Heç ağıllarına gəlməzdi...
Heç ağlıma
gəlməzdi...
1985-ci
ildir, Moskvadayam. Bir
il öncə SSRİ EA Şərqşünaslıq
İnstitutunun İsrail şöbəsinə ezam olunmuşam.
Burada fələstinlilərin "Fəth" təşkilatı
haqqında dissertasiya yazıram. Paralel
olaraq Moskva radiosunun ərəb verilişləri
redaksiyasında diktor işləyirəm, səsim hər
axşam efirdən ərəb ölkələrinə
yayılır.
Elmi işimə aid ədəbiyyat o qədər məhduddur
ki, həmkarlarımdan biri vəziyyətimin qibtə ediləsi
olmadığını deyir, kitabxanalarda vacib qaynaqlar,
ümumiyyətlə, yoxdursa dissertasiyanı necə
yazacağımı şübhə altına alır. Buranın elmi
mühiti də Bakıdakından xeyli fərqlidir. Əlbəttə, yaxşı mənada. Həm azad və yenilikçi elmi düşüncəyə
daha artıq dəyər verilir, həm də dissertasiyalara tələbkarlıq
çox yüksəkdir.
Ruhdan düşəsi halda deyiləm, sözün
açığı. Elmi ədəbiyyat sarıdan karıma o gəlir
ki, aspirant yataqxanasında ünsiyyətdə olduğum fələstinli
gənclər səmimi münasibətlərimizə görə
əllərinə düşən və yalnız özlərinin
xidməti istifadəsi üçün nəzərdə
tutulan gizli-açıq nə material varsa, səxavətlə
bir-bir gətirib mənə çatdırırlar. İşimin lap başlangıcında həmin o
qaynaqlarda Fələstin siyasilərinin ideoloji
görüşlərinin ciddi təhlilinə həsr etdiyim
irihəcmli bir məqalə yazıram və yazım institutun
"Vostok i Sovremennostğ" dərgisində dərc edilir,
Moskvanın Yaxın Şərq üzrə ixtisaslaşan
elmi-siyasi dairələrində xeyli maraqla
qarşılanır. Get-gedə ölkədə
vur-tut 3-4 fələstinşünasdan birinə çevrilməkdəyəm.
Bir gün institutda deyirlər yaxınlarda sovet hökumətinin
keçirəcəyi 12-ci Ümumdünya Gəncləri və
Tələbələrinin Beynəlxalq Festivalının
hazırlıq işlərində və özündə fəal
iştirak edə bilərəm, təklif edirlər Fələstin
nümayəndə heyətilə işləyim. Ölkə
paytaxtında ən müxtəlif, maraqlı tədbirlərlə
yüklü səkkiz günlük tarixi bir hadisədə
iştiraka, təbii ki, məmnuniyyətlə
razılaşıram.
Hadisənin
təntənəsini əks etdirən tədbirlərdən bəzilərini
qeyd edim: festivalın məşəlini Kreml divarı ətrafındakı
Məchul Əsgər Məzarının əbədi alovundan əfsanəvi
hərbi pilot İvan Kojedub yandırır, məşəli
oradan bir əmək qəhrəmanı fəhlə ilə ilk
kosmonavtın qızı Qalina Qaqarina Lujniki stadionunadək gətirib
çıxarır; saysız-hesabsız görüşlər,
seminarlar, diskussiyalar, dəyirmi masalar, mitinqlər, peşəkar
bədii kollektivlərin iştirakı ilə konsert
proqramları, kütləvi gəzintilər, idman oyunları;
Yer ətrafında dövrə vuran "Soyuz T-13" kosmik gəmisindəki
kosmonavtlar V.Canıbekov və V.Savvinuxla kosmonavtika muzeyindən
birbaşa efirə gedən tele-körpü; A.Karpov və digər
şahmatçıların min sayda şahmat taxtası üzərində
eyni vaxtda seans oyunu; məşhur Daniya rəssamı Herluf
Bidstrup və sovet rəssamı Tahir Salahovun ustad dərsləri;
xeyli sayda unutduğum sairlər və ilaxirələr. Festival ərəfəsində
müvafiq poçt markaları, 1 rubl dəyərində xatirə
dəmir pul vahidi buraxılmış, dövlət
lotereyasının xüsusi tirajı oynanılmış, yeddi
min adda süvenirlər istehsal edilmiş, Moskva küçələrində
500-ədək rəngkarlıq panoları, bir o qədər də
şüarlar və çağırışları əks
etdirən iri mətnlər yerləşdirilmişdi.
Və
bütün bu sadaladıqlarıma dövlət tərəfindən
məsul tutulan Təşkilat Komitəsinə rəhbərlik
SSRİ Nazirlər Kabinetinin müvafiq qərarına əsasən
rəsmən Kabinet Sədrinin 1-ci müavini, Siyasi Büro
üzvü Heydər Əliyevin öhdəsində idi. Bu faktın özü Moskvadakı azərbaycanlılarda
fəxarət duyğusunu yaratmamış deyildi. Şübhəsiz ki, sovet rəhbərliyinə yenicə
gəlmiş M.Qorbaçovla xoş olmayan münasibətlərinə
baxmayaraq nəhəng təşkilati işə rəhbərliyin
ona tapşırılması tutduğu vəzifə öhdəliyindən
əlavə, şəksiz, təşkilatçılıq
bacarığının nəzərə alınmasından irəli
gəlirdi.
Qəribədir, indi internetdə həmin hadisəyə
aid heç bir axtarış resursunda bu yoxdur. Hazırda Rusiyanın
internet qaynaqlarında belə bir faktın da üzərindən
keçirlər ki, bir il sonra, yəni
1986-cı ildə Kommunist Partiyasının 27-ci qurultayında
MK-nın siyasi məruzəsinin hazırlanmasında
H.Əliyevin rolu olub, həmin məruzə ətrafında
Kremldə dünya jurnalistləri ilə böyük bir mətbuat
konfransını məhz o keçirib. Bu
sonuncuya televiziya vasitəsilə özüm şahidlik
etmişəm. Onsuz da çat verməkdə,
çökməkdə olan sovet sisteminin siyasi məruzədə
əksini tapan "bəraətlərini" Qərb jurnalistləri
qarşısında müdafiə etmək xüsusi siyasi
bacarıq tələb edirdi. Görünür, Siyasi Büroda
bu işin öhdəsindən gələ biləcək
başqa birisi yox idi ki, məhz onu qabağa vermişdilər...
Fələstinlilərlə münasibətim elə ilk
anlardan tutur. Necə də tutmasın? Ara-sıra
söhbətlərimizdə özlərinə aid və bilmədikləri
elə ayrıntılara toxunuram ki, məəttəl
qalırlar. Söhbətlərimizdə bəzən
onların məşhur şairi Mahmud Dərvişdən sitat
gətirdiyim sətirlərlə də ürəklərini,
necə deyərlər, fəth etmişəm. Bir gun
Dövlət Təhlükəsizliyi Komitəsinin (keqebe
dediyimiz məlum idarə) gənc bir əməkdaşı
yaxınlaşıb mehribanlıqla özünü təqdim
edir, sonra da:
- Estğ
k vam prosğba, dumaö vı pomojete nam
vıpolnitğ odnu zadaçu, - deyir.
-
Pojaluysta, ne problema.
- Nam postupila
informaüiə o tom, çto sredi palestinüev, s kotorımi vı rabotaete i obhaetesğ, estğ dvoe aqentov
siriyskoy razvedki. K sojaleniö, informaüiey ob ix
liçnosti poka ne raspolaqaem. Smojete li vı
vıçislitğ kto oni?
Gülə-gülə
soruşuram:
- Vam gto
sroçno nujno? Çerez ças? Çerez dva? K veçeru, ili
na zavtra?
Elə bilir zarafat edirəm. Sanıram dediklərimi o qədər
də ciddiyə almır:
- Nu
smotrite, budem blaqodarnı, esli nam soobhite çto-nibudğ
poleznoe.
Ondan aralanıb yaxınlaşıram fələstinlilərdən
o şəxsə ki, səmimiyyətinə tam arxayınam. Çəkinmədən,
hansısa mövzudan dolayısı ilə keçid-filan etmədən
birbaşa mətləbin üstünə gəlib soruşuram
aralarında donosbazlıq edənlər varmı. Təsdiq edir. Sonra kimləri nəzərdə
tutduğunu açıqlayır və əli ilə bizdən
kənarda dayanıb başqaları ilə söhbətləşən
iki nəfəri nişan verir. Suriyaya işlədiklərini də özü
açıb deyir. Söhbətimizin səmtini
dəyişirəm ki, birdən soruşub-eləyər bu məlumat
nəyimə lazımdır.
Qayıdıram o gənc "keqebeşnik"in
yanına, maraqlandıqları adamların adlarını
çəkirəm. Gözləri çıxıb kəlləsinə:
- Vot vı, blin, daete! Spasibo oqromnoe.
Ertəsi gün yenə rəngarəng tədbirlərdən
başımız açılmır. Axşam tərəfidir,
bizə ayrılmış mehmanxanaya qayıdıram, əlimdə
də bir qızıl gül. Hansısa tədbirdə,
hansısa münasibətlə iştirakçıların hər
birinə, o cümlədən mənə verilən bu
qızıl güllə dairə vuran geniş qapıdan
içəri girirəm. Hər gün
arasıra qarşılaşıb salamlaşdığım
bir qızla üz-üzə gəlirəm. Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun
tələbəsidir, Avropa ölkələrindən gəlmiş
bir heyətlə tərcüməçi qismində
çalışır. Heç nə
düşünmədən əlimdəki gülü ona
uzadıram.
- Oy,
spasibo, kak gto milo s vaşey storonı, - nəzakətlə
deyir.
Gözlərindəki parıltıdan mənə elə
gəlir ani də olsa onu xoşbəxt etmişəm və bu
fikirdən məmnun-məmnun yollanıram otağıma.
Növbəti gün nahar fasiləsində yenə
üz-üzə gəlirik. Amma bu dəfə hiss edirəm təsadüfən
yox. Deyəsən məni arayıbmış.
Hal-əhvallaşırıq.
Soruşur:
- Vı
löbite teatr?
- Kak mojno
ne löbitğ teatr?.. A s çeqo gto vı vdruq stali rasspraşivatğ pro moe
otnoşenie k teatru? - mən də öz aləmimdə,
indiki gənclərin diliylə desəm, guya flirt etməyimdən
qalmıram.
- Seqodnə
veçerom sobiraösğ idti v teatr Ermolovoy. U
menə lişniy bilet. Ne sostavili bı vı
mne kompaniö?
- S
bolğşim udovolğstviem.
Axşam üz tuturuq həmin teatra. Doğrusu,
indi hansı tamaşaya baxığımızı tamamilə
unutmuşam. Yadımda qalan pərdələrarası
fasilədə foyedə həmin o nəzakətli, kübar
davranışlı rus qızı ilə söhbətimdən
bir parçadır:
- Vı
znaete, vçera ə doma rasskazala mame o vas, pokazala ey rozu,
kotoruö vı kak bı nevznaçay, no
s poklonom vruçili mne.
Predstavləete kak mama obradovalasğ. Spasibo za radostğ, çto
vı podarili naşey semğe.
Öz-özümə düşünürəm, yaman
yerdə axşamlamışam, deyəsən.
Davam edir:
- İ papa moy oçenğ vısokoqo mneniə o vas.
- Ne ponəl,
doroqaə. Razve on znaet menə?
- On
sprosil menə pro vas, ə rasskazala kto vı
i nazvala vaşe imə i familiö. Dalee on po
telefonu s kem-to pereqovoril. A posle mne qovorit,
çto tvoy molodoy znakomıy oçenğ talantlivıy i porədoçnıy
parenğ.
- Prostite,
a kto vaş papa?
- Rabotaet
v KQB, qeneral.
- Razve?
- Da, a
çto?
- Net,
prosto vspomnil, çto pozavçera ə pomoq odnomu sotrudniku
ixney slujbı.
Tamaşa
bitəndən sonra general qızını taksi ilə evlərinə
ötürürəm...
Festival Lujniki stadionunda möhtəşəm atəşfəşanlıq
tədbiri ilə başa çatır. Ertəsi
gün xidmətlərimi xüsusi döş
nişanının təltifi ilə dəyərləndirirlər.
Fələstinliləri avtobuslarla aeroporta yola
salırıq.
Yolboyu hay-küylə mənə minnətdarlıqlarını
bildirirlər. Heyətin rəhbərlərindən
olan bir gənc fələstinli xanım oturacağıma
yaxınlaşıb başqa bir fələstinli qızın
yanımda əyləşməsinə icazə istəyir.
Deyirəm, buyursun. Baxıram gözü
yaşlıdır:
- Sənə
nə olub?
-
Heç nə!
Qızı yanımda əyləşdirən xanım kənardan
baxır. İşarə ilə yanımdakının
halını soraqlamaq istəyirəm.
Yaxınlaşıb qulağıma pıçıldayır:
- Səni
sevir.
Özümü itirmişəm, bilmirəm nə deyim. Bunun 17-18 yaşı ola, ya olmaya.
Ərəb qızındakı cəsarətə bax, nəyə
ümid edir, anlamıram. Həm də ürəyim yanır. 1-2 saatdan sonra Moskvanı tərk edib məşəqqətli
həyatına qayıdacaq. Atası Fələstin
təşkilatlarından birinin rəhbəridir,
qızını Moskvaya göndərib beynəlxalq festivalda
dünyagörüşünü genişləndirsin. Məsələnin anlaşılmaz qalan tərəfi
odur ki, onunla yalnız tədbirlərdə ötəri bir-iki
kəlmə kəsməkdən başqa, necə deyərlər,
ixtilatımız olmayıb. Yəni
aşiq olmağa bəhanə belə verməmişəm.
Alnından öpüb qucaqlayıram, könlünü
almağa çalışıram, bir az da
kövrəlir, yanaqlarından yaş süzülür.
Yalandan da olsa məcburam söz verim ki, ona məktub
yazacağam, darıxmasın və s. Xülasə, birtəhər
olmuşam. Avtobus Şeremetyevo aeroportuna
çatır, enirik. Yola
saldıqlarımla bir-bir vidalaşıram. Həmin ərəb
qızına:
- Allah
amanında! - deyirəm.
Yanaqlarından
yenə yaş süzülməkdədir...
İndi üstündən illər keçmiş o
günləri təbəssümlə xatırlayıram. Həm də ona görə
təbəssümlə ki, nə o ərəb qızı, nə
KQB generalının qızı, nə onun atası ilə
anası, nə aşkarladığım o iki Suriya agenti, nə
də səkkiz gün bir yerdə olduğum fələstinli gənclər
- heç biri ağlının ucundan belə keçirə
bilməzdi ki, sovet Azərbaycanının bu gənci başqa
heç nəyin yox, yalnız öz millətinin hayında
idi.
Adını belə çəkmək istəmədiyim mənfur
müəllifin rusca çapdan çıxmış məlum
"Ocaq" kitabı heysiyyatımıza möhkəmcə
toxunmuşdu.
Bunun əleyhinə Azərbaycanda nə qədər
yazsalar da, yazılanların guya qardaş xalqlar arasında
milli ədavəti qızışdırmaq olmaz bəhanəsi
ilə rəsmi mətbuatımızda çapına icazə
verilmirdi. İsa Qəmbərin iri həcmli
tutarlı cavab yazısını çap etmək istəmirdilər.
O zaman, demək olar, bütün ziyalılarımıza, fəal
gənclərimizə, Moskvada festival
iştirakçısı mənə də rahatlıq verməyən
bu idi. Düşünürdüm, necə və
nə etmək olar ki, erməni şovinisti və faşistinin
açıq-aşkar sərsəmləmələri
qarşısında bizimkiləri azacıq da olsa ovuda biləsən.
Festivalın elə birinci gecəsi haradansa lənətə
gəlmiş Andranikin adı beynimə girdi və
"andır" sözü ilə assosiasiya yaratdı.
Tez yataqdan qalxıb bu sətirləri yazdım:
Qonşuluqda
Nik adlı
bir it
ömür sürürdü,
Özgəylə
işi yoxdu,
təkcə bizə hürürdü.
Uşaqlar
qəzəblənib
qulağını kəsdilər,
sahibləri də bizdən
həmişəlik küsdülər.
Dərs
olmadı bu itə
hürməyində qaldı Nik,
abırsız-həyasızdı,
yersiz
qalmaqaldı Nik.
Bircə
dəfə görmədim
bir
qanıb-qandıra Nik,
hürə-hürə it oldu,
qalasan
andıra, Nik.
Şeiri səliqəyə salandan sonra başqa bir vərəqə
koçürdüm. "Ədəbiyyat və incəsənət" qəzetinin
redaktoru Nəriman Həsənzadəyə belə bir məzmunda
məktub yazdım ki, bəs Moskvadayam, çoxdandır qəzetinizdə
şeirlərim dərc edilmir, mümkünsə bu xırda
yumoristik şeiri qəzetin "Gülüş həftəsi"
səhifəsində yerləşdirəsiniz. Ertəsi
gün şeiri də zərfə qoyub "təcili
poçt"la Moskvadan yola saldım. Ağlıma
da gəlməzdi ki, məktub çatan kimi redaktor şeiri dərhal
çapa gondərər və şeir Moskvadakı
festivalın bitməsinə bir gün qalmış, avqustun 2-də
dərc edilər.
...Avqustun
4-üdür. İştirakçıların əsas
qismi qayıdıblar öz ölkələrinə. Mən də qayıdıram mehmanxadan kirayə
tutduğum mənzilə. Azacıq istirahət
edib Ostrovityanov-33 ünvanında yerləşən
yataqxanadakı dostlarıma baş çəkirəm. Orada telefonla Bakını sifariş verirəm. Dəstəyi Qasım müəllim
götürür. Səsimi eşitcək heç
soruşmur necəsən, nə var, nə yox:
- Səni
təbrik edirəm.
- Nə
münasibətlə?
-
Bakıda partlayış yaradan şeirinlə. Deyirlər
o məlunun qulağını yaxşıca kəsmisən, -
gülür.
- Nə
danışırsan? Ola bilməz! Verdilər ki
şeiri? Nə yaxşı, - deyə sevincimdən
uçuram...
O günlər
beynəlxalq festivalın təşkilat komitəsinin sədri
Heydər Əliyevə yeni sovet rəhbərliyinin qərəzli
münasibəti haqqında qulağımıza sözlər gəlib
çatırdı və düşünürdüm
Moskvanın televiziya ekranlarında get-gedə seyrək
görüntülənən və Siyasi Büro
karyerasının qürubunda olan H.Əliyev də, şəksiz,
doğma Azərbaycanla yaşayır. Və heç zaman demədiyimi
ilk dəfə elə buradaca etiraf edim ki, məhz onu nəzərdə
tutaraq aşağıdakı sətirləri
yazmışdım:
Çıx,
günəş, çıx, günəş!
Sən
batanda qara geyir təbiət -
ağlayır dənizlər,
qəhərlənir meşələr,
hıçqırır bulaqlar,
yetimləşir düzlər,
sıxılır dağlar.
Çıx,
günəş, çıx, günəş!
Sən
batanda
meydan
sulayır
siçovullar, siçanlar,
bayramlaşır işıqdan qaçanlar,
böyüklənir çeşid-çeşid
cırtdanlar
baxıb-baxıb
ay
işığında uzanan kölgəsinə.
Çıx,
günəş, çıx, günəş!
Sən
keçdikcə başımızın üstünə
şübhəmiz qalmayır heç nəyə daha,
artır
ümidimiz sabaha,
əriyir
bəlkələr,
qısalıb yox olur
ayağımıza dolaşan kölgələr.
...O zaman daş-kəsəyi Qarabağımızın üstünə düşəcək imperiyanın çöküşünə altı il qalırdı. İnanıram ki, bu onun birinci çöküşü idi. İkincisi isə sərhədlərimizdən kənarda baş verəcək inşallah. Ancaq gözləyə bilmərik.
Qələbə festivalını ləngitmək
olmaz.
Nəriman
QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2020.- 4
iyul.- S.14-15.