Dünyanın düz
adamı
Fərqanə Mehdiyevanın şeirləri haqda
Somerset Moem deyirdi: "Ədəbiyyatın tacı
poeziyadır." Ədəbiyyatın
tacı olan poeziyanı oxuculara tanıdan, sevdirən şairlərdən biridir
Fərqanə Mehdiyeva...
Poeziyamızda öz üslubu, poetik tapıntıları, dəst-xətti
ilə seçilən
şairə... Fərqanə
Mehdiyeva deyiləndə
ilk yada düşən
"Siz məni qoymayın şair olmağa", "Təndir",
"Qızları qoymayın
şeir yazmağa,
"Hayana gedib anam" və başqa şeirlər olur.
Fərqanə Mehdiyeva öz
hiss və həyəcanlarını
poetik ovqatın uğurlu ifadəsi kimi oxucularına çatdırır. Şair
olmaq istəmədiyini
desə də, oxucuları onun şeirlərində istədiklərini
görə bilirlər:
Keçin qabağıma yolumu
tutun,
Bir az ərk
eləyib qolumu tutun.
Hərəniz bir yandan əlimi tutun,
Siz məni
qoymayın şair olmağa.
Niyə şair olmaq istəmir Fərqanə Mehdiyeva? Yaşantılarını, ağrılarını şeirə
çevirdiyi üçün
onun bu istəyini
oxucular yaxşı başa düşür:
Taleyin köçümə köçü
çatmadı,
İstədim "beş" alam, "üç"ü çatmadı.
Atamın,
anamın gücü çatmadı,
Siz məni
qoymayın şair olmağa.
Qadınlara xitabən yazdığı
"Qadınlar, sıxmayın
kişiləri siz"
şeirində o, həmcinslərinə
qayğı ilə yanaşır. O istəmir ki, qadınlar öz həyat yoldaşlarını incitsinlər,
onlara əziyyət versinlər. Və bu istəyini
poetik dillə oxucularına çatdırır.
"Qadınlar, sıxmayın
kişiləri siz"
şeirində o, həmcinslərinə
öz doğması kimi poetik dillə
məsləhət verir:
Siz elə bilməyin kefindən çıxıb,
Rahat baş qoyurlar elə balınca.
Səhərdən-axşama evindən çıxıb,
Düşürlər bir parça çörək dalınca.
Fərqanə Mehdiyeva yaşantılarını,
duyğularını, hiss və
həyəcanlarını misralara
köçürə bilən
xanımlardandır və
o, bunun necə çətin olduğunu izah etmək üçün qızların
şair olmasını
istəmir. Əslində,
onun bu çağırışı
da şeirə olan sevgisinin bariz göstəricisidir:
Xəyalı göylərdə yerini
yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.
"Bu uzun-uzadı ömür yolunda..."
Fərqanə Mehdiyevanın sevilən
şeirlərindən biri
də "Təndir"dir.
Bu şeir hamımızın
qəribə bir doğmalıq, sevgi hiss etdiyimiz, dadlı çörəkləri bizə
bəxş edən, analaramızın, nənələrimizin
əllərinin istisini
özündə saxlayan
təndirə həsr
olunub:
Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca
çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb
təndir.
Fərqanə Mehdiyeva "Təndir"
şeirində oxucunun
ürəyini tərpədən,
ruhunu dilə gətirən, kövrəldən
misralar yazır:
Qaçanda ağlayan uşaq
səsinə,
Əlindən birbəbir düşüb
kündələr.
Beləcə böyüdüb anam
bizləri,
Qəlbinin odunda bişib kündələr.
Ruzi-bərəkət rəmzidir təndir. Bu haqda çox yazılıb, çox deyilib. Təndir çörəyinin yerini nə verə bilər ki? Təndirə olan sevgisi, ana
məhəbbəti ilə
oxucunun ürəyini tərpədən digər
bəndə nəzər
yetirək:
Təndirin tüstüsü çıxanda
başdan,
Anam gözlərindən
su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.
Heç kimin önündə əyilməyən anasının
təndirə çatanda
min yol əyildiyini deyir Fərqanə xanım. Və anası ona yaxın getməyəndə təndirin
sinəsinin çat-çat
olduğunu bildirir... Şairə bir təndirdə qovrulan əllərin indi ehtiyacdan alışıb-yandığını deyir. O, un kisələrinin azalmasını istəmir:
Anam bölə bilər bir tikəsini,
Anam mərd
önündə dizin
qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın
günüdü, anamdan
qabaq
Həyətdə təndirin bağrı çatlayar.
Plutarx şəkil
çəkməyi səssiz
poeziyaya, poeziyanı isə danışan şəklə bənzədirdi. Bu sözləri F.Mehdiyevanın
şeirləri haqda da demək olar.
Çünki onun yaratdığı
poeziya danışan şəkildir.
"Payızın yanında..."
"Payızın yanında gözlərsən məni"
deyən Fərqanə
Mehdiyeva bu şeirdə təbiətə,
payıza sevgisini göstərir:
Qızılı əlindən tutub
payızın,
Küsəyən könlünə yatıb
payızın.
Başını söhbətə qatıb
payızın,
Payızın yanında gözlərsən
məni.
"Məni yağışda
saxla" şeirində
Fərqanə Mehdiyeva
təbiətin şairlər
tərəfindən çox
sevilən, elə payızı da təmsil edən yağışından danışır. Yağışın öz gözəlliyi var, əlbəttə.
Əksər şairlərin
sevimli mövzusu olan yağışa Fərqanə Mehdiyeva da biganə qalmayıb:
Üşüdü ki, bu ocaq,
Damlalar saçaq-saçaq.
İslanmışın yağışdan
Nə qorxusu olacaq,
Məni yağışda saxla.
Hər yerdə izi qalan ana...
Fərqanə Mehdiyevanın anasına
yazdığı "Hayana
gedib anam?" şeirində də onun şair kimi keçirdiyi hiss-həyəcanları, ana sevgisini hiss etmək mümkündür:
Qaranlıqda itənim
İşığa oxşayırdı.
Elə qocalmışdı ki,
Uşaga
oxşayırdı...
Anasının hayana getdiyini soruşmağa adam
qalmadığını deyir
şairə. Yeddi uşaq yellədən beşiyinin, kənd-kəsəyinin,
elinin belə qaldığını deyir
Fərqanə Mehdiyeva...
Ana, onu dindirəndə
"can" deyən adını,
dəli kimi sevdiyi ərini qoyub gedib...
Dözəmmir yoxluğuna
Həyət-baca aglayır.
Hər səhər dən səpdiyi
Toyuq-cücə ağlayır.
Doğum
gününün şeiri
Yaşadıqlarını poeziyaya çevirən F.Mehdiyevanın elə şeirləri var ki, o şeirlərin arxasından, sanki qayğısız, balaca Fərqanə oxucularına
baxır. El-obasına, yurd-yuvasına bağlı
olan Fərqanə xanım xatirələrindən
süzülən "19 fevralın
şeiri"ndə deyir:
Hansı
gün doğuldum elə
O dad hanı, o tam hanı?
Gəlişimə qurban kəsən
Anam hanı,
atam hanı?
Fevralın 19-da dünyaya göz
açan şairə
bu şeirlə sınıq oyuncağını,
yarpaqlarına söz yazdığı tut ağacını
axtarır... Və o, uşaqlıq dostlarını
da unutmur:
Ürəyimdə bir sirr qalıb,
Qoy çağırım
yarım gəlsin.
Çilingağac oynadığım
Uşaqlıq dostlarım gəlsin.
Söz adamı
Fərqanə Mehdiyeva söz adamıdır. Hər misrası, sözü,
yazısı ilə bunu sübut edir. Şairlər sözlə ehtiyatla
davranırlar. Yazdıqları misralara görə cavabdeh olduqlarını bilirlər. Sözün qarğışından qorxanlar da var. Misralara görə cavabdeh olmaq, sözün qarğışından
qorxmaq şairliyə işarədir. O da sözə qarşı həssasdır. "Bilirsən,
söz adamıyam"
şeirinə diqqət
yetirək:
Dünyanın düz adamıyam,
Tanrının öz adamıyam.
Bilirsən söz adamıyam,
Sən məni sözlə aldatma.
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.-
2020.- 15 fevral. S. 27.