Ziyarət
Kərəmə lələyəm, qəribə
yoldaş,
Mən eşqin
camını içmiş
şairəm.
Mən sözün quluyam, sözün şahıyam,
Sazın köynəyindən keçmiş
şairəm.
Dünya
gözlərimdə bir
yuxu-röya,
Dünya
məni görür
gedib yuxuya,
Dünyaya gəlməmiş gəlib
dünyaya,
Dünyadan köçməmiş köçmüş
şairəm.
Barat sadiq qalıb öz adətinə,
Aldanmaz dünyanın
zər-zinətinə.
Könüllər mülkünün ziyarətinə,
Evdən baş götürüb qaçmış şairəm.
Köhnə küllük
Allahı
tək türkdənəm,
Varlığı haqq türkdənəm.
Dərbənddən, Borçalıdan,
Təbrizdən, Kərkükdənəm.
Könüldənəm, ahdanam,
Küləkdənəm, mehdənəm,
Çəməndənəm, şehdənəm,
Güldənəm, güllükdənəm.
Məni
Göydən atıblar,
Yerdə
göydə tutublar!
Köhnə küllük tapıblar,
Mən həmin küllükdənəm!
Yoxam bu canda daha,
Varam hər yanda daha!
Ruham başdan-ayağa,
Xalqdanam,
Xaliqdənəm!
Ürəyim elə bağlı,
Çiçəyim gülə bağlı.
Bəzmi
- Əzələ bağlı,
Camdanam,
tuluqdanam!
Gəzib
hardan gəlirəm,
Yazın, Ordan gəlirəm.
Əsrlərdən gəlirəm,
Neçə minillikdənəm.
Zatım
ulu zat olub,
Onçün adım ad olub,
Mayam eldən tutulub,
Öydənəm, öylükdənəm.
Tanış olun, deyirəm,
Yerim məlum,
deyirəm.
Erkanokon
deyilən
Dağdakı dəlikdənəm.
Haqqın
yolu yolummuş,
Aşiq halı halımmış.
Bir vaxt Yusif salınmış
Dərin quyuluqdanam.
Mənəm o Oğuz Xaqan,
Öz gücünə
inanan.
Qonanda qartal qonan
Daşdan, qayalıqdanam.
Bir sütuna can qurban,
Bisutuna bir zaman,
Türk
sözünü ilk yazan
Qələməm - külünkdənəm!
Bir babam var, mərd,
Ərən,
Bir atam var, mərdə
tən!
Bu torpağı yurd edən,
Süddənəm, Sümükdənəm!
Nər dizimi bükəmməz,
Mən çəkəni
çəkəmməz.
Ömrüm bitməz, tükənməz,
Qandanam, ilikdənəm.
Dərgah
Odur - "Hu" olan,
Könül məcunu olan.
Bircə
Məcnunu olan,
Kəbədən, Çöllükdənəm!
Hər ürəyə yolum var,
Danışmağa dilim var.
Sanma mənə ölüm var,
Əbədi sağlıqdanam!
Səni yaxşı tanıyıram
Sanma məndən bezəcəksən,
Üç gün, beş gün dözəcəksən.
Yenə
məni axtaracaq,
Yenə
məni gəzəcəksən,
Səni
yaxşı tanıyıram!
Göz-qaşının aşiqinə,
Göz-qaşının acığı nə?
Göz yaşların axmayacaq,
Göz
yaşının acığına,
Səni
yaxşı tanıyıram!
Yaman günlər görəcəksən,
Yaman güllər
dərəcəksən.
Günahı məndə görənə,
Özün cavab verəcəksən,
Səni
yaxşı tanıyıram!
Qanad alıb kəpənəkdən,
Uçacaqsan, düşüb həkdən...
Gəzib
məni tapmayanda,
Çiçəkləri öpəcəksən,
Səni
yaxşı tanıyıram!
Sözünə qulaq asansan,
Gözünə qulaq asansan.
Sevgi, məhəbbət sarıdan,
Özünə qulaq asansan,
Səni
yaxşı tanıyıram!
O qəm üzündən köçəcək,
O nəm gözündən köçəcək.
Ha qaçsan da, yolun gəlib,
Dönən üzümdən keçəcək,
Səni
yaxşı tanıyıram!
Məhəbbət nağılı
Sən açan səhərin axşamı varmı,
Sanırsan ölmüşəm, yaşamırammı?
Mən səni sevənə oxşamırammı,
Məndən çox sevirsən
şeirlərimi!?
Əllərim əlinə dəyə,
qoymursan,
Niyə məni sevinməyə qoymursan.
Niyə
məni sevilməyə
qoymursan,
Məndən çox sevirsən
şeirlərimi!
Arayıb-axtarıb bir fənd etmisən,
Məni misra-misra, bənd-bənd etmisən.
Şeiri
aramızda sərhəd
etmisən,
Məndən çox sevirsən
şeirlərimi!
Məni
işə salıb, işə düşmüsən,
Xəbərin yox, dilə-dişə düşmüsən.
Sən daha sevgini başa
düşmüsən,
Məndən çox sevirsən
şeirlərimi!
Olmaq istəyirdim özüm bəxtəvər,
Yaman oldu könlüm-gözüm, bəxtəvər.
Məndən bəxtəvərmiş sözüm, bəxtəvər,
Məndən çox sevirsən
şeirlərimi!
Demirsənmi halımıza gülərlər,
Ölüb getsək ölümüzə
gülərlər.
Demirsənmi birdən baxıb
görərlər,
Məndən çox sevirsən
şeirlərimi!
Suyulub bir sözün ətrinə görə,
Qatil axtarmırsan,
qətlimə görə.
Hələ dəyməmişdin xətrimə belə...
Məndən çox sevirsən
şeirlərimi!
Demək o məhəbbət nağılı
buymuş?
Demək, bir ümmanın sahili buymuş?!
Demək,
şairliyin axırı
buymuş,
Məndən çox sevirsən
şeirlərimi!
Daha sənə qulaq asmayacağam,
Mən səni
Baratla gəzməyəcəyəm.
Daha bir də şeir
yazmayacağam,
Məndən çox sevirsən
şeirlərimi!
Nizaməddin Şəmsizadəyə
Səsin
gəlir, səsi gəlir Türkün səsi,
Belə
olur insanlığın
gördüm səsi!
Belə
olur əyilməzim, yenilməzim,
Əldə qələm, alnındasa
alın təri...
Nizaməddin Şəmsizadə həzrətləri!
Ürəyini haqq yolunda nəzir verdin,
Çox dərdləri dərdə
saldı əsl dərdin.
Ayağını ayaqsıza kəsib
verdin,
Vüsalına qovuşdurdun həsrətləri,
Nizaməddin Şəmsizadə həzrətləri!
Adam olan yer üzündə
baxtından var,
Özünün də adam
olan vaxtından var.
"Azərbaycan mənəm"
demək haqqın da var,
Ürəyində yurdun bütöv
sərhədləri,
Nizaməddin Şəmsizadə həzrətləri!
Belə
olur, sənin kimi oda yanmaq,
Bir amalın olub sənin, o da yanmaq!
Sən yolçusan, olmaz sənə o dayanmaq,
Köhnəlməsin şam-pərvanə
söhbətləri,
Nizaməddin Şəmsizadə həzrətləri!
Qəmlənirəm duyub-duyub qəm, sözündən,
Gözüm dolur göz yaşıtək nəm sözündən.
Yaşadırsan həm özündə,
həm sözündə,
Aşiqanə, şairanə fitrətləri,
Nizaməddin Şəmsizadə həzrətləri!
Səni
sevir, sevir ürək, deyir ürək,
Sən də çox vaxt soyulmusan Nəsimitək.
Onçün sənə deyə
billəm, deyim gərək:
"İmadəddin Şəmsizadə
həzrətləri",
Nizaməddin Şəmsizadə həzrətləri!
Yaraşırmı axı adi olmaq
sənə?
Yaraşırmı "atıl-batıl" olmaq sənə?
Yaraşıqdı eşqin adı
olmaq sənə,
Dur, vəhdəti-vücud eylə
kəsrətləri,
Nizaməddin Şəmsizadə həzrətləri!
Adəm-Həvva dastanı
Adəmlə Həvvanın söhbəti
uzun,
Adəmlə Həvvanın söhbəti
qısa.
Çoxdan bu dünyadan çıxıb gedərdi,
Adəmlə Həvvanın qeyrəti
olsa,
Adəmlə Həvvanın mürvəti
olsa!
Kim kimin ucundan azara
keçib,
Bilmirsən arada kimdir günahkar?
O nurmu zülmətdi,
bu zülmətmi nur?!
Adəmmi
Həvvanın dalınca
düşüb,
Yoxsa ki, Həvvamı Adəmi qovur?
Adəm
təbiəti, Həvva
xisləti,
Doğur günəşiylə, yaxır
Ayıyla.
Bir söhbət başlayıb...
bir söhbət gedir,
"Sevirəm" kəlməsi,
"ah" harayıyla!
O söhbət acıdı,
bu söhbət şirin,
Toydan çox
əllərin xınası
çoxmuş.
Mənalı görünən bu
söhbətlərin,
Bir də baxırsan ki, mənası yoxmuş.
O qədər işlərə
qarışırlar ki,
Bu işlər Tanrıya
vallah, xoş getmir.
O qədər susurlar... danışırlar ki,
Adəmlə Həvvanı Allah eşidir,
Adəmlə Həvvanı Allah eşitmir?!
Ayıbdı, hər şeyi
qələmim, demə,
Gör Adəm
övladı nə gündə imiş.
Zirvədən danışan Adəmin
demə,
Fikri bir kolluğun dibində imiş.
Nə üçün gəlmişdi
dünyaya, Adəm,
Sanır
ki, bu dünya
quyruqdur, sökür...
Bir söz deyəsiydi Həvvaya Adəm,
Hələ ki bir ucdan
üyüdüb tökür.
Neçə cildə girir adam hər
dəfə,
And içir, öz
yalan sözünə
gülür.
Həvvanı aldadıb Adəm
hər dəfə,
Özünə ağlayır,
özünə gülür?
Bu yazıq Adəmə qıymaq olmayır,
Ağzına dikibdi aləm ağzını.
Adəmin
sözündən doymaq
olmayır,
Qoymayın, açmağa Adəm ağzını?!
Biz nələr görmüşük
bir ömrümüzdə,
Deyirlər, hər şeyi
qəlbə salmayın.
Adəmlə Həvvanın yeri
göz üstə,
Adəmlə Həvvanı qəbrə
sallayın!
Bəlkə bəhanəymiş o iş, bu söhbət,
Nə var, çırpışdırıb
çalmaq üçünmüş.
Olmaya bu boyda qırğın-qiyamət
Həvvadan bir öpüş almaq üçünmüş?
Üzülür... pozulur axırı
kefi,
Gah yerlə sürünür,
gah gedir göylə.
Adəmlə Həvvanın yıxılır
evi,
Özgə əliylə yox,
öz əlləriylə!
Dedi, unutmadı qaldısa sözü,
Dünyanın sırtılmış üzü
- Adəmmiş.
Adəmmiş dünyanın ən
qısa sözü,
Dünyanın ən uzun sözü
- Adəmmiş?!
... Hanı Adam oğlu, özün yetirsin,
Qaldırsın Adəmi qolları üstə?
Əl atır budaqdan meyvə götürsün,
Həvvanın qan damır
əlləri üstə?!
Barat VÜSAL
Ədəbiyyat qəzeti.- 2020.-
4 iyul.- S.24.