Röya kimi məhəbbət
O axşam günəşin
batışı bir röya kimiydi
Ulduzların doğuşu bir röya.
Durnaların səmada qatarlanması
bir röya idi, sanki
Üfüqlərin həyalı gəlin kimi qızarması bir röya.
Və Ayın buludlar üzərində
mübhəm-mübhəm gülümsəməsi
bir röya idi, sanki.
Sərvboylu, ürkək maralgözlü
bir gənc
O gecə dənizdə çırıl-çılpaq röya kimi üzürdü
Dalğaların qucağında,
Ayın xəfif işığında
röya kimi süzürdü.
Yakamozlar
üsulca vücuduna toxunduqca
Gah sularda qərq olur,
Gah bir çüt göz od
saçırdı ləpələrin
xırçın qoynunda
Və mən sahil qayalığında bir əsrarəngiz röya içində
sırılsıklam aşiq
olurdum.
Amazonun daş ürəyi xəfifcə yuxalanırdı
qayaların sərt
lövhəsində.
Sonra dalğalar qolları üzərində o maralgözlü
gənci
Atəşlərdə qovrularaq gözləyən qollarıma
uzatdı
uzaqlaşdı getdi, çəkildi sahildən.
Röya
kimi bir məhəbbət yaşandı
o gecə qayaların
arasında
Röya
kimi bir məhəbbət...
Bir gün
Şəhərimiz böyük deyil
o qədər
Qəfil çıxacaqsan qarşıma
bir gün.
Küçələr səbirli deyil mən qədər,
Səni bitirəcək önümdə
bir gün.
Qəfil çıxacaqsan qarşıma
bir gün.
Hələ gözlərimdə həsrət
ölməmiş,
Hələ ürəyimdə sevgi
sönməmiş,
Hələ üzüm səndən
tamam dönməmiş
Əlbət yetər hökmüm
özümə bir gün,
Qəfil çıxacaqsan qarşıma
bir gün.
Qürurla duracam qarşında
sənin
Gözüm qaçmayacaq gözündən
sənin
Esib donmayacam buzundan sənin
Heyran qalacaqsan gücümə bir gün,
Qəfil çıxacaqsan qarşıma
bir gün.
Sarılsan, "dur" deməyəcəyəm
Get,
Dönmə,
dur,
sevmə məni.
Hələ əllərim əllərinə,
gözlərim gözlərinə
barmaqlarım tellərinə,
ruhum ruhuna
vücudum vücuduna
alışmamış,
sarılmamış, isinməmiş.
Hələ yaşaya bilərik
sən mənsiz,
mən sənsiz.
Hələ unuda bilərik,
söküb ata bilərik qəlbimizə düşən
"Gecikmiş eşq
toxumu"nu.
Cücərmədən, böyümədən,
kök salmadan dərinlərə.
Gəlmə,
get uzaqlara
sevmə məni.
Gəlsən, "gəlmə" deməyəcəm,
sevsən "yox"
deməyəcəm,
sarılsan, "dur"
deməyəcəm.
Gəncliyindən, gözəlliyindən,
şuxluğundan, saflığından,
vaz keçməyəcəm,
sənə "get" deməyəcəm.
Olur-olmaz
düşünmədən,
hüdud-sərhəd tanımadan
yasaq-tabu bilmədən,
səni çılğınca,
xırçınca,
doymazcasına,
ölürcəsinə sevmək
istəyəcəm.
Bu imkansız sevginin hər gününü,
hər anını səninlə
qorxusuz, ürküsüz,
sonsuz bir atəşlə,
ehtirasla yaşamaq istəyəcəm.
Hələ gec deyil,
Dur deyə bilərəm hələ,
özümə, sənə
gəlmə deyə
bilərəm.
Get,
çıx get uzaqlara,
dönmə
sevmə məni.
Heyhat, gəlsən,
"gəlmə" deməyəcəm.
sevsən "yox"
deməyəcəm,
sarılsan, "dur"
deməyəcəm...
Deməyəcəyəm,
Deyə bilməyəcəyəm.
Gəl eləysə!
Məzəmmət eləmə belə
Bilirəm, mən səni
sevməməliydim,
Sən özgə
qisməti, sən özgə payı.
Bilirəm, mən səni
sevməməliydim,
Sən özgə
taleyi, sən özgə baxtı.
Bilirdim qınaqdır səni sevməyim,
Bilirdim yasaqdır səni sevməyim,
Bilirdim,
əzabdır səni
sevməyim,
Bilirəm, mən səni sevməməliydim.
Məzəmmət eyləmə, bilirəm
özüm,
Böyükdür günahım, görürəm
özüm.
Zülmlə öldürmə, ölürəm
özüm,
Bilirəm, mən səni sevməməliydim.
Qadın olmaq istəyirəm
bir daha
Son dəfə nə
zaman qadın olmuşam?
Nə vaxt idi son dəfə yataq otağımda şam yandırdığım?
O ipək gecə libaslarım hardadır görən?
Son dəfə nə
zaman balıncımdan
başqasını qucaqlamışam?
Haçan idi o xoşbəxt
gecə
bir geniş sinəyə sarılıb
yeri-göyü unutduğum?
Sevdiyim bir erkəyin qollarında
dünyanın ən xoşbəxt qadınıtək
uyuduğum,
Qoxusuyla,
nəfəsiylə sabahı
birgə açdığım
Nə zaman idi?
Əsrlərmi, qərinələrmi keçdi üstündən,
Allahım, son dəfə nə zaman qadın olmuşdum?
Nə zaman qoxlanmış,
əzizlənmiş, sevilmişdim?
Deyirdim baharım
bitdi artıq.
Sevgi çəmənim
soldu.
Qadınlığım dondu,
Ömrümə sondu…
Hardan peyda oldun qəfil?
Əsrlərimi, qərinələrimi geri gətirib gəldin?
Baharımı payızın əllərindən
necə qoparıb götürüb gəldin?
Donum açılır, sanki
və həyata yenidən başlayıram.
İpək gecə libaslarımı
künc-bucaqdan
tapıb çıxarıram.
Aynada həsrət dolu gözlərimə
ümidlə baxa-baxa,
şamları yenidən
düzürəm yatağımın
başına.
Ah, görəsən, qadın
olacağammı bir daha?
Ümid
Özüm söyləməsəm də,
sevdiyimi duyursan.
Həsrətimi dilə gətirməsəm
də.
yandığımı görürsən.
Gözlərinə baxa-baxa
Dərdimə dərman deyib
Diri-diri öldüyümü bilirsən.
Vüsalına qovuşmağa bir
ümid ver,
Ümid,
sən!
Mil gəzirəm
gözlərimə çəkməyə
Mil gəzirəm gözlərimə
çəkməyə
Duya bilməyəsən
onun halını.
Üz-üzə gələndə, onu
görəndə,
Görə bilməyəsən göz
yaşlarını.
Mil gəzirəm gözlərimə
çəkməyə
Yoxsa artıq
onunla bacarmaq çətin.
Daha gücü qalmayıbdır
dözməyə,
Duyub duyulmamaq
çətindir, çətin.
Mil gəzirəm gözlərimə
çəkməyə
Yaralı quş çox yaşamaz onsuz da.
Yoluna baxmaqdan, hey ağlamaqdan,
Geci, tezi kor olacaq
onsuz da!
Mil gəzirəm gözlərimə
çəkməyə
Qoy çəkim
ki, yoxluğunu görməsin.
Qarşısından özgəsiylə keçirsən
Mil çəkim ki, keçdiyini bilməsin.
Nuridə ATƏŞİ
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 13.