Baxdım
Aylı göylərə, Göylər çiçək
açıb, nə?
Salam
Yenə
ilk salam,
Kədərdən oldu.
Sevinc gəzirdim,
Gözlərim doldu.
Kədərlə mənim,
Haqq, salamım
var.
Nisgili sevib,
Oxşamağım var.
Çox
oldu qəmlə,
Yoldaş olduğum.
Onla dərdləşib,
Sirdaş olduğum.
Göz üstə tutdum,
Qəlbim ovutdum.
Vəfasız oldum,
Sevdim, unutdum.
Düşüncələr
Yağış yağır şıdırğı,
Tut ucundan göyə çıx.
İnad
edir taleyim,
İstəyirsən, göyə çıx!
Ətəkdən uzun əlim,
Yenə səcdənə gəldim.
Dikilibdir
ümidlə,
Yenə
"O"na gözlərim.
Dərdləşirəm yenə də,
Sənsiz, sənlə hələ də.
Yenə
dilimdə dua,
Yenə üzüm göylərə.
Külləmi oynayırsan
Mənə gülüm deyənim,
Gülləmi, oynayırsan?
Mən yanıb kül olmuşam
Külləmi, oynayırsan?
Bir gül idim, solmuşam,
Şaxta vurub, donmuşam.
Əl vursan, töküləcəm,
Paramparça olmuşam.
Külümə də od
vurub,
Yandırmaq istəyirsən?
Dəyişmədin donunu,
Sən əvvəldən
beləsən.
Nə sevgi var, nə istək.
Yadımdan çıxıb gülmək.
Kim dözər dərdə məntək,
Dərdləmi oynayırsan
Sona çatır deyəsən,
Bu dünyaya səfərim.
Çatacaq sənə nəsə...
Gileyim, lənətlərim.
Bu gecə
Bu gecə intizarın,
Yuxumu gözdən
aldı.
Baxışlarım dikildi.
Pəncərənizdə qaldı.
Baxdım
Aylı göylərə,
Göylər çiçək açıb,
nə?
Bir sifariş yolladım,
Ulduzlardan,
dedi, nə?
Yenə
gülümsəyir Ay,
Yada düşür,
ötən yay.
Yenə
ulduz axdı, ay...
Mən ölsəm, bir denən, vay!!
Bir Ay ömrü yaşadım mən
Bir Ay ömrü
yaşadım mən.
Bir üzü
şən, bir üzü qəm.
Yandım-yandım, illərlə mən.
İsinmədim, oduma mən.
Bu bir yönüm,
lap görünən.
Nələr görünməyən, bilsən...
Bir çay
ömrü yaşadım
mən.
Bulandım mən duruldum mən.
Axdım-axdım, sonum, hanı?
Deyəsən, lap yoruldum mən.
Su içdim, göz yaşı kimi,
Keçdi ömrüm bir su kimi.
Bir dağ ömrü yaşadım mən.
Dağ dözümlü,
əzəmətli.
Qəm geyindim dağa bənzər.
Baxan dedi, a bəxtəvər.
Görünürsən nə şahanə.
Donun nə gözəl, nə gözəl.
Bir yel ömrü yaşadım mən.
Sovruldum göyə samantək.
Küləyə bənzər yar sevdim.
Bu sevgiyə oldu
hədər.
Bumu yazı,
bumu qədər?
Qəmi verdin, dağlar qədər.
Bulaq ömrü
yaşadım mən.
Səssiz-səssiz axdım, yandım.
Kədərimi, nisgilimi, ələmimi,
Həsrət ilə sularına pıçıldadım.
Nələr çəkdi, nələr
başım?
Axar su oldu, sirdaşım.
Səhra ömrü yaşadım mən.
Yandı susuzluqdan bağrım.
Gah ürəyim vurmadı heç,
Handan-gendən, oldu
gec-gec.
Könlüm oldu qabar-qabar,
Qəlbim, qəmdən cadar-cadar.
Ağac ömrü yaşadım mən.
Görünüş, şahanə görkəm.
Yarpaqladım dərd əlindən.
Əyilmədim bir kəsə mən.
Ağzı dualı, şamantək.
Dayandım, üzü göyə mən.
Ay od, Ulduz pərvanə
Bir bəndə var göyün altda,
Gözləri göyə dikilib.
Yaxası
açılıb göyün,
Ulduzlar yerə
tökülüb.
Bu gecə göy
yanır, nə?
Ay od, Ulduz
pərvanə.
Ay söz verib dünən mənə,
Bu gün unudubmu,
nə?
Yuxum qaçıb gözümdən,
Ayla söhbət
edirəm.
Sevdiyim Aya dönüb,
Göyə çıxıb, görəsən?
Ay göz vurur, gülümsəyir.
Danışıram, o dinləyir.
Arxadan biri səsləyir;
Bu Ayda nə, görmüsən?
Yenə
Yığıb-yığışdırdım
ümidlərimi
aldım əlimə.
Gözümdəki sən adlı yaş
yuvarlanıb
töküldü üzərinə.
Hıçqırdı için-için
Qoşuldu
ürəyim də gözlərimə,
Kim dəymişdi, ürəyimə?
Bu ilk deyildi ki,
nə də son olacaqdı.
Sənsiz
qalmış gözlərim
hələ çox
dolacaqdı.
Milyonların içindən
səni görmək ümidiylə,
Eh...
hələ çox
boylanacaqdı.
Yenə
söz keçmir ürəyimə,
Yenə
divan tutmuşam könlümə.
Ağrı sayrışır dodağımda
gülüş yerinə.
Uşaq
könlü alan
kimi
pıçıldayıram ürəyimə,
Heç
nə umma,
Nə dünyadan,
nə ondan...
Yenə
yaman dolmuşam,
dil deyib ağlayıram
ölmüş ümidlərimə.
itmiş gülüşlərimə...
Bəzi şeylərim var
Bəzi
şeylərim var,
oxunmamış,
Məndən başqa
bir başqa əl
toxunmamış.
Sən haraylı, sən haylı,
Gözlərimin
sən adlı yaş payı.
Hamısı nisgil qoxulu,
kədər, qəm
dadında.
Vəsiyyət edəcəyəm,
məndən sonra versinlər sənə.
oxumaq istədiyin
günlüyümü,
Ömrümün sənə anlada
biləcək
hər anını, hər gününü...
məni anlatmaq üçün,
sənə tanıtmaq
üçün,
Vəsiyyət edəcəyəm,
məndən sonra versinlər sənə.
Ən çox sevdiyim yaylığımı,
Saçlarımı daradığım
darağımı,
Çox
yaraşır dediyin bir paltarımı,
Köhnə məktublarımı,
onlara hopmuş hıçqırıqlarımı,
Başıma səpdiyin güllərimi,
üstündə nisgillərmi,
Və bir də çox sevdiyin əkslərimi.
Vəsiyyət edəcəyəm,
məndən sonra versinlər sənə.
Qoru onları gözün kimi,
Verdiyimə peşman eyləmə.
İztirab, təlaş və kölgən
Yenə
sıxıntılar,
yenə həsrət və hicran
və sənsizlik qoxan dünyam.
Yenə
ayrılıqlar,
yenə qarşıda qaranlıqlar.
Hər qaranlığın
sonunda aydınlıq
var.
Yollar kimsəsiz, tənha,
Gözlərim ümidsiz göylərdə
Yenə iztirab, təlaş, kölgən önümdə.
Yalnızlıq qoxan dünyamda,
Xatırlamaq istəmədiyim,
Xətirələrə möhtacam.
Bir gün
Bir gün olacaq, bilirəm,
Ümidlərim çiçək açacaq...
Yuxularım çin olacaq!
Bir gün olacaq, bilirəm,
Könlüm xoşbəxt olacaq...
Dodaqlarım güləcək!
Bir gün olacaq, bilirəm,
Sıyrılıb çıxacağam qəmimdən...
Qırmızılar geyəcəm.
Bir gün olacaq, bilirəm,
Silkinəcəyəm qəmimdən...
Yazacağam ancaq sevincdən,
Bir gün olacaq, bilirəm,
Gözlərimə dinclik verəcəyəm,
Qəhərə "əlvida" deyəcəyəm.
Bir gün olacaq,
Bilirəm.
Bir gün
olacaq, bilmirəm...
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 25.