Canlı alovlar
Vladimir Soroçkin (1961, 21 yanvar)
- çağdaş Rusiyanın
görkəmli poetik imzalarından biridir. O,
1995-1997-ci illərdə Moskva
Ali Ədəbiyyat Kurslarının
dinləyicisi olub, məşhur şair Y.Kuznetsovun tələbəsi,
tanınmış həmyerlimiz,
şair-tərcüməçi Namizəd Xalidoğlu (Qoca Xalid) ilə
sıx yaradıcılıq
əlaqəsi saxlayır.
V.Soroçkinin ilk sanballı silsilə şeirləri 1988-ci ildə
"Moskva" jurnalında
və 1991-ci ildə
"Nəqarət" toplusunda
dərc olunub. "Ay" (1995), "Sakit razılıq"
(1997) poetik topluları
böyük maraqla qarşılanıb və
müəllifə "F.Tütçev"
adına Ümumrusiya ədəbi mükafatını (2001) və
F.Tütçev medalını
qazandırıb. Onun "Sabah və dünən"
(2005), "Mübhəm səma"
(2016) kitabları da uğurla qarşılanıb.
V.Soroçkin RF Bryansk Vilayət Administrasiyası
redaksiya-nəşriyyat şöbəsinin
müdiri, Rusiya Yazıçılar İttifaqı
Bryansk vilayət təşkilatının
rəhbəri, S.Yesenin (1997), "Qızıl
qələm" (2008, 2011), K.Turovski (2010), N.Qoqol
(2015), Q.Qumilyov (2018) və
b. ədəbi mükafatları
laureatıdır, Bryansk vilayətinin
Əməkdar mədəniyyət
işçisidir (2015).
Tanınmış şair Nurafizin tərcüməsində V.Soroçkinin
şeirlərini oxucularımıza
təqdim edirik.
Canlı alovlar
Dumanlı qazların yüngül
tüstüsü
Kimə vurulubdur? İndi seç, ayır.
Yarısı yumulmuş pişik
gözüylə
Bu göyün altında
Ay miyoldayır.
Yarpağı, otları qalaqlayaraq,
Basıb tıxayıblar kərpic çuvalı.
Bəyaz
yanaqların qar şəfəqiylə
Partlayır gilənar, bir də gavalı.
Əlvida!.. Tabaşir qırıntısıyla
Rəsmin
tamamlanır canlı od ilə.
Sənin
poeziyan - sərxoşluğundur,
-
Susqun günlərini
gətirib dilə.
Xışıltı içində söz batıb sönür,
Sonuncu pəncərə
üstdə sarısı.
Söküntü altında gecəqondular
Açırlar nur dolu gecəyarısı.
Sənsiz günlər
Sənsiz
günlər mənasız
və yağışlı,
Tərsə daranmağı düşüb
dəyərdən.
Yağışla toxunmaq olar hörüyə,
İlmələnər sarı bantnan böyürdən.
Damcılar napnazik paltar ipindən
Süzülür lap Morze əlifbasıtək.
Asfaltın, yarpağın üstdə
can verir,
"Dəniz..."dir, - yazırsan inadla bərk-bərk.
Aydınlıq görünmür düşən
axşama,
Nə yağışdır? - pıçıldayır adını.
Tarımlanmış xətkeşlə
yaş dəftərə
Nə səpilir? Kaş, biləydim
dadını.
Düşünürdüm - hələ həyat öndədir...
Düşünürdüm hələ həyat öndədir,
İtkilərə tüpürmüşdüm, cavandım.
Məni
qapı ağzındaca
saxladı, -
Sənin,
"Getmə" - pıçıltına
dayandım.
O vədədən xeyli illər ötübdür,
...çoxlarını qoyub çıxdım sabaha.
Çox
qapıdan bilinməzə
yol aldım,
O sözləri eşitmədim
bir daha.
Çoxdan bağlar sakitləşib-lallaşıb,
Uşaqlar da böyüyüblər
o vaxtdan.
Ancaq sənin: "Getmə"
dolu pıçıltın
Hələ məni saxlayıbdır həyatda.
Quşalbalı çiçəkləyir
Açır quşalbalı zinrik
gecətək,
İnamı unamır, yəqin
gecəni;
Şəhərdə nə varsa, əzbərləyəcək,
Hər tanış qapını, tanış
küçəni.
İlk dəfə
burdayam. Kar pəncərələr,
Badədir - boş qalıb dumanlı yazda.
Yuxusu daralıb yatmış şəhərin,
Ətirli,
sadəlövh olub bir az da.
Yanan iy çırpınır
örtüyün altda,
Yaşıl oyuqlar da gecətək
sərsəm.
Zəngini gözlərəm, zəng
edib indi,
Gecəni üstümə səpələyərsən.
De...
Qürub
pıçıltısı yarımadanın
Ehmalca şüşəyə
qarışıb qalır.
Ürək əməlləri, ürək
sözləri
Sınıq sətirlərdə solub, saralır.
Bahar göylüyündən nəsə
de mənə,
Yersiz kədərlənən ürəkdən
yana.
Yenidən başlanır hər
şey sonradan,
Dönür on il əvvəl olduğu ana.
Kölgələr gizlənpaç oynayır
- aldat,
Və bəzə sabahkı görüşü, adam.
Günlərin - günəşli dabanbalığı,
-
Sürüşür əlindən geri baxmadan.
Vladimir
SOROÇKİN
Tərcümə edəni:
NURAFİZ
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral, S. 7.