Xocalıdakı körpə

 

Qarın  soyuqluğunda əridikcə

 

qırmızı hərarət.

 

Sakitləşirdi körpənin

 

balaca ürəyi...

 

Donan kiçicik barmaqlarını

 

son dəfə apardı isti nəfəsinə doğru.

 

Layla deyirdi ona buludlarda

 

əyləşən mələklər.

 

Gözlərini iricə açıb

 

mələklərəmi baxırdı

 

Xocalıdakı körpə?

 

Dodağının kənarında donan

 

gülüşlərdən danışın mənə...

 

Görəsən, son dəfə onu belə

 

gülümsədən idi?

 

Nəyə, kimə gülürdü körpə?

 

Anasınımı xatırlamışdı?

 

Bəlkə , onu yanına aparmaq üçün elə Tanrı özü gəlmişdi...

 

 

NARGİS

Ədəbiyyat qəzeti.- 2020.- 22 fevral. S. 2.