Əbədi hikmət axtarıcısı
"Fikrən səyahət elədiyim bir yerdə kökü İlahi Həqiqətdə olan fəlsəfəyə tuş
gəldimsə, özümü
orada evdəki kimi hiss etdim... İlahi olan hara varsa, ora
mənəvi yurdumdur".
S.H.Nasr
Prof. Seyyid Hüseyn Nasr (1933,
Tehran) - müasir dövrün
nəhəng zəka sahiblərindən biri, İslam aləminin bənzərsiz intellektualı,
İslam fəlsəfəsi,
irfan və elm tarixinin böyük bilicisi, həm Şərqdə, həm Qərbdə eyni dərəcədə tanınan
mütəfəkkir, çağdaş
İslam dünyasının
"haqq bağıran
səsi"... Qərbin modernist düşüncə tərzini
ən çox və ən kəskin tənqidə məruz qoyanların ön sıralarındadır.
Gözəlliyi daim Həqiqətin ayrılmaz
parçası bilibdir...
Hansı cəmiyyətin
öz Hüseyn Nasrı var, doğrudan bəxtiyardır...
Adı ənənəçiliyin
ən ünlü simalarıyla bir yerdə ehtiramla çəkilir. Elm və islam, ənənə
və modernlik mövzularında silsilə
əsərləriylə İslam
düşüncəsinin yenidən
qavranılmasına misilsiz
töhfələr veribdir.
"İslam sənəti
və mənəviyyatı",
"İslam: ideallar və gerçəklər",
"İslamın qəlbi",
"İslam və
elm", "Qərb fəlsəfələri
və islam", "Təbiət nizamı və din", "Modern dünyada
ənənəvi islam",
"İslam kosmoloji təlimlərinə giriş",
"Molla Sədra və ilahi hikmət",
"Yol şeirləri"
"Təsəvvüfi məqalələr",
"Əbədi hikmət
ardınca" və
b. adda 40-dan çox kitabın, yüzlərlə
məqalənin müəllifidir.
İnsanın Allaha yaxınlaşdıqca
azad ola biləcəyini dilə gətirən Nasrın fikrincə, ənənənin
əsrlər boyu qəlbində yaşatdığı
"hikmət" modern insan
üçün tam mənada
bir "itik"dir. İnsan oğlu Allah'ın ona verdiyi əmanətə xəyanət edib, sahib olduğu elmi biliyi Rəbbinin rizasına uyğun istifadə yerinə, təbiəti istismara sərf eləmişdir... Müasir dünyadakı bütün sosial və ekoloji böhranlar Qərb elmlərinin sırf dünyəvi (sekulyar) xarakteri üzündəndir;
Modern dünyanın güclü
cazibəsinə müqavimət
göstərə bilmək
olduqca çətindir,
çünki bu yaşam tərzi nəfsin ehtiras və üsyankar ünsürlərinə xitab
etməkdədir; Dünyadakı
bütün ekoloji böhranların altında
mənəvi böhranlar
yatır... Müasir sivilizasiya Renessansdan bu yana Qərbdə gəlişdiyi
şəkliylə uğursuzluğa
düçar olmuş
bir sınaqdır... Renessansla birlikdə, Avropa insanı iman çağı cənnətini itiribdir... Modernist dünyagörüşü
də bəşəriyyətin
on min illər ərzində
topladığı təcrübəyə
və insan-təbiət
münasibətlərinin başlıca
prinsiplərinə ziddir.
İslamiyyətin insanı xoşbəxtliyə
aparan əsl qaynaq olduğunu ifadə edərkən Nasr
onu da vurğulayır
ki, "İslamiyyət
modernizmə qoşulmamış
və bir ateistlər ordusu ortaya qoymamışdır"...
Nasr dünyanı modernizm adı altında sel kimi önünə
qatmış sekulyar dəyərlərə qarşı
ənənənin zəngin
düşüncə xəzinələrinə
aparan bütün yolları göstərir...
Cəlal BƏYDİLİ
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.7.