Sürünür
baxışlarda həsrətlər dizin-dizin
Payız qadın...
Ehh... Payız
qadın
Arzuların töküldü
gözlərindən
xəzan yarpaqları
kimi...
Duyğuların qucaqladı
səssizliyin qəlbini...
Sarıldığın zülmətin
boğuldun qaranlığında...
Ünvansızlığında can
verdi ruhun...
Leysan yağışlarına
tuş gəldi
ömrün...
Görəsən, nə vaxtsa
son bir kədərlə
sona
çatacaqmı
bu
bədbəxtlik yuxun...
Hər gün intihar etdi ümidlərin
gələcəyin boynundan
asdı acı gerçəklərini...
Hansı bir dayanacaqda itirdin
üzərində gənclik nəfəsi
qalmış
arzularını, istəklərini...
Nədən sevgiyə qurban
verdin
Azadlığının bakirəliyini...
İndi isə get...
Get... Payız qadın...
Sarıl özündən də
böyük
payızın boynuna...
Qucaqla ömründən tökülən
acı illərin xəzanını...
Əlini son dəfə
apar
qulağının dibinə...
Söylə taleyinin
sonuncu azanını...
Natamam gənclik
Yarım qalmış ümidlər,
bələnib kədərinə,
Bilsən necə can verir,
Tanrının dizlərində.
Sürüyərək çəkmişəm, xoş günlərdən
əlimi,
Ağlamaqdan taqət yox, ölümün gözlərində.
Bir
öpüş xoşbəxtliyə,
ac gəzir bədbəxt
ruhum,
Sinəsində cəm olub, özü boyda kədəri.
Söyləyirəm qələmim,
yazmaqdan yorulmadın?
Bu natamam gəncliyi, bu natamam qədəri.
Yuxu
tutur yolları, gecikir görüşümüz,
Sürünür baxışlarda həsrətlər
dizin-dizin.
Buz
tutmuş dodaqlarda o isti öpüşümüz,
Gəl də sil ürəyimdən kimsəsizliyin
izin.
Batırma söz günəşim,
işıq saçsın
dünyaya,
Ümidsiz sevgilərin sabahına
pay olsun.
Əzizlə söz bətnimdə,
eşq dolu misraları,
Qaranlıq məhəbbətin zülmətinə
Ay olsun.
Güclü qadın
Darıxır boğazımda sənsiz
deyinən sözlər,
Can atır özlərini göstərib,
nəql etməyə.
Hələ ki önümüzdə
bir əsrlik ömür var,
Hələ ki bir ömürlük yolumuz var getməyə.
Nə yalanlar gömmüşəm
taleyin məzarına,
Neçə yolda yıxılıb,
neçəsində qalxmışam.
Yıxılanda torpağa qarışıb
ümidlərim,
Cücərmiş ümidlərin çələngini
taxmışam.
Zəif bilmə sən məni, mən ki, güclü
qadınam,
Kəsə bilməz önümü
uçurumlar, dərələr.
Qələmimi heç nəyə
qurban etmərəm, şair,
Lap önümə dünyanın naz-nemətin
sərələr.
Çağırır məni
Ruhum asılıb göydən,
Ölüm çağırır məni.
Haqqın yolunu kəsən,
Zülüm çağırır məni.
Qəmin gölündə batan,
Dərdinə dərdi qatan,
Ana bətnində yatan,
Dölüm çağırır məni.
Qədərə pərçim olan,
Qönçəsin erkən yolan,
Açılmamışkən solan,
Gülüm çağırır məni.
Taleyinə qor olan,
Yanıb, yanıb, qovrulan,
Yanmış bəxtdən sovrulan,
Külüm çağırır məni.
Payız qəlbim
Yarpaq tökümünü yaşayır qəlbim,
Bir-bir düşür sevdiklərim
gözümdən.
Ən ağrılı dərd
bu olar, yəqin ki,
İnsan küssə, nifrət
etsə özündən.
Bütün dünya göz
yaşında boğular,
Həyat qurar hər ümidə min tələ.
Hər gələn il ötən yaşdan soruşar,
Ölməmisən, yaşayırsan sən
hələ?!
Həyat zindan, ömür
qısa, gün hədər.
Yuxu-yuxu gəzdim ölüm
qoynunu.
Söz qılıncım itilənsin
bir qədər,
Vuracağam bədbəxtliyin boynunu.
Ünvansızlaşıram
Yuxu
axır gözlərimdən,
Ömrümə zülmət toxuyur.
Xoşbəxtliyin itib iyi,
Daha
bədbəxtlik qoxuyur.
Ruhum gəzir yolun üstdə,
Qırammıram qanadını.
Hey çırpınır
son nəfəsdə,
Bərpa edir dayağını.
Xəyalına kölgə salan,
Kirpiyimdən də bezmişəm.
Sorağınla bu dünyanı,
Qlobus üstdə gəzmişəm.
Axtarıram yeri, göyü,
Hardasan ömrün çırağı.
Zülmətlərdə boğulduqca,
Ünvansızlaşıram axı.
Qəmər Sözay
Ədəbiyyat qəzeti.- 2020.- 29
fevral.- S.29.