Əbədi hikmət axtarıcısı...
NASR deyir ki...
Düşünən kəs üçün gözəllik
Əbədi Olana açılan bir qapıdır...
***
Allah Öz Gözəlliyini
seyr etmək üçün Kainatı
yaratmışdır.
***
Dəyişməz olan Tanrı eyni zamanda dəyişən
hər şeyin qaynağıdır...
***
İnsan təbiətdəki ahəngi
və gözəlliyi
öz zəifliyinin fərqinə vararaq Yaradıcının Hikməti
qarşısında boyun
əyməklə kəşf
edə bilər.
***
Bütün mövcudat Allahın Rəhman adından nəşət etmiş, bütün surələr
də yenə bu adla başlamışdır. Bu adlar Allahın rəhmətiylə əlaqəlidir.
***
...Bilginin ən üstün dərəcəsi
Allahı idrakdır. Allahı dərkin isə imandan başqa yolu yoxdu, mümkün
də deyil. O üzdən imanın qüvvətləndirilməsi önəmlidir.
Bu isə Allah qorxusu insanın içinə sindirilmədikcə
qeyri-mümkündür.
***
Qəlblərimiz Allahı zikr etməklə aydınlanır. O-nu zikr etdiyimiz zaman O da bizi
zikr edər. İslam Allahı zikretmə elmidir. İslam Allahı bilmək
elmidir. Ən böyük günah
Allahı bilməmək,
O-ndan qəflət, yəni O-nu unutmaqdır.
***
İnsan ancaq Allahın işığında özünü
bilə bilər.
***
Qəlb gözü ki bircə dəfə örtüldü, daha insan haqda əsl
bilgiyə yetmək mümkün deyil.
***
Quran kimi müqəddəs
kitablar insan ruhunun tarixiylə doludur.
***
Allah ilə barışıq olmadığı müddətcə
insan özüylə
barışıq ola bilməz və özüylə barışıq olmadığı
müddətcə də
təbiətlə barışıq
ola bilməz.
***
İnsanın təbiətə hökm etmək haqqına sahib olması ilahi surətdə yaradılmış
olmağından qaynaqlanmaqdadır.
***
Azad bir adam
üçün təbiətin
gözəlliklərini və
Allahın sonsuz elmini və ucalığını düşünməkdən
daha dəyərli heç nə ola bilməz...
***
İradəni Allaha təslim edə bilmək həyatın kədər
və müsibətlərini
belə şirin qalibiyyətə çevirir.
***
İslam sözü ərəbcə
həm təslimiyyət,
həm də barış anlamındadır. Bütün yaradılmışlar
bir mənada müsəlmandırlar, yəni
təbiətləri etibarilə
O'na təslim olmuşlar ve azad iradələri olmadığından üsyan
edə bilməzlər.
Quran vəhyi müstəvisində İslam
sözü yalnız Peyğəmbərin gətirdiyi
din anlamında, yaxud yaradılmışların Allaha
təslimiyyəti anlamında
işlənməyib, ümumən
hər hansı dini kontekstdə Allaha təslimiyyət anlamına gəlir.
Bu üzdən sami təktanrıçılığının
atası Həzrət
İbrahim Quranda müsəlman olaraq anılmışdır.
***
Kainat insanla danışır. Dinin özüylə eyni qaynaqdan gələn bir ayətdir kainat.
***
Müsəlmanlar sərhədləri Quran sədasıyla cızılmış
bir yerdə yaşarlar...
***
İslamın nə bahasına olur olsun qaçdığı
da məhz prometeyçi, yaxud mövcudat silsiləsini qırıb Tanrıdan və dünyadan asılı olmadığını
bəyan edən üsyankar insan düşüncəsidir.
***
Həm təbiət,
həm Quran Allahın
təcəllisinə və
O-na ibadətə işarət edir.
***
Təbiətlə barışıq olmağın
mənəvi nizamla barışıq olmağa
bağlı olduğunu
kimsə anlamaq istəmir...
***
Mömin insan Allahı Batin olaraq görür. Ruh dünyasına
büsbütün laqeyd
olan dünyəvi insanın isə gördüyü ancaq Zahirdir.
***
Müsəlman böyük şəhər
və qəsəbələr
abadlaşdırmış olsa
belə, özünü
qanun və ahənginə sayğı
duyduğu təbiətin
qoruyucusu bilmişdir.
***
Quranda vurğulanan
bir digər cəhət - Ağlın
göstəricisi olaraq
insan məntiqidir. Məntiq sağlam
və tarazlıqlı
olduğu zaman insanı təbii şəkildə Allahı
inkardan çox Tövhidə yönləndirir;
yalnız arzular onun tarazlığını
pozub görüş dairəsini məhdudlaşdıranda
yanılda bilər.
Yəni məntiq kənar güclər tərəfindən
əngəllənmədikcə insanı, modern anlamıyla,
insan məntiqini aşan hər şeyi rədd etməyə bərabər
rasionalizmə yuvarlatmaz,
əksinə, tövhidə
aparan bir vasitə olur.
***
Quranla
elm Quranın bu və ya digər
ayətini, çox keçmədən dəbdən
düşəcək hansı
isə elmi kəşflə çox da bəsit biçimdə
qarşılaşdırılaraq uzlaşdırıla bilməz!..
***
Tanrı işığını öz
içlərində görənlər
onun təbiət aləmində də əks etdiyini görürlər.
***
Yalnız məna göyündə bir ulduz olmağa
çalışmaqla insan
dünya ilə ahəng içində yaşaya bilər.
***
Əgər görmənin anlamını
cismani gözün gördüyünün fövqünə
çıxarsaq, görmək
- inanmaqdır.
***
İnsanlar bir milyon il öncə
də ölülərini
gömür və Gözəgörünməz Dünyaya
inanırdılar.
***
Modern insan heyrət
duyğusunu itirmiştir;
bu, müqəddəslik
duyğusunu itirmiş
olmağının nəticəsidir. Bu itki elə bir
həddədir ki, müasir insan ağlın sirrinin necə möcüzəvi
olduğundan xəbərsizdir.
***
Bu dünyada ifrat
rəqabət sürəkli
mücadiləyə, mənəviyyat
əskikliyi isə dərin sosial-mənəvi
yaralara yol açmışdır.
***
Əslində, XX əsrdən sonra dinin zorbalığın başlıca qaynağı
olduğu iddiasını
kimsə irəli sürməməlidir. Rusiyadan Almaniyaya qədər
on milyonlarla insan kommunizm, nasizm və faşizm tərəfindən öldürüldükdən
sonra bunu necə söyləmək
olar? Stalinin qətliamları, Amerikanın
Osaka ve Hirosima ilə Drezdeni bombalamağı, almanların
Polşadaki insanları
öldürmələri... Bütün bunların yanında din savaşları heç nədir.
***
Bu gün dünyanın yaşadığı iqtisadi
böhranın üzərini
azca qazısaq, mədəniyyətin mərkəzindəki
insan tipinəcən gedib çıxarıq...
Yaşadığımız ekoloji böhrandan
əxlaqi dəyərlərin
aşınmağına və
iqtisadi böhranlaracan
bütün sıxıntıların
qaynağı buradadır.
***
Gözəlliyin çirkinliyə, ahəngin
nizamsızlığa necə
hakim olduğunu görmək
üçün mizanı
insan əliylə pozulmamış təbiət
aləmini seyrə dalmaq yetər.
Seyyid Hüseyn Nasr
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.7.