Balalarımız üçün...
Tər çiçəkdən, tər güldən
Bal al, arım, bal al, arım
Baldan yeyib bala dönsün
Balalarım, balalarım.
Yanıltmaclar
***
Dəmir dəmirə dəymir,
Dəmiri dəmir əymir.
Əmir dəmirə dəyir,
Dəmiri Əmir əyir.
***
Vurhavurdu, durhadur
Durhadurdu, vurhavur.
A qurbağa, sakit ol,
Nə salmısan qurhaqur.
***
Gör nə gözəl
güllərdi,
Gülü dərən Gülərdi.
Gül çiçəklər gülləri
Görən kimi gülərdi
Gül becərən bu
əllər -
Elə bil ki, güllərdi
Mən baxıram, elə
bil -
Bu əl deyil - bu ləldi.
Göz
Bizim bu dünyaya
Vurğun gözümüz
Qulaq as, qoy deyim
gör nə üçünmüş;
-
Bizim gözümüzə
işıq bəxş edən
Vətən torpağını
Görmək üçünmüş.
***
Bir
vətənimiz var.
Gör necə qəribə
Yaranmışıq biz:
Bir
vətənimiz var,
bir
ürəyimiz.
Bu
qız gəlib şəhərdən
Bu
qız gəlib şəhərdən -
Armud yığır çəpərdən.
Oğrun-oğrun bir oğlan -
Ona baxır səhərdən
Oğlan ona gül verir
Sevən bir könül
verir,
Qız götürür gülləri
-
Gül kimidir əlləri
Saçları upuzundu,
Uzundu, lap uzundu.
Sünbül kimi hörülüb
-
Gözəl işlər görülüb
Oğlan gəlir yaxına
-
Bir
cürətə baxın,
a...
Bir
qırmızı çiçəyi
Qızın saçına taxır...
Baxır, gözünə baxır...
Sığallayıb telini -
Qız uzadır əlini...
- Salam, adım Fidandı,
- Xoşdur sənlə tanışlıq...
Sanki çoxdan tanışıq...
Mənim adım Qurbandı,
Bu kənd sənə qurbandı...
Fidan
Fidan mahnı oxuyur
Evdə, çöldə hər
yanda
Nəğmədən əl çəkməyir
Bu gözəl qız bir an
da.
Nəğmələri şirindi,
Sözləri çox dərindi...
Nəğməsində dağlar var,
Çəmənlər var, bağlar var,
Qurularla oğlaqlar,
Bu nəğmədə
oynaqlar.
Nəğmədə var at səsi
Atların kişnəməsi.
Açıb-solan çiçəklər
Əsən qəfil küləklər.
Şıllaq atan qurular,
Çiçəklənən arzular.
Oxu,
oxu, a Fidan
Nəğmə olsun qoy hər yan.
Sevgi
Ana sevgisi,
Ata sevgisi
Nənə sevgisi
Baba sevgisi...
Çiçək sevgisi -
Çəmən sevgisi.
Hamısından xoş
Vətən sevgisi.
Qar
Gör necə yağıbdı,
Gizlincə yağıbdı.
Günəşdən qorxubdu,
Qar
necə yağıbdı...
Buz
bulaq
Bu buz bulaq
gör nədi -
Əlim dəydi -
göynədi.
Qadan alım
- Qadan alım,
qadan alım,
Donu
sənə nədən
alım?
- Mənə donu çiçəkdən
al,
Mənə donu ləçəkdən
al
Donun olsun gül-çiçəklər
-
Üstə qonsun kəpənəklər...
Layla
Anası layla çalır:
- Şirin balam, yat balam.
Qızıl beşik içində,
Şirin yuxu tap, balam.
Leylaya bax Leylaya
Yuxu
getmir gözünə.
Oxuyur öz-özünə.
Layla yuxudan şirin -
Qulaq asır laylaya.
Külək
Bacım deyir ki,
Külək üşüyür -
Qızınmaq üçün
Qapını döyür.
Onu
otağa
Buraxsaq əgər -
Özü qızınar -
Bizi
üşüdər.
Məmməd NAMAZ
Ədəbiyyat qəzeti.-2020.-22 fevral.-
S.30