Qaqaşım Şəm-Şəm
ki, mənə "Zeynəb şirin qızdı" - deyir...
Ay baba, nə
xəbərdi...
- Ay Şəm-Şəm, neyləyirsən,
Dərsini öyrənmisən?!
- Ay baba, nə xəbərdi,
Yeməyimi yeyirəm?!
- Həəə... nə oldu, ay bala,
Yəqin, yeyib doymusan?!
- Ay baba, nə xəbərdi,
Həzm
eləyirəm...
Zeynəb cığalçılıq
edir
Zeynəb
cığalçılıq edir,
Guya bizə
acıq edir.
Yeməyi
vaxtında yemir,
Yeməyən vaxtlarda yeyir.
Durmağın vaxtında durmur,
Durmayan vaxtlarda
durur.
Yatmağın vaxtında yatmır,
Yatmayan vaxtlarda
yatır.
Üstünü örtürsən - açır,
Üstünü açırsan - örtür.
Guya bizə acıq edir,
Zeynəb cığalçılıq edir.
Pinti maşın
Palçıq içindədi maşın,
Səhərəcən kirli yatıb, -
Ay baba, yazığım gəlir -
Gör necə
fikirli yatıb?!
Ay baba
- Ayılar qış yuxusuna gedib,
Biz də üşüyə-üşüyə
dərsə gedirik.
Belə də uşaqlıq olar?!
Fərari
Bizdə
də fərari var -
"Qarabağ tarixi"ndə
Dərsdən qaçır uşaqlar.
Çaqqallar
Ulaşır çöldə çaqqallar,
Evdə Zeynəbi qorxudur.
Çaqqalları qorxutmaqçun
Zeynəb
gah it şəkli çəkir,
Gah yazığı
gəlir - pozur.
Baba
- Qapını açıq
qoydun,
Külək hirsləndi, baba.
Elə çırpdı -
Diksindim.
Küçük
Hava elə qaraldı,
Qorxu düşdü
küçüyün canına.
Çevrilib baxdı
O yan-bu yanına,
Gördü yata bilməyəcək.
Nə fikirləşdisə,
Ayı potası
kimi bağırdı.
O dəqiqə kəndin itləri
Bir-birinə qarışdı.
Küçük gülümsəyib,
Başını qoydu pəncəsinin
üstünə:
- Çaqqal girə bilməz kəndə,
Rahat yataram mən də!
Ən ağır söz
- Bir kilo dəmir ağırdı,
Bir kilo pambıq?
- Dəmir!
Babam acıqlı baxdı üzümə:
- Səni dərsə aparıb-gətirəndə
Yandırdığım benzinə dəyməz!
- Cavabım?
- Savadın!
- Savadıma nə gəlib, ay baba?!
- Ağzında kilo deyirsən,
-
Kilonun kilodan nə fərqi?!
- Onda niyə bəs
"Ayaqqabım dəmir
kimi ağırdı?!
Pambıq
kimi yüngüldü
başım!".
Deyirsən?!
Zeynəb
Qaqaşım Şəm-Şəm ki, mənə
"Zeynəb şirin qızdı" - deyir,
Milçəklər eşidib gəlib,
O ki var məni
dişləyib,
Elə bilib yeməliyəm.
Kimi çox istəyirsən
- Ananı çox sevirsən?
Atanı çox sevirsən?
- Hamıdan çox deyirsən?
- Bəli.
- Müəlliməmi!
- Niyə müəlliməni,
Niyə bəs ananı yox?!
- Anamın saçı qısadı,
Əlləri də yepyekə!
Müəlliməmin uzundu saçı,
Əli də sığır ovcuma!
Ən böyük canlı
- Ən böyük
canlı hansıdır?
- Fil!
- Düz deyil.
- Kərgədan.
- Bu da bir yalan.
- Balina.
- Əsla!
- Olmadı ki!
- Su.
- Suuuuu?..
Bibim oğlu Muhamməd
Atası
oruc tutub, namaz qılandı,
Odur ki, ərəbcə qoyub adını -
Muuhamməəd.
Özü də hazırlaşır
Oruc tutub, namaz qılmağa.
Bizə
gələn kimi də
Soyunub, lüt
oturur.
- Neyləyirsən, Məhəmməd?
- Məhəmməd yox, Muuhamməəd!
- Neyləyirsən, Muuhamməəd...
- Paltarım bulansın, deyirsən?!
Şirniquş
Yeyib şirniquşunu,
Zeynəb ağladı birdən.
- Nə oldu, Zeynəb,
sənə,
Niyə ağlayırsan, hə?
- Ağzıma hirslənmişəm,
Yaman acgözdü ağzım!
Yedi şirniquşumu,
Yox oldu birdən yazıq!
Şəm-Şəm və Zeynəb
Atamın
bərkdi qucağı,
Babamın qucağı yumşaq.
Şəm-Şəm paxıllıq eləyir:
- Düş yerə ordan, ay uşaq!
- Niyə düşüm?
- Düş deyirəm!
- Düşüm, sən gəlib minəsən?!
Məktəbimiz
- Məktəbimiz yaman zəifdi, baba.
- Zəif nəyə deyirsən?
- Uşaqlar dərsdən qaçır.
Nə olsun
Nə olsun bacımdı Zeynəb,
Nə olsun çox istəyirəm!
Səhv
işini görən kimi
Üzünə deyirəm!
Baaa-baaa...
Göy guruldadı,
Zeynəb
bağırıb,
Üstümə qaçdı:
- Baaa-baaa...
İldırım
Yaxşı ki, evimiz var, ata,
İldırım başımıza
Düşərdi yoxsa!
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 23.