Gecikmə,
uzaqlardan
Ömrümə
gələn adam.
Bilmirəm
Qolumda
köhnə zəncirim,
əlləşib qıra bilmirəm.
Ağrısı
məndə yurdlaşıb,
Bu dərdə çara bilmirəm.
Duman,
çən düşüb izimə,
Toru çəkilib gözümə.
Elə
hopmuşam dözümə,
Ayağa dura, bilmirəm.
Gecə
fikir, gündüz fikir,
Yağış gözümdən nəm çəkir.
Ömür
ağrıdan tükənir,
Üz tutum hara bilmirəm.
Zaman
ağrılardan keçir,
Guman ağrılardan keçir.
Dərd gələndə
bizi seçir,
Niyəsin sora bilmirəm.
Öz
şələmdi kürəyimdə,
Qəm gül açıb diləyimdə.
Qisas
ölür ürəyimdə,
Qılıncı vura bilmirəm.
Payız şeiri
Havalar
soyuyur, göy qəhərlənib,
Yağış yağır gülün, çiçəyin
üstə.
Üzümə
çırpılır qürbətin yeli
Ağrılar şığıyır ürəyin
üstə.
Dərələr
duman geyir əyninə,
Ömrümə kədərdən bir cığır
salır.
Bu
göndən baxıram dünənki gönə,
Yadımda xatırə göynəyi qalır.
Ürək
bir tilsimli sevda yeriymiş,
Heç
kəs bu tilsimdən baş aça bilmir,
Bir
gön bu ömründə yolu dönəcək,
İtən sevgilər də geriyə dönmür.
Payız
xəyallarım bürüyüb məni,
Xəyallar içində hər gün azıram.
Yandan
ötüb gedən ömrün yazına,
Dumanlı bir payız şeiri yazıram.
Yadımdadı
bir vaxtlar
Xəzərdə mayaklar yanardı.
Dalğalar
Xəzərə
Sevgi şərqiləri oxuyardı.
Ruhumuz Xəzərdən
Mavilik qoxuyardı.
Xəzər
hünərli, səxavətli, varlı idi,
Kürüdə görərdik.
Balıq
da öz yerində,
Ömrümüzün
gənclik illərində,
"Azəri",
"Çıraq" yataqlarından
Polad dirəklər
üstündən
Borular
boylanır indi,
Sahildə
neft karvanları hoylanır indi,
Yedəyi yad əlində.
***
Mənim
dostum dalğalar,
Həzin-həzin
pıçıldayın qulağıma
qəlbinizdə hər nə var.
Bir vaxt mən
də sahildən
Ayağımı
kəsəcəm,
Xəzərə
vida eliyib
Bu dünyadan köçəcəm.
Əlini
ver əlimə,
Sahil yatmır könlümə.
Düşüm,
qarışım sizə,
Baş vuraq göy dənizə.
Verək
ürək-ürəyə,
Söykənək kürək-kürəyə.
Sizinlə
şahə qalxım,
Ya elə
göy sularda batıb
Qəfildən yoxa çıxım.
Yeni həyat
qaynasın
O qərıb
nəğmənizdə,
Bir əksim,
bir də sevgim
əbədi qalsın sizdə.
Xəzərə
yağış yağır
Xəzərə
yağış yağır
Gözümün yaşı kimi.
Sığınmışam
mən ona
Dostu, sirdaşı kimi.
Yağış
yağır Xəzərə
Hər dənəsi
inci, zər,
Yağışın
laylasından
Sanki dincəlir Xəzər.
Sahilində
durmuşam
Xəyallar aləmində.
Damcılar
bir ovcumda
kövrələn ümidlərim
sıxılır bir əlimdə.
Yağış
yağır şıdırğı
Bütün aləm sevinir.
Sanki
anamız Günəş
Yağış gölündə çimir.
Sanıram
yağış yağmır
Göylərdən
nur ələnir,
Yollar,
cığırlar baxışlarımda
mavi
işığa dönür.
Ayrılıram
xəyaldan
Nə Xəzər
var, nə yağış,
Göz
yaşlarım yaxama
Düzülüb naxış-naxış.
Kimsə
çağırır məni
Qulağımdadı səsi.
Bu
yağış səsidirmi,
ya qəriblik
nəfəsi?..
Ürəksiz adam
Sən məndən
gen dolan, ürəksiz adam,
Mən çəkən dərdləri çəkə
bilməzsən.
Şam
kimi üzülüb gecə sübhədək,
İynənin gözündən keçə bilməzsən.
Vətənsiz
heykələm, doğma vətəndə,
Əli baltalılar budayır məni.
Günahı
yumadım, neynim hələ də,
Torpaq günahlarım qınayır məni.
Mən, o
mən deyiləm sevda başında,
Saçına sevgidən çiçəklər
düzən.
Yurdsuz bir
dərvişəm ahıl yaşında,
Haqqın sorağilə dünyanı gəzən.
Hirsimin
yanğısı sinəmi ütüb,
Özümün ağrımı özüm çəkirəm.
Üstümə
zamanın qayğısı çöküb,
Dünya ağrıdadır dözüm çəkirəm.
İçimdə
bir göynər dünyam var hələ,
Bu qəm tufanında ta üzüm gülməz.
Mən söz adamıyam başdan-ayağa.
Duyğuma yad nəfəs yol tapa bilməz.
Zəngin
bir ölkənin ac şairiyəm,
Ehtiyac mənimlə hər gün görüşür.
Qələmin
ucundan ağ vərəq üstə,
Gecə misra-misra göz yaşım düşür.
Belə
yaranmışam, belədir təbim,
Yalana, yaltağa uzağam, yadam.
Vətən
ürəyində, torpaq dilində,
Hələ
yer tapmayan, ürəksiz adam!
Ürəyimdə
gözləyirəm
Təzə
mənzil almışıq -
geniş,
işıqlı,
Təmtəraqlı, yaraşıqlı.
Heç
bənzəri yoxdur köhnə evimizə,
Göz aydınlığı veririk bir-birimizə.
Bu gözəllikdən
təzə ruh köçür
Sanki ömrümüzə.
Qızım,
nəvəm həvəslə
Köçməyə hazırlaşırlar.
Sevincdən aşıb-daşırlar.
Mən
onlara ancaq xoş günlər diləyəcəm,
Andıma,
inadıma,
Yol
çəkən baxışlarıma,
İslanan
yuxularıma güvənəcəyəm,
Səni
köhnə evimizdəki
Doğma odamızda gözləyəcəyəm.
Bir-birimizə söykənə-söykənə.
Bir-birimizə
yükünə-yükünə
Ömrü
başdan başlayaq,
Ürəyimizcə yaşayaq, doyunca.
Bir
gün evimizin buz bağlamış
Divarından
asılan,
Bir
çərçivəyə iki ömür
sığınan
Şəkil olunca.
Yaman təşvişdəyəm,
Qaçıram
pəncərəyə, qapıya,
Qorxuram gəlməyəsən
İnadım məni qınaya.
Təkliyimlə
doludur evim, odam,
Gecikmə,
uzaqlardan
Ömrümə
gələn adam.
Ayaq səslərini
ürək
döyüntülərimtək
izləyirəm,
Səni ürəyimdə gözləyirəm.
Allah bəndəsi
Atam Qulam
Kəlbalı oğlu
ağır bir elin ağsaqqalı,
37-dən
sağ çıxan
Üç
qardaşın yeganə yadigarı,
Vətən
savaşını çətin zəhmət illərində,
Ağır
qurşun qəlpəsı
Bir əlində,
Ülgüc,
bülov birində,
Titə
çiynində,
Bir
sağ ola, bir salama,
Üz qırxardı, saç vurardı.
Sənətini
hər yerdə öyərdi,
Sonra da
müştərini çaya,
qayğanağa
qonaq edərdi,
Nənəm elə deyinərdı.
Hər
gün üzü qibləyə,
Dualar eləyib,
salavat çevirərdı,
Gizli
saxladığı "Qurani-Kərim"dən
ayələr oxuyar,
Şəhadəti
bizə öyrədərdi,
Allah kəlamıdı,
bala, - deyərdi.
O vaxtlar
buna ciddi qadağalar vardı,
Hər dəfə
partiya cəzası,
Ya həbs
gözləyirdi onu,
Yenə də
unutmurdu,
Allah
bəndəsi olduğunu.
Həmid kişi, Ziyad, Cəmil kimi
Etibarlı
dostları vardı,
Ürəyində Ağamurada xüsusi yer olardı.
Ülgüc
vura-vura
Zarafatından
qalmazdı,
Şaqqıltı
ilə gülməyinə,
Toyda
oynamağına tay olmazdı.
Erməni
faşistlərı,
Torpaq hərisləri.
Sinəsinə çəkdilər dağı.
Dağıldı
başının yığnağı,
Şəhid
oldu kənd növrağı,
Görən
indi dururmu Allah bəndəsinin
Horovlu qəbiristanlığındakı
başdaşı güllələnən,
yana əyilən
məzarı?
Ziyarətinə tamarzıdı övladları.
Bu ömrü dəyişirəm
Hava
buludludu,
Göylər qarışıb.
Hər tərəfə
çöküb qatı çən-çisək,
Lift də
yenə işləmir
Həmişəkitək.
Çoxdan
çölə çıxmıram
Tərli pəncərəmdən baxıram.
Çocuqluqda
olduğu kimi,
Yenə kövrəlib ürək.
Sığınıram
səbrə, dözümə
Ayaqlarım
xəyanət edib mənə,
baxmır
sözümə.
Xəyanət
edib mənə ömür də, yaş da,
Aciz qalmışam bu ümidsiz savaşda.
Payız
durnalarım da tələsik
köçüb gedirlər.
Yönlərı
haradı, mənzillərı hara,
Bir də
qayıdarlarmı
Bizdən küsən dağlara?
Təbim
də məndən küsüb,
Payız
sükutuna düşüb, dinmir,
Qələmim
həvəssiz-həvəssiz
Sözlərin,
hecaların
Arasında
veyillənir,
Qaçqın duyğularımın qarasına gileylənir.
Geyimlərim
də üzə dururlar bir-bir,
Biri yaşıma düşmür.
Biri əynimə gəlmir.
Ayaqqabılarımı
da toz basıb,
Yetim-yetim
üzümə baxırlar,
Gəzdiklərı yerlər üçün
darıxırlar.
Yenə
payız gəlib, qəhərlənirəm,
Təzədən
fürsət düşə əlimə
Bu ömrü dəyişdirəm.
Şövkət Zərin
HOROVLU
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 25.