Tanrıya şükür, hələ də ateistəm

 

 İkinci Dünya müharibəsindən sonra öz ölkəsi İspaniyaya film çəkilişi üçün dəvət edilən, "Viridiana" filmilə ortalığı qarışdırıb yenidən ölkəni tərk edən Bunuelin burjua, faşizm, din mövzularına yenidən fərqli ampluada müraciət etməsi eyni zamanda bütün insanlığa: "Həqiqətənmi inanclarınız dəyərləriniz möhkəmdir?" - sualını ünvanlayıb kənara çəkilməsi bu günümüzdə tənqid olunan film yaratması onu dahi rejissor olaraq tanıtmağımıza imkan yaradır.

 

Kim idi Viridiana?

 

Bir monastırda rahibə olaraq təhsil alan bütün dəyərlərdən həyat gerçəkliyindən məhrum olan bu qızcığaz özünü tamamilə Tanrıya həsr etsə , heç gözləmədiyi bir anda həyat bütün acı çılpaqlığı ilə pərdələrini onun üzünə açır. Onu oxudan xalasının əri xalasının ölümündən sonra Viridiananı (Silvia Pinal) öz bağ evinə dəvət edir. Biz ilk bu səhnədə qızın cinsi istək ehtirasdan qorxduğunun şahidi oluruq ki, Viridiana bu təklifi rədd edir. Ancaq onun tək vəli-nemətini bu cür rədd etməsi digər rahibələrdə qəzəb oyadır. Əlacsız qızcığaz özü bilmədən dəyərlərini, inancını Tanrını birdəfəlik tərk edərək real həyata atılır.

 

Bu həyatda onu gözləyirdi?

 

Bunuel öz dəyərlər sistemində Tanrını rədd etsə , bu filmdə Viridiananın inancına saf Tanrı axtarışlarına rəğbətlə yanaşır. Bunuel bu filmilə, əslində, Tanrını yox, insanlığı müzakirə obyektinə çevirir.

 

"Biri, Tanrının bütün o parlaqlığı ilə var olduğunu sübut etsə belə, davranışlarımda tək bir dəyişiklik belə olmazdı" - deyən Bunuel qəhrəmanı Viridiana Tanrının bütün o parlaqlığına inansa da, həyatın özü ilə tanış olduqdan sonra acı reallıqların qarşısında inancını yenidən sorğulamalı olur. Çünki xalasının əri tərəfindən guya xalasına bənzədiyi üçün sevgi etirafı alması, rədd cavabından sonra ona edilən zorakılıq, evinə bütün günahlarını yumaq üçün topladığı dilənçi kasıbların bütün əxlaq pərdələrini qaldırıb ona xəyanət etmələri, Viridianada "Tanrının ədaləti həqiqətən varmı? İsanı məhv edən həmin bu cəmiyyət mərhəmətə layiqdirmi?" - sualları ilə baş-başa qoyur.

 

Xalasının ərinə (Fernando Rey) qarşı özünü qoruma mövqeyində olan qızcığaz, ona rədd cavabından sonra intihar edən kişinin xəbərini eşidərək bağ evinə geri dönür. Ona ən çirkin yolla sahib olmağa çalışan bu insanın intiharı qarşısında özünü günahkar hiss etməsi onun da bir İsa olduğuna dəlalət etmirmi?

 

"Küllər peşmanlığın ölümün rəmzidir. Peşmanlıq rahibə olacaq sənin üçün, ölüm mənim üçün olsun. Yaşlı adam mənəm".

 

Təmiz bir həyat üçün çırpınan saf qızcığazın əlində sadəcə peşmançılığın qalması son səhnədə yaşlı adamın ögey oğlu ilə qumar masasına əyləşməsi kimin məğlub olduğunu göstərirdi, sizcə? İnsanlığın yaxşılıq instinktinimi? Tanrınınmı? Yoxsa bu tale qarşısında aciz qalanlarınmı? Bir milçəyin hörümçək toruna düşərək çırpınması qurtulsa belə, şüşəyə dəyib pəncərə arxasındakı həyata qayıda bilməməsi sonda ölümü taleyin bir parçası deyilmi? Sevgisindən gözü kor olmuş rahibin gözəl göyərçin Esmeraldanı ölümə yollaması Viridiananın da insanlığın vəhşi ehtirasının qurbanı olması Hüqoyla Bunueli eyni ortaq məxrəcdə birləşdirmirmi?

 

Bəs nəyə görə ilk əvvəllər sözdə kilsəyə rahibə Viridianaya dərin minnətdar olan çəkinən dilənçilər "Sonuncu axşam yeməyindən" sonra bütün əxlaq çərçivəsindən azad olub evin köhnə sahibinin ölmüş arvadının gəlinliyini yerdə sürüyərək təhqir edir, onlara açılan evi talan edərək, onlara şərəfli həyat bəxş edən Viridianaya təcavüzə belə cəhd edirlər? İnsanoğlu həqiqətən dərində bu qədər şeytani hisslərəmi sahibdir? Yaşlı kişinin özünü asdığı iplə oyun oynayan qulluqçunun balaca qızla, təhqir olunmuş, inancları məhv edilmiş Viridiana obrazı ilə, talan edilmiş mənzil yaralı göyərçinin yolunmuş qanadlarıyla, masadakı ən bahalı şərabla Bunuel demək istəyirdi?

 

Son olaraq nəyə görə "Sonuncu axşam yeməyi" tablosu?

 

Da Vinçi bu tablonu çəkərkən bütün obrazlara model axtarıb tapması və sonda sadəcə iki nəfərə model tapa bilməyib İsaonun qatili hesab olunan İudayla eyni modeldən istifadə edərək fərqli iki obraz yaratması xilaskarla qatilin eyni bədəndə birləşməsi Bunuelə nə demişdir? Bəlkə Viridiana xilaskar İsa olmaqla bərabər, eyni zamanda öz yeganə sahibi - xalasının ərini və inancının da qatili İuda idi?

 

 

Akifə Abbas

Ədəbiyyat qəzeti.- 2020.- 15 fevral. S. 21.