Kamran Əliyevin 10 cildlik əsərlərinin
çapı başa çatdı
AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi Kamran Əliyevin 10 cildlik əsərlərinin
son üç cildi nəşr edildi.
Əsərlərin VIII cildi "Dərs vəsaiti” adlanır. Cildin elmi redaktoru
və ön sözün müəllifi
akademik Nizami Cəfərov, tərtib edəni filologiya üzrə fəlsəfə
doktoru Gülnar Osmanovadır. Bu cild Azərbaycan dili və Ədəbiyyat
üzrə dərs vəsaitlərini əhatə
edir. Cildin sonunda əvvəlki cildlərə düşməyən
"Orfoqrafiyanın qızıl
qaydası”, "Nəsimi
və mif”, "Maqsud Şeyxzadə və romantik bədii düşüncə”
kimi məqalələr
də daxil edilmişdir.
Əsərlərin IX cildi
"Rəylər, müsahibələr”
adlanır. Cildin elmi redaktoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov,
tərtib edənləri
filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədova,
Gülnar İsmayılova
və Nigar İmaməliyevadır. Bu
cildə müəllifin
rəsmi opponent olduğu dissertasiyalara aid rəyləri, mətbuat orqanlarında, Azərbaycan televiziyasının
"Mühazirə”, "Ovqat”,
"Zaman və məkan”, "Səhər”
verilişlərindəki müsahibələri
daxil edilmişdir. Eyni zamanda əvvəlki
cildlərə əlavə
kimi Vəli Məhəmməd Xoca Oğuznaməsi, "Danabaş
kəndinin poetaikası”
haqında olan tədqiqatlar və digər məqaqlələr
də burada yer almışdır.
Əsərlərin X cildi
"Bədii əsərlər,
publisistika” adlanır.
Cildin redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova, tərtib edənləri tarix üzrə fəlsəfə doktoru Orxan Əliyev və cərrah-ginekoloq Aytəkin Allahverdiyevadır.
Buraya müəllifin şeirləri, hekayələri,
povestləri, publisistik əsərləri,
"Sədərək döyüşləri”
adlı kitabı və məktəb illərində yazdığı
ilk məqalələri
daxil edilmişdir.
Bütün cildlərin
sonunda adlar göstəricisi və şəkillər verilmişdir.
Ədəbiyyat qəzeti.-2020.- 22 fevral.
S.32