaya sallayan qılıncın
ruhu pas
tutur, nəticədə qara qanlı
bir
dəmir parçasıdır olsa-olsa.
Hələ
köhnəlmiş qınında saxlanılan qılınc
insanın və dünyanın qəlbini
hərəkətə
gətirməyə,
hətta
ən böyük dağın
göz
yaşını tökməyə qadir gücə malikdir.
Qılınc
həyatı söndürmək üçün deyil,
dünyada qətllərin,
qarışıqlığın
qarşısını
almaq üçün mövcud.
Tələsdinmi kəskinliyi insanlara zərər verər.
Yalnız
bunu dərk edən şəxs, həqiqətən,
onu
sıyırmadan necə istifadə edəcəyini bilir.
Ona ehtiyac yoxdur. Çünki tələskənlik
göstərməsə
bir həyat yaşayır demək.
Köhnə
ustadın kəskin qılınc axtaranlara
demək
istədiyi budur:
Dünyanın
yolunu deyil,
əla
bir qılınc yolu seçin.
Yağış
damcıları
Bir taxta
rahibin zəng səsi
Bir səhər əsintisi boyunca inlər.
İnsanlar
dağların mürəkkəbəbənzər
qara
kölgəsini silər.
Yağmur
damlaları nağara kimi vurur
və
boyunlarını qırır bağçadakı
ağacların.
Vaxtından
əvvəl ölmüş şair
bir
ildırım çubuğunun ucuna
bir
ildırım çubuğu taxmış, sanki.
Donq Ho ÇOİ
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 23.